XOCALIM-HOCALIM

Vəfalə Talıblı'nın Hocalı için yazdığı şiir:  “XOCALIM”

XOCALIM-HOCALIM
26 Şubat 2022 - 16:14

Vəfalə Talıblı  “XOCALIM”

Qara bəxtlİ vətənim
Canım Azərbaycanım...
Artıq ürək dayanmır
Damarda axmır qanım,
Qoymurlar ki, oyanım
Yatdiqca yatIram mən,
Al-qana, ah-naləyə
BatdIqca batIram mən...

Xocalı faciəsi...
Ah o şənbə gecəsi..
Ürəyimiz dağlandı
Dünya necə dayandı..
Anaların fəryadı
Sinəmiz qan ağladı
Dünyaysa qınamadı...

Düşmən yaman namərddir
Yaman vicdan yoxsunu
Dünya, niyə susurdun?
Heç insafın yoxdurmu?

Ana öz övladını
Sinəsinə sıxdı ki,
Daha çox ağlamasın
Səsin düşmən duymasın
Onu əsir  almasın...
Ana öz övladını bunun için boğdu ki...
Namusunu qorusun...


Gözləri çıxarılmış
Ananın gözbəbəyi...
Düşmən, əlin qurusun
Anan öyrətməmişmi
Sənə heç mərhəməti?

Anası ölən körpə,
Ölüsün əmən körpə,
Sən nələr yaşadın ki,
Qurşuna gələn körpə...

Nə yaman vicdansızsan,
Necə də insafsizsan
Günahsız insanların
Ahlarını almısan...
Heç Allahdan qorxmadın?
Övladların yoxmudur?
Canlanmadı gözündə
Övladının gözləri?
Başqasının körpəsin
Ölməyini gözlədin...

Körpə Türk balaları
Dəriləri soyuldu
Gözləri çıxarıldı
Diri qəbrə qoyuldu..
Ailələr dağıldı
Dünyaysa dağılmadı...

Artıq qisas zamanı
O mərd oğullar hanı?
Artıq zaman qana qan
Ağlama AZƏRBAYCAN....


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum