ÖMÜR

Azerbaycan Yazarlar Birliği Üyesi Lamiya İsazade'nin şiirini yayınlamaktan mutluluk duyuyoruz.

ÖMÜR
12 Temmuz 2024 - 10:46

ÖMÜR
Lamiyə İsazadə


 Keçib gedən ömürmüş,
 Bizsə zamandır dedik.
 Bu zamanın ömürdən,
 Getdiyini bilmədik.

 Bizə verilən ömrü,
 Qayğıya verdik hədər.
 Xoşbəxtliyin dadını,
 Bilmədik zərrə qədər.

 Qaşla göz arasında,
 Bitər ömür dediyin.
 Torpaq olar arzular,
 Yaşaya bilmədiyin.

 Ömür qısa, zaman az,
 Yaşayaq doya-doya.
 Sevgimizi gizlədib,
 Saxlamayaq sonraya.

 Ömür yüz il də olsa,
 Qısadır bir gün qədər.
 Bircə gün xoşbəxt olsaq,
 Ömür boyu bəs edər.

*Lamiyə İsazadə,
 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident Təqaüdçüsü.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum