Türkiyədən Bakıya xəbərdarlıq

Ekspertlər Ankaranın Sürix protokollarını parlamentə qaytarmasını belə qiymətləndirir

Türkiyədən Bakıya xəbərdarlıq
30 Eylül 2011 - 22:17

2009-cu ildə Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları Türkiyə Böyük Millət Məclisinə qaytarılıb. Protokollar iki ölkə arasında münasibətlərin normallaşdırılmasını ehtiva edir.

 

Qeyd edək ki, Sürix protokolları uzun müddət ratifikasiya üçün Türkiyə parlamentinin gündəliyində qalandan sonra, bu yaxınlarda gündəlikdən tamamilə çıxarıldı. İndi onun yenidən parlamentə qaytarılması bu baxımdan maraq doğurur. Digər tərəfdən hər zaman Azərbaycan torpaqlarını işğaldan azad etməyincə Ermənistanla sərhədi açmayacağını bəyan edən Türkiyə rəsmi Bakıdan İsraillə münasibətlərə yenidən baxmağı istəyib. Azərbaycan hökummesajı ola bilərmi?

«Bunu Ermənistan mövzusuna qayıdış kimi qiymətləndirmək olar»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, keçmiş parlamentdən qalan bütün sənədlərin geri qaytarılması prosedur qaydasıdır. Lakin hər halda bunu yenidən Ermənistan mövzusuna qayıdış kimi də qiymətləndirmək olar. “Artıq Türkiyə mətbuatında bununla bağlı fikirlərə rast gəlmək mümkündür. Belə fikirlər yayılır ki, əgər Bakı Türkiyənin maraqlarını, istəklərini nəzərə almayaraq İsraillə münasibətlərini əvvəlki səviyyədə davam etdirirsə, onda Ankara Ermənistanla bağlı siyasətini davam etdirə bilər. Odur ki, Sürix protokollarının Türkiyə parlamentinə yenidən qaytarılması texniki məsələ olsa da, Bakıya bir işarədir», - deyə Şahinoğlu düşünür.
Ekspertin sözlərinə görə, protokolların parlamentə qaytarılmasını onun mütləq müzakirəyə çıxarılacağı demək deyil. Digər tərəfdən elə səhv nəticəyə gəlmək olmaz ki, artıq Ankara, yaxud baş nazir Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad olunması tələbindən əl çəkdi. Lakin Türkiyə Ermənistan siyasətində “Azərbaycana boylanmadan” hərəkət edəcək: «Sürix protokolları müzakirə olunanda, Ermənistanla Türkiyə arasında dialoq xəbəri yayılanda Türkiyənin diplomatları mütamadi olaraq Azərbaycana gəlirdilər. Daima bu istiqamətdə Azərbaycan tərəfini məlumatlandırırdılar. Amma İsrail məsələsindən sonra güman etmirəm ki, artıq Türkiyə Ermənistan həmləsinə baş vursa, mütləq Azərbaycanla təmaslara ehtiyac duyacaq».

«Protokolların parlamentə qaytarılması Bakıya bir mesaj ola bilər»

Politoloq Vəfa Quluzadə də protokolların parlamentə qaytarılmasının Bakıya bir mesaj ola biləcəyini deyir. Amma eyni zamanda Azərbaycan torpaqları işğal altında ola-ola Türkiyənin Ermənistanla sərhədləri açacağını da gözləmir: «Ərdoğan Bakıda verdiyi sözün üstündə duracaq. O çox sərt şəkildə dedi ki, əgər torpaqlar azad olmamış sərhədlər açılsa, onda o, nə olar? Ona görə hesab etmirəm ki, sərhədlər açılacaq».
Ekspertin sözlərinə görə, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilk növbədə Rusiyanın maraqlarına uyğun deyil: «Məhz Moskva Yerevanı  Türkiyə ilə özünü qaba aparmağa məcbür edir. Ermənistan Sürixdə əldə olunan razılaşmalara əməl etməkdən imtina edib. Hər gün Ermənistanda Türkiyəyə ərazi iddiaları səslənir. Ermənistan Türkiyənin üzünə tüpürə-tüpürə Ankara sərhədləri necə açsın? Tüpürtdürən də Rusiyadır. Çünki Ermənistan heç bir şeydir. Ona görə də sərhədlərin açılması hələlik mümkünsüzdür».

azadlık gazetesi

Fizzə 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum