30 Mart Dünya Həkimlər Günüdür

Xuraman Muradova: "Cənab Prezident İlham Əliyevin səhiyyəmizə diqqət və qayğısı bu sahədə çalışanları həmişə ruhlandırır." 

30 Mart Dünya Həkimlər Günüdür
29 Mart 2024 - 17:53 - Güncelleme: 29 Mart 2024 - 18:12

30 Mart Dünya Həkimlər Günüdür. Bu gün ürəyi insanların sağlamlığı üçün döyünənlərin peşə bayramıdır. 10 ildir ki, müasir Azərbaycan səhiyyəsinin öncüllərindən olan "VİP Milan" Hospital ailəsi olaraq biz də yüksək təhsili, peşəkar təcrübəsi olan həkimlərimiz və tibbi personal heyətimizlə bu şərəfli olduğu qədər də məsuliyyətli sahədə xalqımıza böyük ruh yüksəkliyi ilə xidmət etməkdəyik. 
Artıq uzun illər tibb sahəsində çalışan bir qurumun rəhbəri olaraq bir məqamı xüsusilə vurğulamağı özümə borc bilirəm: Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdə səhiyyə sahəsində aparmağa başladığı islahatlar Cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkəmizin birinci xanımı, gözəl həkim, əzizimiz Mehriban xanımın səhiyyə sahəsində həmvətənlərimizə göstərdiyi diqqət və qayğı isə xüsusi alqışalayiqdir.
Səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindəndir. Ümummilli lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar  tədbirlər kompleksinə köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, əhalinin kütləvi dispanser qeydiyyatından keçirilməsi və sahə həkimlərinin fəaliyyətinin artırılmasından başladı. Heydər Əliyev hər zaman tibb işçilərinə böyük qayğı göstərmiş və həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulamışdır.
Ümummilli liderin başladığı işlər bu gün respublikamızın Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Səhiyyə Nazirliyi Prezidentin sosialyönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün səhiyyəmizin əsas inkişaf istiqamətlərindəndir. Yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı səhiyyəmizin yüksəlişinin təzahürləridir. Bu sahədə qəbul edilən dövlət proqramları gələcək nəslin sağlam inkişafına bir töhfədir.
Prezidentimiz insan sağlamlığını cəmiyyətimizin sərvəti hesab etməklə yanaşı, Azərbaycan səhiyyə sistemində aparılan islahatlara da yüksək dəyər vermişdir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkə başçısının daim nəzarətindədir.
Azərbaycanın hər bir bölgəsində əhali müasir xəstəxanalarda keyfiyyətli tibbi yardım ala bilir. Xaricdə təhsil almış yüsək ixtisaslı həkim kadrlar və peşəkar tibbi heyət olduğu üçün xəstələr öz sağlamlıqlarına qovuşmaq üçün xarici ölkələrə üz tutmurlar. Müxtəlif xəstəliklər üzrə insanlar pulsuz dərmanlarla təmin olunur, maddi imkanı aşağı olan xəstələrin müalicə xərcləri dövlət hesabına ödənilir.
Səhiyyə sahəsində dövlət siyasətinin növbəti hədəfi səhiyyə sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi və tibbi xidmətin keyfiyyətinin artırılmasıdır.
İşğaldan azad olunan rayonlarımızda da müasir tibb ocaqlarının tikilməsi, ən son tibbi texnologiyaların insanların ixtiyarına verilməsi prioritet məsələlərdəndir.
Tibbi xidmətin hər kəs üçün əlçatanlığının təmin olunması həm də dövlət başçısı tərəfindən əhaliyə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.

Xuraman Muradova

“VİP Milan” Hospitalın direktoru,
Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
“Türk dünyası Onur”, “Altın yıldız”, “Humay” Milli Mükafatı laureatı,
Vektor Elmlər Akademiyasının fəxri professoru,
Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum