Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi
28 Haziran 2023 - 14:21
Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi
Əlcəzair Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzeyi Əlcəzairin ən əhəmiyyətli tarixi məkanlardan biridir. Bura ilin bütün günlərində əlcəzairlilərin, uşaqlı, böyüklü hər bir kəsin, o cümlədən xarici turistlərin üz tutduğu tarixi yerdir. Əlcəzair Milli Mücahidlər Muzeyİ ilk olaraq 1972-ci ildə paytaxt Əlcəzairin 3-cü ən böyük rayonu olan Quba bölgəsində yaradılmışdır. Daha sonra isə bu muzey Əlcəzair tarixinin ən əhəmiyyətli hadisələrinə şahidlik etmiş, yüksək strateji mövqeyə malik Əl-əbyar rayonun Riyad əl-fəth adlanan ərazisində inşa edilmişdir. Burada ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatlarını qurban vermiş qəhrəmanların xatirəsini əbədiləşdirmək üçün Şəhid Memorial Abidəsi ucaldılır, yerin altında isə Milli Mücahidlər Muzey yaradılır. Ilk olaraq Şəhid Memorial Abidəsinin sonra isə Milli Mücahidlər Muzeyi kompleksinin məhz bu ərazidə yaradılması heç də təsadüfü olmamışdır. Ölkə rəsmlərinin abidənin bu yüksək strateji məkanda ucaldılmasına qərar verməsinin səbəblərindən biri də bu məkanın bir neçə tarixi döyüşlərə şahidlik etməsi olmuşdur. Belə ki, Osmanlı xilafətinə qarşı düşmənçiliyi ilə tanınmış, İspaniya kralı Çarles Lukanın başçılığı ilə 23 oktyabr 1541-ci ildə Əlcəzairin işğalı məqsədilə başlanmış səlib yürüşünün qarşısı əlcəzairlilər tərəfindən məhz bu strateji mövqedən alınmışdır. Tarixi sənədlər göstərir ki, bu strateji məkandan Əlcəzairli döyüşçülər, toplarla Çarles Lukanın 250 ədəd hərbi gəmisini sıradan çıxarmış, 20 min əskərini məhv etmiş, 8 min nəfərini isə sahildə tərk edərək gəldikləri yerə qaçmağa məcbur etmişlər. Tarixi rəvayətlərə görə bu məğlubiyyətdən sonra İspan Kralı Çarles Əlcəzairi tərk edərkən başındakı tacı çıxarır və mən səni daşımağa layiq deyiləm, deyib onu dənizə atır. O vaxtan İspaniya kralları başlarına tac geyinməyi tərgitir.
Üç yüz ildən artıq müddətdə Osmanlı xilafətinin idarəçiliyində olmuş əlcəzairlilər osmanlıları bu torpaqlara əlcəzairli müsəlmanları ispanların səlib yürüşlərindən xilas etmək üçün köməyə çağırmışdır.Osmanlı hakimiyyəti dövründə Riyad Əl-fəth adlana bu yer şəhərin sahillərini müşahidə etmək üçün rəsədxana, Osmanlı hərbi dəniz gəmilərinin müşahidə məntəqələri olmuşdur. Əlcəzairin Fransa müstəmləkəçilik dövründə isə 1954-cü il 24 iyun tarixində Əlcəzair milli hərakatının 22 nəfər lideri buradakı mənzil -qərərgaha yığışaraq paytaxtın mərkəzi sayılan bu strateji məkandan dünyanın ən güclü müstəmləkəçisinə qarşı mübarizəyə başlamışlar. Bundan başqa,"Sozzini Villası"kimi tanınan ölüm düşərgəsi burada idi. Bu düşərgədən Fransız müstəmləkəçiləri əlcəzairli azadlıq mübarizlərinə qarşı işgəncə və qətllər üçün istifadə edirdilər.
Ərazinin tarixi və coğrafi xüsusiyyətlərini nəzərə alaraq Əlcəzairin mərhum prezidenti Şadli bin Cadid Şəhid Memorial Abidəsinin burada ucaldılmasına qərar vermişdir. 9 ay çəkən inşaat işlərindən sonra prezident Şadli bin Cadidin iştirakı ilə 1982-ci ilin iyulun 5-də şəhərin hər tərəfindən görünən, bənzərsiz memarlıq xüsusiyyətlərə malik Şəhid Memorial Abidəsinin təntənəli açlışı olmuşdur. Memorial Abidə Kanadanın “Lafalayn” şirkəti tərəfindən əlcəzairli memar Bəşir Yelsinin layihəsi əsasında inşa edilmişdir. Kopleksin ümumi sahəsi 15300 m2 ərazini əhatə edir. Şəhid Memorial Abidə hər biri 3 xurma yarpağı şəklində, 97 metr hündürlüyündə ucaldılıb. 47-ci metrdən başlayaraq yarpaqlar biri birinə sarılır, diametri 10, hündürlüyü 25, eni 6 metr olan Əlcəzair İslam memarlıq xüsusiyyətinə uyğun günbəzlə tamamlanmışdır. Üç xurma yarpağına bənzəyən abidənin mərkəzi, əlamətdar günlərdə şəhidlərin xatirəsini yad etmək üçün ali qonaqlar tərəfindən əklillərin qoyulması üçün yaradılmış xüsusi platformadır. Dünya liderlərinin Əlcəzairə rəsmi səfərləri zamanı kopleksi ziyarət edib, şəhidlərin xatirəsini yad etmək, ölkənin ən vacib rəsmi protokol mərasimlərindən biri hesab olunur.
Şəhid Memorial Abidəsinin hər üç yarpağabənzər hissəsinin arxasında 3 nəhəng bürünc heykəl ucaldılmışdır ki, bu heykəllər Əlcəzair xalqının azadlıq mübarizəsini təcəssüm etdirir. Heykəllərədən birincisi Əlcəzair xalq müqavimət hərəkatını, ikincisi Əlcəzair milli azadlıq ordusunu, üçüncüsü isə Əlcəzair xalq milli cəbhəsini simvollaşdırır.
1982-ci ildə Şəhid Memorial Abidəsinin inşasından sonra 1984-cü ildə Abidənin altında Milli Mucahidlər Muzeyi fəaliyyətə başlamışdır. Milli Mücahidlər Muzeyinin mərkəzində günbəzli salon,ətrafı dəhlizlərlə əhatələnmiş ekspozisiya zalları və xidməti otaqlarından ibarətdir. Burada ekspozisiyaların daimi sərgiləndiyi böyük sərgi zalları, tam mərkəzdə gümbəzli dua salonu, mütəxəssis və araşdırmaçıların işləməsi üçün internetlə təchiz olunmuş kompüter otaqları, elmi kitabxana, elmi seminar və konfransların keçirliməsi üçün mühazirə zalı və inzibati otaqlar fəaliyyət göstərir. Muzeyin kolleksiyasının böyük hissəsi ölkənin Fransa tərəfindən işğalına və Fransa müstəmləkəçiliyinə qarşı aparılmış xalq müqavimətinə həsr olunub. Muzey Əlcəzairin azadlıq tarixinə həsr olunmuş ən böyük və ən əhəmiyyətli tarixi məkan, maliyyə baxımından müstəqil idarəçilik dərəcəsinə sahib dövlət qurumudur. Muzeydə Əlcəzair İslam İrsi (əlkəşafat əl-iislamiyyət əl-cazairiyyət) hərəkatının yaradıcısı 33 yaşında edam olunaraq öldürülmüş, Məhəmməd Bəvarisin heykəli ucaldılıb.
Şəhid Memorial Abidəsi və Milli Mücahidlər Muzey Kompleksi 1832-ci ildə Fransız müstəmləkəçilərinin Əlcəzair torpaqlarına ayaq basdıqdan, 1962-ci ildə oradan ayrılana qədər əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizəsinin əyani şahidi, danışan səsidir. Muzey fotoşəkil kolleksiyaları, tarixi sənədlər, canlı şahid ifadələri və mücahidlərin təcəssüm olunduqları maketlər vasitəsilə iyirminci əsrdə insanlığa qarşı törədilmiş cinayətləri gözlər önünə sərgiləyir. Muzeydə nümayiş etdirilən eksponatlar müstəmləkəçilərin müdafiəsiz Əlcəzair xalqına qarşı həyata keçirdikləri ən dəhşətli hadisələrdən xəbər veir. Muzey ölkənin əyalətlərində fəaliyyət göstrən eyni adlı 48 muzeylə birgə Əlcəzair xalqının milli yaddaşını qoruyur, əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizə tarixini nümayiş etdirir və gənc nəsillərə vətənpərvərlik dəyərlərini təbliği edir.
Milli Mücahidlər Muzeyi, əlcəzairlilərin müstəmləkəçilərə qarşı mübarizə tarixini dörd böyük ekspozisiya zalından təqdim edir. Birincisi azadlıq mübarizəsinin başlanğıcına qədər xalq müqaviməti zalı (1830-1919), sonra siyasi mübarizə dövrləri əks etdirən ikinci zal, ardınca xalqın qəhrəmanlıqları ilə yadda qalan azadlıq mübarizəsinin başlandığı dövrləri əks etdirən üçüncü zal (1919-1954) və daha sonra müstəmləkəçilərin törətdiyi cinayətlər və soyqırım hadisələrini nümayiş etdirən dördüncü ekspozisiya zalı. Muzeydə sərgilənən eksponatlar əlcəzairlilərin azadlıq mübarizəsinin əzəmətini nümayiş etdirən canlı şahidlərdir, desək, yanılmarıq. Milli Mücahidlər Muzeyi əlcəzairlilərin azadlıq mübarizəsi tarixinin müxtəlif yönlərini nümayiş etdirir. Burada rəsm əsərləri ilə yanaşı, müstəmləkəçiliyə qarşı mübarizə aparmış əlcəzairli mübarizlərə aid silahlar, arxiv materialları və döyüş əşyaları, tarixi fotoşəkillər və sənədlər, həmçinin Fransa müstəmləkəçiliyinə qarşı hərəkata rəhbərlik etmiş Əmir Əbdülqadirin (Əbdülqadir İbn Muhyiddin) şəxsi əşyaları və silahları, onun 1853-cü ildə fransız rəssam Anj Tisye tərəfindən çəkilmiş və yalnız 1976-cı ildə Fransa tərəfindən ölkəyə qaytarılmış portreti muzeyin ən çox ziyarət olunan kolleksiyaları sırasındadır. Həmçinin Əlcəzair xalqının mübarizəsini yatırmaq üçün müstəmləkə qüvvələrinin istifadə etdikləri edam vasitələri burda sərgilənir. 1956-cı ildən başlayaraq Sarkaji həbsxanasındakı "ölüm dəhlizi" Gilyotin (edamın icrası üçün eyni adlı fransız cərrahın hazırladığı xüsusi qurğu) burada nümayiş olunur. Əlcəzairin müvəqqəti hökumətinin və onun müxtəlif təsisatlarının yaradılması, milli məslələrdə ümumxalq həmrəyliyi, “Evian” sazişləri və Əlcəzairin İstiqlal Bəyannaməsi sənəd və fotoşəkillərlə burada sərgilənir. Muzeyin mərkəzi hissədə məxsusi işıqlarla bəzədilmiş qara və yaşıl qranit daşlar üzərində günün bütün vaxtlarında Quran ayələrinin yazıldığı qübbəli salonla əhatələnib. Əlcəzair İslam memarlığı əsasında yaradılan bu günbəzli salonda ziyarətçilər ekskursiyalarının sonunda şəhidlərin ruhuna dualar oxuyurlar.
Tarixi mənbələrdən məlumdur ki,fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən çox fərqli olub. Əgər Faransa başqa ərazilərin müstəmləkə olduğunu qəbul edirdisə, Əlcəzairi özünün bir parçası, dənizarxası ərazisi hesab edirdi. 1954-cü ildən müstəqillik mübarizəsinə qalxmış Əlcəzair, 8 il çəkən müstəqillik mübarizəsində ən ağır faciələrə məruz qalan ölkələrdən biridir. Əlcəzair torpaqlarında yaşanan böyük faciələr fransızların Afrikadan çəkilərkən həyata keçirdiyi “ Qara ləkə” olaraq dünya tarixinə həkk olunmuşdur. Fransızlar 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirmişdir. Məhz buna görə də Əlcəzair "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Ümumilikdə isə 10 milyona yaxın əlcəzairli müstəmləkəçilik dövrünün qurbanı olmuşdur. Açıq rəsmi mənbələrə görə Faransa əlcəzair torpaqlarında 17 dəfə nüvə silahı sınaqlarını həyata keçirib. Fıranasızların bu torpaqlarda basdırdıqları mina və partlayıcılar səbəbindən minlərlə əlcəzairlinin həyatına son qoyulmuşdur
Muzeydə nümayiş olunan eksponatlardan aydın olur ki, Əlcəzair dövləti, ölkənin milli yaddaşının qorunmasına və müstəmləkəçilər tərəfindən talan edilmiş tarixi əşya və dəlillərin ölkəyə geri qaytarılmasına nə qədər böyük əhəmiyyət verir. Milli Mücahidlər Muzeyinin fəaliyyət istiqamətlərindən biri də ölkədən daşınıb aparılmış tarixi sənədləri və əşyaları ölkəyə geri qaytarmaqdır. Həmçinin xalq müqaviməti hərəkatında, milli azadlıq hərəkatında və azadlıq mübarizəsində iştirak etmiş canlı şahid ifadələrini qeydə almaq, əvvəlki qeydlərin bərpası və qorunması üzərində işləmək, akademik tədqiqatlarda və beynəlxalq sərgilərdə nümayiş etdirmək də muzeyin fəaliyyət istiqamətlərindədndir. Elə bu yaxınlarda muzey açıqlamışdır ki, ölkənin müstəqilliyindən bəri Əlcəzair dövləti tərəfindən qeydə alınmış 13 min şahid ifadəsinə əlavə olaraq 6 min səsli və görüntülü canlı şahid ifadəsini vidioçəkilişlə qeydə almışdır.
Təsadüfi deyil ki, Əlcəzair prezident Əbdulməcid Tabunun dəvəti ilə ötən ilin noyabr ayında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən Sammitində iştirak etmək məqsədilə Əlcəzairə səfər edən ölkə rəhbərimiz, Prezident İlham Əliyev Samimitdən əvvəl Şəhid Memorial Abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etmişdir. Dövlət başçımıza muzey haqqında ətraflı məlumat verilmiş, ölkəmizin başçısı muzeyin xatirə dəftərində ürək sözlərini yazaraq muzeyin tarixi əhəmiyyətini qeyd etmişdir: “Milli Mücahidlər Muzeyi Əlcəzair xalqının şanlı tarixinin ən faciəli və eyni zamanda, ən qürurverici səhifələrindən birini özündə əks etdirən mühüm kompleksdir”. Prezident İlham Əliyev Əlcəzair xalqının şücaəti sayəsində qazanılmış qələbənin gələcək nəsillərin yaddaşına hək edilməsinin vacibliyini vurğulamışdır: “Bu muzey Əlcəzair xalqına qarşı misli görünməmiş qəddarlıqla və şiddətlə həyata keçirilən müstəmləkə siyasətinin, müharibə və insanlıq əleyhinə cinayətlərin, müstəmləkəçi qüvvələrə qarşı ümumxalq mübarizəsinin və bir milyon yarım şəhidin canı bahasına qazanılmış müstəqillik qələbəsinin yaddaşlarda qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi baxımından müstəsna əhəmiyyət kəsb edir”. O cümlədən ölkə başçımız müstəmləkə siyasətindən qurtulmaqdan ötrü Əlcəazair xalqının göstərdiyi qəhrəmanlığa, nümayiş etdirdiyi əzimkarlığa işarə edərək vurğulamışdır: “Amansız müstəmləkə əsarətindən qurtulmaq üçün başlanılan azadlıq və müstəqillik mübarizəsi Əlcəzair xalqının böyük şücaətinin, birliyinin, sarsılmaz iradəsinin və qətiyyətinin rəmzi kimi Əlcəzairin tarixinə əbədi olaraq həkk olunmuşdur”. Ardınca dövlətmizin başçısı uzun mübarizə yolu keçmiş dost Əlcəzair dövlətinin bügünki inkişafından məmnunluğunu ifadə edərək bildirmişdir: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm.Milli Mücahidlər Muzeyində mənə göstərilən səmimi qəbula görə təşəkkürümü bildirir, Əlcəzair xalqının qəhrəmanlıq irsinin əbədiləşdirilməsi işində muzeyin fəaliyyətinə uğurlar arzulayıram" deyərk, ali qonaqlar üçün nəzərdə tutulmuş xatirə dəftərini imzalamışdır.
Heç şübhəsiz ki, Əlcəzairlə Azərbaycanın tarixində oxşar cəhətlər çoxdur. Hər iki ölkə işğalçılara qarşı uzun müddət mübarizə aparıb. Əlcəzairlilər Fransız müstəmləkəçiliyinə qarşı yüz ildən artıq müqavimət göstəriblər. Azərbaycan xalqı da milli azadlıq və müstəqil dövlət uğrunda uzun mübarizə yolu keçmiş, bu yolda minlərlə qəhrəman övladını şəhid vermişdir. Azərbaycanın milli azadlıq, milli dövlət uğrunda mübarizə yolunda başlıca maneə öz havadarlarının dəstəyi ilə ermənilər olubdur. Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərin yüz ildən artıq təkrarlanan tarixi var. Təkcə bir faktı demək kifayədir ki, 1918-1920-ci illər ermənilər Azərbaycan türklərinə qarşı soyqırmlar, kütləvi qırğınlar törətmiş və bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı həyatını itirmiş, ən qəddar üsullarla işkəncələrə məruz qalmış, şikəst edilmiş, kütləvi şəkildə yurd yuvalarından didərgin salınmışdır. Yoxsulluq və səfalətdən ölənlərin sayi isə 10 minlərlə olmuşdur. Əlcəzairlilər, tarixləri, taleləri, yaşadıqları faciələri baxımından Azərbaycana çox yaxındır. Bu ölkənin insanları Fransəz müstəmləkəçilərindən gördükləri zülmün nəticəsini bu gün də yaşayırlar. Əlcəzairlilər fransızlar tərəfindən həm də mədəni soyqırımlara məruz qalmışlar. Ölkənin tarixi yer adları dəyişdirilmiş, mədəni abidələr dağıdılmış, islam dini isə qadağan edilmişdir. Əhali məcburi Fransa təbəəliyinə qəbul etdirilmişdir.Bütün bunalrın bənzəri olaraq azərbaycanlılar da öz tarixi torpaqlarından ermənilər tərəfindən zorla deportasiya edilmiş, doöma yurd yerlərinin adları dəyişdirilmişdir. İşğal etdikləri ərazilərimizdə xalqımıza məxsus tarixi abidələr ya dağıdılmış, ya da erməniləşdirilmiş, ibadət ocaqlarımızı isə ağıllara çevirərək içərisində donuz və sairə heyvanlar saxlamışdılar.
Ermənistanın Azərbaycan torpaqlarında, Fransanın isə Əlcəzair ərazisndə törətdikləri vəhşiliklər bir-birini sanki təkrarlayıb. Bu da onların eyni mərkəzdən idarə olunduğunu, eyni üsulla insanlığa qarşı cinayət törətdiklərinin göstəricisidir. Ancaq heç şübhısiz ki, belə şər qüvvələrə və onların əlaltılarına qarşı mübarizə səmərəli olur. Həmin mübarizənin nəticələrindən dünya da faydalanır. Bunu Azərbaycan və Əlcəzair öz torpaqlarını işğalçılardan azad etməklə bütün dünyaya nümayiş edib,isbatlayıblar.
Bü gün qürurla demək olar ki, Azərbaycan və Əlcəzair dövlətləri azadlıq yolunda soyqırıma məruz qalmış qəhrəmanlarının, vətənlərinin azadlığı uğurunda canlarını fəda etmiş şəhidlərinin xatirəsini əbədiləşdirmişdir. Gənc nəslin yaddaşında bu hadislərin qorunub saxlanılması və bir daha tərarlanmaması üçün bütün dünyaya çatdırmaq məqsədilə, Azərbaycanda Quba Soyqırımı Memorial Kompleksi , Əlcəzairdə isə Milli Mücahidlər Muzeyi fəaliyyət göstərir. Hər iki müəssisə həm də elmi mərkəz olaraq elmi- tədqiqat proqramlarını icra edir. Yerli və xarici ixtisaslaşmış qurumlarla təcrübə mübadilələri həyata keçirir. Tədqiqatçı və araşdırmaçılara dəstək verir, yerli və beynalxalq səviyyədə elmi seminar, konfrans və görüşlər təşkil edir. O cümlədən öz fəaliyyət istiqamətlərinə uyğun nəşrlər hazırlayıb çap etdirir, ölkələrinin milli bayramlarının və əlamətdar günlərinin qeyd olunması işində uğurla iştirak edirlər.
Seyid Abdulla oğlu Cabbarov
Quba şəhərində Soyqırımı Memorial Kompleksinin əməkdaşı
e-mail: [email protected]

FACEBOOK YORUMLAR