Vefale TALIBLI yazdı: Şehid Anası

Şair-Yazar Vefale Talıblı'nın Azerbaycan Türkçesiyle yazdığı şiir: Şehid Anası

Vefale TALIBLI yazdı: Şehid Anası
02 Kasım 2021 - 09:06
ŞƏHİD ANASI

Axan gözlərinin yaşını silən
Əllərinə qurban, şəhid anası...
Bir gecədə tel-tel olub ağaran
Saçlarına qurban, şəhid anası...

Oğul deyə əzizləyib boyunu sevən,
Hər əzab-əziyyətə dözüb gözləyən,
Vətən sevgisi ilə övlad böyüdən
Torpağına qurban, şəhid anası...

Səssizcə süzülən göz yaşlarına,
Ətrafı axtaran baxışlarına,
Oğluyla fəxr edən o duruşuna,
Qüruruna qurban, şəhid anası...

Şəkillərdə qalan oğullarına,
Ulu millətimin qürurlarına,
Uğrunda can verən bu torpağına,
Bayrağına qurban, şəhid anası...
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum