Dr. Leyla FAİGGIZI

Dr. Leyla FAİGGIZI

Leyla FAİKKIZI
[email protected]

Novruz Dədə haqqında

31 Mart 2023 - 15:51 - Güncelleme: 31 Mart 2023 - 16:42

Novruz Dədə haqqında


Qafqaz İslam Ordusu haqqında demək olar ki, hər kəsin məlumatı var. Mən isə bir çoxlarının bilmədiyi fakt barədə, Novruz Dədə haqqında danışmaq istərdim.
Qafqaz İslam Ordusunun zabitlərindən olan Nimetullah Paşa Bakını xilas etməyə gələrkən Nuri Paşadan icazə alaraq anasız qalmış 8 yaşlı Ahmet adlı oğlunu da özü ilə gətirir. Bakıya gələrkən yolda oğlu Ahmeti Gəncə şəhərində bir evə qoyub mübarizəyə qoşulur. Geri qayıdarkən oğlunu tapa bilmir. Nimetullah Paşa oğlunu tapmadan məcburi geri qayıtmalı olur. Bu zaman Sovet hökuməti qurulduğu üçün artıq Türkiyə ilə Azərbaycan sərhədləri müəyyənləşir və balaca Ahmetin vətəninə qayıdışı mümkün olmur. Sonralar adını dəyişərək Novruz Cəfərov olan Ahmet illər sonra atası ilə Lənkəran şəhərində qarşılaşır. Yenə də Novruz Dədənin geri qayıtması mümkün olmur. Çünki ata və oğul türk olduqlarını gizlətməli idi. İkinci Dünya müharibəsi başlayır və Novruz Dədə müharibəyə qoşulur. Sonralar Stalin tərəfindən Tatarıstana sürgün olunur. 10 il sürgün həyatı yaşayır. Başına çoxlu müsibətlər gələn Novruz Dədə təxminən 50 yaşında evlənir və həyatına Bakıda davam edir. İllər sonra, təxminən 90 il sonra Novruz Dədə, nəhayət, Türkiyəyə, doğulduğu İstanbul şəhərinə qayıda bilir və böyük bir izdihamla qarşılanır. Əyilərək torpağı öpən Novruz Dədə başına gələnləri kövrələrək danışır...
Novruz Dədə 100 yaşında Bakıda vəfat etmiş, hər iki ölkə nümayəndələrinin iştirakı ilə dəfn olunmuşdur.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum