Bu gün tanınmış alim-şair Firuzə Məmmədlinin anadan olduğu gündür

Bu gün tanınmış alim-şair Firuzə Məmmədlinin anadan olduğu gündür
10 Ocak 2024 - 18:29
Bu gün tanınmış alim-şair Firuzə Məmmədlinin anadan olduğu gündür


Bu gün - yanvarın 10-u tanınmış şair, pedaqoq, tərcüməçi, publisist, filoloq-alim, Yazıçılar birliyinin üzvü (1983) Firuzə Məmmədlinin doğum günüdür. Elm və poeziya aləminin dəyərli simalarından biri olan Firuzə xanımı bu gözəl gün münasibətiylə səmimi qəlbdən təbrik edir, ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Firuzə Məmmədli 
1940-cı il yanvarın 10-da Xaçmaz rayonunun Canaxır kəndində anadan olub. Orada Hülövlü kənd orta məktəbini gümüş medalla bitdikdən sonra 1963-cü ildə Quba şəhər tibb məktəbində təhsil alıb. 1964-1968-ci illərdə APİ-nin (indiki ADPU-nun) dil və ədəbiyyat fakültəsini fərqləmə diplomu ilə başa vurub.

Firuzə Məmmədli institutun Naxçıvan filialında, eyni zamanda Naxçıvan pedoqoji məktəbində çalışıb. 
1970-ci ildə APİ-nin (ADPU-nun) Azərbaycan dilçiliyi kafedrasında işləməyə başlayıb. "Yusif Vəzir Çəmənzəminlinin tarixi romanlarının dil və üslublub xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası (indiki filologiya üzrə fəlsəfə doktoru) müdafiə edib.
1990-cı ildən müasir Azərbaycan dili kafedrasının dosenti olub.
Həmçinin 
1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin Həmkarlar Komitəsinin sədri vəzifəsində çalışıb. 1973-1975-ci illərdə Azərbaycan LKGİ MK-nın ştatdankənar təlimatçısı, 1975-1980-ci illərdə APİ-nin Partiya komitəsi yanında qadınlarla iş aparan komissiyanın üzvü olub. Firuzə Məmmədli 1965-ci ildə "Vahid Azərbaycan" uğrunda mübarizəyə qoşulduğuna görə 1969-cu ildə repressiya və təqiblərə məruz qalıb.

Firuzə xanım ədəbi fəaliyyətə 
1963-cü ildə Xaçmaz rayonunun "Dostluq" qəzetində çıxan "Ay həkim" adlı şeiri ilə başlayıb. Ondan sonra dövri mətbuatda lirik şeiri ilə vaxtaşırı çıxış edib. 60-dan artıq elmi, tənqidi və publisist məqalə yazıb. "Bədii dilin mənbələri" monoqrafiyasını nəşr etdirib. Tərcümə etdiyi özbək uşaq hekayələri "Dost əlini uzatsa" (1990) kitabında dərc olunub.
Firuzə Məmmədlinin əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Onun “Seçilmiş əsərlərin”nin III cildinə daxil edilmiş 
“Y.V.Çəmənzəminlinin tarixi romanlarının dil və üslub xüsusiyyətləri”, “Bədii dilin estetik mənbələri”, “Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri” monoqrafiyaları, eləcə də cildə daxil edilmiş elmi və publisistik məqalələri mütəxəssis alimlər tərəfindən yüksək qiymətləndirilmiş, tələbə və magistrantların tez-tez müraciət etdiyi mənbələrdən biri olub. Sonrakı illərdə alimin Azərbaycan ədəbi dili (1990-2010-cu illər), “Azərbaycan dilində linqvistik ekvivalentlər” adlı elmi əsərləri çap olunub.
Firuzə Məmmədova bir sıra dərs vəsaiti, metodik tövsiyə və proqramların da müəllifidir. O, onlarla magistrantın elmi rəhbəri olub. Azərbaycan Dövlət Pedoqoji Universitetində işlədiyi 50 il ərzində yüzlərlə müəllim kadrlarının hazırlanmasında onun da xüsusi xidmətləri vardır.
“Gümüşü damla” adlanan ilk kitabı 
1973-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən çap edilib. Bundan sonra nəşr olunan “Yoluma bahar düşüb”, “Sənin ömrün”, “Yetkinlik”, “Bir qarış ucalıq”, “Məni mənlə bölən dünya”, “Dilək yaxasına dönnəm yenidən”, “Aşacağam zaman adlı sədləri” “Dərd üzünü gizləyir”, “İki damla dəniz”, “Nə yaxşı yaxamda söz medalım var”, “Dünya gözəlliklə dolu”, “Savaş fəsli”, “Söz sizindir” və s. poetik topluları ədəbi ictimaiyyət və oxucular tərəfindən maraqla qarşılanıb. 2002-2019-cu illər ərzində şairənin on cildlik “Seçilmiş əsərləri” çapdan çıxıb.
Firuzə Məmmədova (Məmmədli) qələmini nəsr və tərcümə işi sahəsində də sınayıb. O,  dünya ədəbi nümunələrinin dilimizə çevrilməsi sahəsində də bir sıra işlər görmüş - rus, özbək, tacik, türk və fars dillərindən tərcümələr etmişdir.  Şeirlərindən nümunələr ingilis, rus, özbək, türkmən, gürcü, ukrayn, polyak, fransız, türk və fars dilinə tərcümə olunub.

1992-ci ildə Türkiyənin Bursa şəhərində keçirilən “Türkcənin Uluslararası Şeir Şöləninin” üç böyük mükafatından biri olan “Əlişir Nəvai” mükafatına layiq görülən şairə, sonrakı illərdə dəfələrlə belə festivalların və simpoziumların iştirakçısı olmuş, bir sıra diplom və sertifikatlarla mükafatlandırılmışdır. Firuzə xanım 2017-ci ildə Azərbaycan Respublika Mədəniyyət Nazirliyi tərəfindən “Qızıl kəlmə” mükafatı, 2019-cu ildə “Nəsimi” mükafatı, 2021-ci ildə III dərəcli “Əmək” ordeni ilə təltif olunub.  37 şeir, nəsr və elmi tədqiqat əsərlərinin, o cümlədən 5 monoqrafiyanın və çoxsaylı elmi və publisistik məqalənin müəllifidir.


Firuzə Məmmədli 2008-ci ildən Prezident təqaüdçüsüdür. O, 1912-ci ildə ADPU-nun 90 illik yubileyi münasibəti ilə “Tərəqqi” medalı ilə təltif edilib. Firuzə Məmmədli hazırda AYB Həmkarlar İttifaqının sədridir.
Mükafat, diplomları və təltifləri:

 1955-ci ildə Ümumiittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı;
 1992-ci ildə Türkiyədə düzənlənən Beynəlxalq şeir müsabiqəsinin “Əlişir Nəvai” mükafatı;
 2007-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı;
 2008-ci ildə Prezident təqaüdü;
 2012-ci ildə “Tərəqqi” medalı;
 2016-cı ildə Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı;
 2017-ci ildə “Qızıl kəlmə” mükafatı;
 2019-cu ildə “Nəsimi” mükafatı;
  2020-ci ildə Azərbaycam MİHİRK-nin fəxri fərmanı;
 2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı;
 2021-ci ildə “Əmək” ordeni.
Bunlardan əlavə müxtəlif illərdə xarici ölkələrdə keçirilən şeir şölənləri və müsabiqələrinin xüsusi diplomları və sertifikatları.

KİTABLARI

1. Gümüşü damla. Bakı, “Gənclik”, 
1972, 48 s.
2. Yoluma bahar düşüb. Bakı “Gənclik”, 
1978, 54 s. 3. Sənin ömrün. Bakı, “Yazıçı”, 1982, 60 s.
4. Yetkinlik. Bakı, “Yazıçı” 
1989,127 s.
5. Bir qarış ucalıq. Bakı “Gənclik”, 
1995167 s.
6. Bədii dilin estetik mənbələri (Dərs vəsaiti). Bakı, ADPU, 
1997, 85 s.
7. Məni mənlə bölən dünya. Bakı “Gənclik”, 
1999266 s.
8. “Seçilmiş əsərləri” I 
c.Bakı, “Nurlan”, 2002432 s.
9. “Seçilmiş əsərləri” II c. Bakı,“Nurlan”, 
2002446s.
10. “Seçilmiş əsərləri” III c. Bakı, “Nurlan”, 
2004550 s.
11. 
Y.V.Çəmənzəminlinin tarixi romanlarının (“Qızlar bulağı” və “Qan içində”) dil və üslub xüsusiyyətləri. (Monoqrafiya), Bakı, ADPU, 2005166 s.
12. Azərbaycan dilinin linqvistik poetikası və mətnin təhlili (proqram). Bakı, ADPU, 
2005, 16 s. 13. Ömrün axarı. Bakı “Gənclik”, 2005320 s.
14. Dilək yaxasına dönnəm yenidən. Bakı, “Vektor”, 
2006256 s.
15. “Seçilmiş əsərləri” IV c. Bakı, “Nurlan”, 
2008430 s.
16. “Seçilmiş əsərləri” V c. Bakı, “Nurlan”, 
2009412 s.
17. Aşacağam zaman adlı sədləri. Bakı “Elm”, 
2010159 s.
18. İki damla dəniz. Bakı, “Adiloğlu”, 
2011181 s. 19. Dərd üzünü gizləyir. Bakı, “Adiloğlu”, 2011159 s.
20. Azərbaycan dilinin linqvistik ekvivalentlər (dərs vəsaiti). Bakı, ADPU, 
2012, 45 s.
21. Azərbaycan ədəbi dili (dərs vəsaiti). Bakı, ADPU, 
2012, 49 s.
22. “Seçilmiş əsərləri” VI c. Bakı, “Nurlan”, 
2012417 s.
23. “Seçilmiş əsərləri” VII c. Bakı, “Nurlan”, 
2013412 s.
24. “Seçilmiş əsərləri” VIII c. Bakı, “Nurlan”, 
2016420 s.
25. “Söz macalı”, “Qanun” nəşriyyatı, 
2017.
26. “Seçilmiş əsərləri” IX c. Bakı, “Nurlan”, 
2018420 s.
27. “Seçilmiş əsərləri” X c. Bakı, “Nurlan”, 
2019500 s.
28. “Nə yaxşı yaxamda söz meddalım var”, “Şirvannəşr”, 
191 s.
29. “Dünya gözəlliklə dolu”, “Elm və Təhsil”, 
2021216 s.
30. “Savaş fəsli”, “Elm və Təhsil ”, 
2021192 s.
31. “Söz sizindir”, “Elm və Təhsil”, 
2021189 s.

Toplam: 6 adda tərcümə əsəri də daxil olmaqla 37 kitab.

ADPU-nun ETM-nin elmi işçisi və Filologoya fakültəsinin müəllimi Aynurə Əliyeva

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum