Xocalı Soyqırımını Təəssüflə Xatırlayıram Bu Soyqırımı Bəşəriyyət Tarixinə Qara Ləkədir.

Suriya Türkmən Həkimlər Dərnəyi sədri Dr. Muxtar Fatih BƏYDİLİ'nin Hocalı soykırımı için verdiği beyanat

Xocalı Soyqırımını Təəssüflə Xatırlayıram Bu Soyqırımı Bəşəriyyət Tarixinə Qara Ləkədir.
26 Şubat 2022 - 16:16
"Xocalı Soyqırımını Təəssüflə Xatırlayıram Bu Soyqırımı Bəşəriyyət Tarixinə Qara Ləkədir..

Ermənilərin bəşər tarixindəki ən qanlı faciələrdən birini törətməsindən 30 il ötür. Hər bir
azərbaycanlı bu dəhşətli qətliamın dünyada tanıdılmasında fəal iştirak etməli, ermənilərin bu
vəhşiliyi barədə beynəlxalq ictimaiyyətə müfəssəl məlumat verməlidir. Çalışmalıyıq ki, Xocalı
soyqırımı dünya dövlətləri, beynəlxalq qurumlar tərəfindən özünün huquqi və siyasi qiymətini alsın.
Bu, Azərbaycan xalqına və bəşər övladına, insanlığa və bütün mənəvi prinsiplərə qarşı törədilmiş
vəhşiliyin, cinayətin, bir sözlə, soyqırımının 30 illiyidir.
30 ildir "Xocalıya ədalət" istədik, 30 ildir Xocalıda törədilmiş dəhşətləri göstərdik. 30 ildir dünyaya car
çəkdik ki, dinc əhali yalnız etnik mənsubiyyətinə görə qətlə yetirilib!
Amma dünyanın misli görünməmiş bu vəhşətə reaksiyasını da gördük. Nəticədə yalnız insanlığa qarşı
törədilmiş cinayətə şərik çıxan biganəliyin şahidi olduq. Azərbaycan indi də dünyanın laqeydliyi ilə üz-
üzə dayanmışıq. Erməni terrorçu ordusunun törətdiyi soyqırımına səssiz qalan dünya! Beynəlxalq
hüquqlar işləməyənə qədər, günahkarlar cəza çəkməyənə qədər bu vəhşiliklər bitməyəcək.
Azərbaycan xalqı Müzəffər İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçısını darmadağın etdi davasında
qalib, işğalçı Ermənistan isə məğlub oldu.
Odur ki, Ermənistan bundan sonrakı mərhələdə 30 il ərzində Azərbaycan xalqına qarşı işlədiyi bütün
cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. Xüsusən də beynəlxalq
cinayət kimi qəbul olunan 20-ci əsrin ən qanlı faciəsi Xocalı soyqırımını törədən tərəf olaraq cavab
verməlidir. Çünki aradan 28 il keçməsinə baxmayaraq Xocalı qətliamını törədənlər hələ də qanun
qarşısında cəzalandırılmayıblar.
Xocalı soyqırımı kimi faciələrin bir daha yaşanmaması ümidi ilə !
"Biz Suriya türkləri olaraq Bəşəriyyətə qarşı törədilən bu Xocalı soyqırımı və cinayətini unutmamışıq
və unutmayacağıq!".
Allah şəhidlərimizə rəhmət eləsin.
Xocalıya ədalət tələb edirik!
Dr. Muxtar Fatih BƏYDİLİ
Suriya Türkmən Həkimlər Dərnəyi sədri"

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum