1918-Cİ İLDƏ QUBA QƏZASINDA TÖRƏDİLMİŞ ERMƏNİ VƏHŞİLİKLƏRİ AZƏRBAYCAN QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ

1918-Cİ İLDƏ QUBA QƏZASINDA TÖRƏDİLMİŞ ERMƏNİ VƏHŞİLİKLƏRİ AZƏRBAYCAN QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ
13 Haziran 2024 - 08:50

Səriyyə Abidova Elşən qızı

1918-Cİ İLDƏ QUBA QƏZASINDA TÖRƏDİLMİŞ ERMƏNİ VƏHŞİLİKLƏRİ AZƏRBAYCAN QƏZETİNİN SƏHİFƏLƏRİNDƏ

1918-ci ildə Birinci Dünya Müharibəsinin son mərhələsində Azərbaycanın Quba qəzası tarixin salnaməsinə amansız və faciəli bir epizod səhnəsinə çevrilmişdir. Tarixən Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi heç bir gözə çarpan rol oynamasa da, bolşevik və daşnak Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi- soyqırımı hadisəsi idi.

Bu hadisə Azərbaycanın xalqının yaddaşında silinməz iz qoyaraq və regionun tarixinin keşməkeşli bir dönəmində verilən fədakarlıqları xatırlatmaqdadır.

Baş verən dəhşətlər “Azərbaycan” qəzeti tərəfindən dəqiqliklə sənədləşdirilmiş, jurnalistlərin cəsarətinin və ağlasığmaz çətinliklərlə üzləşən xalqın dözümlülüyünün sübutu olmuşdur.

Məqalədə biz “Azərbaycan” qəzetində 1918-ci ildə Quba qəzasında törədilmiş erməni vəhşiliklərinin geniş işıqlandırılmasını araşdıraraq, həmin keşməkeşli günlərdə baş verən dəhşətli hadisələrə işıq salacağıq.

1918-ci il martın əvvəllərində erməni nizamsız qüvvələri Azərbaycanın bir sıra regionlarında dağıdıcı hücuma keçdi. Həmin böləgələr sırasına Quba qəzası da daxil idi.

Ermənilərin, xüsusən də, onların hərbi və siyasi ideoloqu olan S.Şaumyanın 1918-ci ilin martında Bakıda və qəzalarda silsilə qətliamlar törətməsi onların əvvəlcədən planladığı uzun müddətli soyqırımı strategiyasından xəbər verirdi.

Qubada fəaliyyət göstərən milli qüvvələr yaxınlaşan təhlükəni görür və qəza əhalisini labüd qırğından qorumaq üçün müəyyən tədbirlər həyata keçirirdilər. Amma onların onların cəhdlərinə baxmayaraq Bakı Xalq Komissarları Soveti və onun rəhbəri S.Şaumyan, həmçinin mərkəzdəki bolşeviklərə sığınıb onlardan təlimat alan yerli emissarlar aldıqları təlimatlara uyğun olaraq Quba qazasında sabitliyi pozmağa can atırdılar.

S.Şaumyanın başçılığı altında Quba və Azərbaycanın digər bölgələrində Azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, onların təkcə hakimiyyəti qəsb etməklə məhdudlaşmayacaqlarını göstərdi.

1918-ci il may ayının 1-də türklərə qarşı törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti  Hamazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət  3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Erməni qəsbkarlərı silahsız əhalinin amansızcasına qətlə yetirir, əmlaklarını talayırdılar.

Ölənlərin sayı ilə bağlı təxminlər müxtəlifdir, lakin Quba hadisəsi zamanı yüzlərlə günahsız insanın həlak olduğu geniş yayılmışdır. Qurbanlar təkcə azərbaycanlılar deyil, həm də bölgədə yaşayan müxtəlif etnik və dini icmaların nümayəndələridir.

Qeyd edildiyi kimi, silah-sursat cəhətdən düşməndən xeyli geri qalan yerli qüvvələr tərəfindən Xaçmazda Hamazasp dəstəsinə qarşı ciddi müqavimət göstərilmiş, lakin bütün cəhdlərə baxmayaraq düşmənin iraliləməsinin qarşısını almaq mümükün olmamışdır. Bir müddət sonra isə Nikolayevka kəndi yaxınlığında daha bir qanlı döyüş baş vermiş və bu döyüşdə hər iki tərəfdən xeyli itki olmuşdur.

Quba və ətraf yerlərdə türk-müsəlman əhali üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1918-ci ilin iyul ayında yaradılan Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ilin dekabrında işə başlayaraq, ermənilərin türk müsəlmanlara qarşı törətdikləri kütləvi soyqırımları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə aşkarlayıb üzə çıxarmışdır.

1918-ci ilin dekabırın 16-da Komissiyaya verdiyi izahatında Quba şəhər sakini, 40 yaşlı Məşədi Həmdulla Əliyev qeyd edirdi ki, mən şəxsən qadınların və uşaqların kütləvi surətdə öldürülməsinin və qadınların döşlərinin kəsildiyini görmüşəm. Meyitlərin çoxu xəncərlə eybəcər hala salınmışdır.

Bu hissəyə həmçinin Quba qəzasının ayrı-ayrı kənd sakinlərinin ərizə və müraciətləridə daxil edilmişdir ki, həmin sənədlərdə evlərin yandırılması, anbar, dəyirman və digər tikililərin dağıdılması, mal-qaranın oğurlanması, əşyaların qarət edilməsi və s. nəticəsində zərərçəkənlərin hər birinə vurulmuş zərərin miqdarı haqqında məlumat verilir.

Soyqırımı hadisələri zamanı, Qubanın Kilvar kəndində məskunlaşan ermənilər zərər görməmiş əksinə yerli nüfuzlu şəxlər tərəfindən qorunmuşlar. Bunu Azərbaycanın Milli- Məbusan üzvü Həmdulla əfəndi Əfəndiyevə Bakı erməni yeparxialnı (yepiskopu) Baqrat tərəfindən “Azərbaycan” qəzetində göndərdiyi təşəkkür məktubu sübut edir.

Quba qəzasında ermənilər tərəfindən törədilmiş soyqırım hadisəsi haqqında “Azərbaycan” qəzetinin müxtəlif illərdəki dərcində mütəmadi olaraq geniş şəkildə bəhs olunmuşdur.

Quba qəzasında da digər regionlarda olduğu kimi ermənilər kütləvi qırğınlar ilə əlaqədar geniş hazırlıq işləri görmüşdülər. Onlar qırğına başlamaq və hayata keçirmək üçün bəhanə axtarmağa başlamışdılar. Erməni qüvvələri dünyanın hər bir yerinə müsəlmanlar tərəfindən ermənilərin guya sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Həmin zamanlar Quba qəzasında yaşayan H.Hayrapetov, M.Kasparov, A.Boqdanov və A.Mukanyans tərəfindən göndərilən teleqramda iddia edilirdi ki, Quba qəzasında müsəlmanlar milli qırğın törədir, qırğın nəticəsində erməni və rus kəndlərini darmadağın edir və ibadət məkanlarını, kilsələri od ilə yandırırlar”.

Azərbaycan” qəzetində Quba qəzasında ermənilərin törətdikləri vəhşiliklər və həmin qətliam haqqında digər məlumatlar da ətraflı bəhs edilib. Belə ki, Qubada həyata keçirilən terror zamanı qətlə yetirilən soydaşlarımızın sayının təxminən dörd min nəfərdən artıq olduğu qeyd olunur. Həmin hadisə nəticəsində Quba qəzasında yüz iyirmi iki kənd tamamilə darmadağın edilmiş və 2750-dən çox ev isə tamamilə yandırılmış və məhv edilmişdir. 2007-ci ilin əvvəllərində - aprel ayında Qubada xüsusi konstruksiya işləri zamanı qazıntı işləri aparılanda kütləvi məzarlıq aşkara edildi. Məzarlıqda təxminən 500-dək insan kəllə sümüyü vardı. Bu kəllə sümüyünün 100-dən çoxu qadınlara, 50-dən çoxu isə uşaqlara aid idi. Həmin insanların ermənilərin 1918-ci ildə Qubada vəhşicəsinə həyata keçirdiyi soyqırımın qurbanı olduğu sübut olundu. Xüsusi araşdırmalar nəticəsində məlum oldu ki, ermənilər həmin dinc əhaliyə zorakılıq tədbiq edərkən odlu silahdan istifadə etməyiblər. Belə ki, onların sümüklərdə güllə yeri aşkar edilməmişdir, tədqiqatlar zamanı məlum oldu ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar, digər soydaşlarımızın başlarına isə küt alətlə, mismar ilə vurmaqla ağlasığmazcasına qətlə yetirilib, sonra isə kütləvi şəkildə onlar quyulara doldurulub və üzəri torpaqla örtülüb. Bəzi mənbələrdən alınan məlumatlara əsasən 1918-ci il Quba qəzasına daxil olan daşnak-bolşevik qüvvələrinin sayı təxminən 5 min nəfərdən çox olub. Beləliklə onlar silahsız dinc əhaliyə azğınlıqla divan tuta biliblər. [5] Tarixin qanlı səhifələrinin yazıqlıdığı 31 mart soyqırımı təcavüzkar erməni xainlərinin xalqımıza qarşı törətdiyi etnik təmizləmə siyasətinin ən qəddar formasıdır. Ölkəmiz ötən illər ərzində xalqımıza erməni millətçilərinin qarşı törətdiyi sayısız cinayətlər, o cümlədən, həmin soyqırım haqqında əsl həqiqətlərin qlobal ictimiyyətinə çatdırılması, soyqırımı kimi tanıdılması uğrunda çoxsaylı fəaliyyətlər göstərib. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, kütləvi məzarlıqda azərbaycanlılarla yanaşı, Qubada milli azlıq kimi yaşayan tat, yəhudi, ləzgi və başqa etnik qruplar qeyri-insani əməllərlə qətlə yetirilərək basdırılmışdır.

Ermənilərin Azərbaycanın ayrı-ayrı ərazilərində, o cümlədən Quba qəzasında törətdiyi soyqırımlar ilə bağlı cinayət işi başlanılır. Quba soyqırımında faciəvi şəkildə qətlə yetirilən əhalinin sayı müəyyənləşdirilir, həmçinin zərərçəkənlər mütləq qeydə alınır. Beləliklə, zərərin miqdarı hesablanır və cinayətkarların kimliyi tam dəqiqləşdirilir. Ancaq çox təəssüf ki, 1920-ci il aprel ayında Azərbaycanda Sovet hakimiyyəti qurulduğu zaman Fövqəladə Təhqiqat Komissiyası fəaliyyəti dayandırılır, və bütün cinayət işlərinə bir-bir xitam verilir.

Hamazaspın rəhbərliyi altında erməni hərbi birləşmələri Quba qəzasının türk-müsəlman sakinləri daxil olmaqla, yəhudilərə də qarşı güclü qırğınlar törətmişlər. Xüsusi tədqiqatlar nəticəsində aşkar olmuşdur ki, Qubada soyqırımın baş verdiyi dövrlərdə - 1918-1919-cu illərdə ermənilər tərəfindən üç min nəfərə yaxın yəhudi amansızca qətlə yetirilmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, Erməni daşnakları 1918-ci ilin mart və aprel aylarında Azərbaycanın digər bölgələrində təxminən əlli minə qədər insanı xüsusi işgəncələrlə amansızca qətlə yetirilmişdir. Varan yazırdı: “mənə görə ən gözəl şey o idi ki, biz müsəlmanları quyulara atdıq və onların üstlərini daşlarla doldurduq”. Varan xüsusi olaraq qeyd edir ki, “Quba qəzasında baş verən hadisədə təkcə üç min adamı mən öldürmüşəm.

Azərbaycanın ərazisində erməni birlikləri tərəfindən törədilən qırğınlar çoxsaylı qəzet və jurnallarda, yerli və xarici mətbuatda işıqlandırılmışdı. 1918-ci ildə kütləvi və amansız qətliamlara, soyqırımlara məruz qalmış Quba qəzasındakı soyqırım da yerli bir çox qəzetlərdə bəhs olunmuş və indiki zamanda da gələcək nəsilin maariflənməsində öz töhfəsini verməyə davam edir.

1918-ci il hadisələri, həmçinin I Qarabağ savaşı zamanı törədilən soyqırımlar dəyişməyən erməni xislətindən xəbər verir. Buna baxmayaraq Azərbaycan xalqı tarixən mərd və sülhsevər olmuşlar. Həmdulla Əfəndinin və digər yerli müsəlman əhalinin Kilvar kəndində yaşayan erməni ailələrinə göstərdiyi diqqət bunun sübutudur. Lakin ermənilər həmişə xalqımızın ürəyi yumşaqlığından məharətlə istifadə edə bilmişlər.

Dövrün ən çox oxunan “Azərbaycan” qəzetinin 31 mart 1919-cu il, 147 nömrəli sayında çap edilmişdir: “Xalqımız Azərbaycanın istiqlalı, türk azadlığı, millət səadəti yolunda son damla qanına və son nəfəsinədək heç bir fədakarlıqdan geri durmayacaqlardır!

Ölənlərə rəhmət! Qalanlara ibrət! ”

Xəlil İbrahim

*Səriyyə Abidova Elşən qızı
Elmi Araşdırmalar, Ekspozisiya fond şöbəsinin əməkdaşı
Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”
[email protected]


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum