MEMORİAL KOMPLEKSLƏR NƏ ÜÇÜN LAZIMDIR?

 MEMORİAL KOMPLEKSLƏR NƏ ÜÇÜN LAZIMDIR?
16 Mayıs 2023 - 15:30
MEMORİAL KOMPLEKSLƏR NƏ ÜÇÜN LAZIMDIR?
Yazan: Bağırlı Namiq Habil oğlu


Xülasə
Günahsız insanlara qarşı törədilmiş soyqırımların əbədiləşdirilməsi məqsədilə soyqırımı memorial komplekslərinin böyük tarixi əhəmiyyəti var. Ölkə Prezidenti cənab İlham Əliyevin də vurğuladığı kimi işğaldan azad olunmuş əzəli torpaqlarımızda xalqımız üçün canından keçmiş insanların xatirəsinə Memorial Komplekslər inşa olunacaq. Bu cür məkanlar tariximizi yadda saxlamağa, gələcək nəsillərə vətənpərvərlik hisslərinin aşılanması baxımından böyük önəm daşıyır.
                           Summary
Genocide memorial complexes are of great historical importance in order to perpetuate genocides committed against innocent people. As the President of the country Mr. Ilham Aliyev emphasized, Memorial Complexes will be built in memory of the people who died for our people in our ancient lands freed from occupation. Such places are of great importance in terms of remembering our history and instilling patriotic feelings in future generations.

Резюме
Мемориальные комплексы жертв геноцида имеют большое историческое значение для увековечивания геноцидов, совершенных против невинных людей. Как подчеркнул Президент страны господин Ильхам Алиев, Мемориальные комплексы будут построены в память о людях, погибших за наш народ на наших древних землях, освобожденных от оккупации. Такие места имеют большое значение с точки зрения памяти о нашей истории и воспитания патриотических чувств у будущих поколений.
Açar sözlər: Soyqırımı, memorial, kompleks, Azərbaycan, Genosid
Keywords: Genocide, memorial, complex, Azerbaijan, genocide
Ключевые слова: Геноцид, мемориал, комплекс, Азербайджан, геноцид

Ümumiyyətlə, insan ölümü heç kəsin şahidlik etmək istəmədiyi, lakin bununla belə istəməsək də, qarşılaşa biləcəyimiz təbii bir hadisədir. Bizə yaxın olan, yaxud da tanıdığımız insanların ölümü həmişə bizə ağrılı gəlir. Lakin belə məqamlarda emosional olmaq əvəzinə, bu kimi vəziyyətləri - insan ölümlərini düzgün bir şəkildə necə qiymətləndirməyi bacarmalıyıq.
Dünyasını dəyişmiş insanlara olan sevgi və rəğbətimizi bildirmək baxımından memorial komplekslərin böyük önəmi vardır.  “Memorial” sözü latın sözü olan “memos” sözündən götürülüb, mənası “yaddaşlarda qalan” deməkdir. Memorial komplekslərin sayəsində dünyasını dəyişmiş insanların xatirələri bizimlə əbədi olaraq yaşayacaq.
Memorial komplekslər hər bir ölkənin mədəniyyətinin vacib bir hissəsidir. Onlar bizə dünyasını dəyişmiş əziz insanları, yaxud da ictimai xadimləri xatırlamağımıza kömək edir. Memorial komplekslər min illərdir ki, mövcuddur. Məsələn, Tac Mahal, Linkoln Memorial Kompleksi, Vyetnam Veteranlarının Xatirəsinə Ucadılmış Memorial Kompleksi və s. kimi komplekslər bizlərdən ötrü özünü qurban vermiş, öz vətəninin inkişafı yolunda böyük zəhmətlər çəkmiş şəxslərin xatirəsinə ucadılmış məkanlardır.  Məhz memorial komplekslərin sayəsində bizim üçün çox vacib olan insanları xatırlaya, onlara öz sayğımızı bildirə bilərik. [1]
Memorial komplekslər həmçinin gələcək nəsillərə həqiqətləri çatdırmaq baxımından çox vacib rol oynayır. Bu kimi məkanlar insanları öz keçmişləri, tarixləri haqqında məlumatlandırır.
Bir də var Soyqırım Memorial Kompleksləri...
Bəşər tarixi yarandığı gündən bu günə qədər bir sıra qəddarlıqlarla, əzablarla üzləşib. Bu insanlığa sığmayan əməllərdən biri də soyqırımdır. Soyqırımı insanların kütləvi şəkildə qətlə yetirilməsi, yaşayış binalarının, tarixi abidələrin yerlə-yeksan edilməsidir. 1948-ci ilin dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı tərəfindən  Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında konvensiya qüvvəyə minmişdir. 141 ölkə bu konvensiyanı təsdiqləmişdir. [2]
Dünyanın bir çox ölkələrində soyqırımlar törədilmişdir. Azərbaycan, Bosniya-Hersoqovina, Kambociya, Qolodomor, Banqladeş, İsrail və s. Minlərlə günahsız insanlar qəddar siyasətçilərin, pis niyyətlərin qurbanı olmuşdur. Bu soyqırımlar nəyə görə törədilir, bu soyqırımların törədilməsində məqsəd nədir? Bu kimi suallara cavab tapa bilməsək də, ən azından dünyanın dörd bir tərəfində yaşayan insanların bu baş vermiş soyqırımları pisləməsi onu göstərir ki, insanlıq hələ də ölməyib. [3]
Soyqırımı, ümumiyyətlə, nə deməkdir? Yunan sözü olan “genos”un mənası qəbilə, tayfa, soy, “cide” isə latın sözü olub mənası “öldürmək” deməkdir. Yəni bir soyun qırılması, öldürülməsi... İnsanlar arasındakı bu nifrət nəyə əsaslanır? Nəyə görə bir millət digər milləti qırmaq, soyunu məhv etmək istəsin? Suallar çoxdur, cavab isə yoxdur, bəlkə də...
Gəlin dünyanın müxtəlif yerlərində olan Soyqırımı Memorial Komplekslərinə səyahət edək...
  1. Srebrenitsa Soyqırımı Memorial Kompleksi – 1995-ci ildə baş vermiş Srebrenitsa soyqırımının qurbanlarının xatirəsinə ucaldılıb. Soyqırımı zamanı əksəriyyəti müsəlman olmaqla 9000-ə yaxın insan qətlə yetirilib. 2006-cı ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar edilmişdi. Orada olan insan qalıqlarından 2070 nəfər qurbanın kimliyi müəyyən edilmişdir. 7000 torbada saxlanılan cəsəd hissələrinın kimliyi isə hələ də müəyyən edilməmiş qalır. 11 avqust 2006-cı ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 cəsədin qalıqları üzə çıxarılmışdır.
        
  1. Kigali Soyqırımı Memorial Kompleksi – Ruanda soyqırmının qurbanlarının xatirəsinə ucaldılmış Memorial kompleks. 1994-cü ildə baş vermiş Ruanda soyqırımında  250 000 insan qətlə yetirilmişdir.

  1. Xatun Memorial Kompleksi – Belarusiyanın Minsk şəhərində II Dünya Müharibəsində qətlə yetirilmiş üç milyon insanın xatirəsinə ucaldılıb. Minsk şəhərininin şimal hissəsində yerləşən Xatın kəndinin 149 sakini II Dünya müharibəsində yandırılaraq öldürülmüş, yalnız bir insan sağ qalmışdı.
  1. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”. 2007-ci ilə kimi şəhər stadionu kimi istifadə olunmuş ərazidə tikinti işləri gedən zaman kütləvi insan məzarlığı tapılmışdır. Aparılan araşdırmalarla tapılmış kütləvi insan qalığının 1918-ci ildə azərbaycanlılara qarşı baş vermiş soyqırımda qətlə yetirilmiş insanların kütləvi məzarlığı olduğu məlum oldu. 2009-cu ölkə prezidenti İlham Əliyev tərəfindən verilmiş sərəncamla kütləvi məzarlığın tapıldığı ərazidə “Soyqırımı Memorial Kompleksi”nin tikilməsinə qərar verilmişdir. Soyqırımı Memorial Kompleksi bu günə qədər 1 milyona yaxın ziyarətçi qəbul etmişdir. 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) bələdçi xidməti göstərilir.


Heç nə vaxtsa soyqırımı memorial komplekslərində olmusunuzmu?

Bağırlı Namiq Habil oğlu

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
e-mail: namiq-bagirli@mail.ru


Ədəbiyyat siyahısı
  1. https://www.nps.gov/linc/index.htm
  2. https://az.wikipedia.org/wiki/Birl%C9%99%C5%9Fmi%C5%9F_Mill%C9%99tl%C9%99r_T%C9%99%C5%9Fkilat%C4%B1
  3. https://after-dictatorship.org/en/memorials.html

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum