Ramazan QAFARLI Yazdı: TÜRK ƏYİLMƏZ, BOYUN ƏYMƏZ

Ramazan QAFARLI Yazdı: TÜRK ƏYİLMƏZ, BOYUN ƏYMƏZ
12 Şubat 2023 - 18:20 - Güncelleme: 12 Şubat 2023 - 19:34
Ramazan QAFARLI

TÜRK ƏYİLMƏZ, BOYUN ƏYMƏZ


2023-cü ilin fevral ayının 6-da Ata yurdumuz Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda saat 04:17-də (Türkiyə vaxtı ilə) 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat 13:24-də 7,6 maqnitudalı zəlzələ olub. Bundan başqa, eyni gündə 04:26-da, Qaziantepin Nurdağı rayonunda 6,4, saat 04:36-da isə Qaziantepin İslahiye rayonunda 6,5 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə dağıntılar törədib, təkanlar paytaxt Ankarada da hiss edilib. Zəlzələ nəticəsində həlak olanların sayı 21 848 nəfərə çatıb. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 104 nəfər yaralanıb.


Dərd yarandı dünya boyda
Türkiyədə - ata yurdda.
İtdi yerdə nizam-qayda
Allah dada çata yurdda.
Dad elədi quş da, qurd da...

Dağıdıldı şəhərləri,
Torpaq uddu insanları.
Açılmadı şəhərləri,
Nahaq axdı al qanları.
Aldı fələk sağ canları.

Qarışdırıb altı-üstü
Yıxdı kövrək binaları.
Təpələrdən çıxdı tüstü
Cansız görüb anaları.
Bol eylədi soyuq, qarı.

Viran qaldı zəlzələdən,
Quru torpaq qanla doldu.
Kim qurtuldu bu tələdən?..
Kimlərinmi ömrü soldu?..
Millət dərddən saçın yoldu.

Fələk!Sənin insafın yox...
Yazdıqların pis əcəldi...
Yardım əli uzadan çox,
Hamıdan tez qardaş gəldi.
Uçqunları söküb dəldi.

Təbiətin sərtliyini
Dünya gördü, hamı yandı.
İnsanların mərdliyinı,
Dözümünü kimlər dandı?. .
İki qonşu bayram sandı.

Çox xoş gəldi bu iş haya[1],
Sevindi ki, türk qırıldı...
Farsda da yox abır, həya.
Dilləndi ki, yer yarıldı,
Allah türkdən qisas aldı...

Qonşusunun dərdlərindən
Ləzət alan insan deyil.
Uzaqlaşıb iman, dindən
Ağa saldı şərə meyl.
Dığa, sən də alçal, əyil.

Türk dərdlərə boyun əyməz,
Sarsılsa da, dimdik durar.
Məğrur xalqa Allah dəyməz,
Uçan evi yenə qurar,
Türk düşmənə yumruq vurar.

Ərdoğanın göz yaşları
Kişiliyin əlaməti.
Qırıb, çatıb bərk daşları
Çıxardırlar şux qaməti.
Varmış Allah kəraməti.

Kimsə Türkə xor baxmasın,
Haqq-ədalət carçısıdır.
Coyuq sular qoy axmasın,
İlin yaman, sərt qışıdır.
Dildə elin alqışıdır.

Yüz on saat torpaq altda
Qalan körpə bir aylıqdı.
Siz susmayın dərin qatda,
Xilas yolu səs, haylıqdı.
Alt məkanda “kolay”lıqdı.

Bala ana qucağında
Qızınmaqla beş gün qaldı.
Türkun sönən ocağında
Düymə boyda kösov qaldı,
Nəfəs çıxıb alov saldı.

Ər-igidlər oylağında
Bitər acı, bitər kədər.
Ətir saçar gül bağında,
Xoş güzəran yazar qədər,
Neçə-neçə doğular ər.

10.02.2023

 
 
[1] Haylar – ermənilər

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum