Dr. Leyla FAİGGIZI

Dr. Leyla FAİGGIZI

Leyla FAİKKIZI
[email protected]

"Min bir gecə" nağılları necə yaranıb?

04 Mayıs 2023 - 22:59

“Min bir gecə” nağılları necə yaranıb?



Şərq ədəbiyyatının dəyərli ədəbiyyat nümunələrindən biri “Min bir gecə” nağıllar toplusudur. Yaxın Şərq xalqlarının min illərdən bəri yaratdıqları və çoxsaylı müəllif, tərcüməçi və tədqiqatçılar tərəfindən toplanmış nağıllar toplusu farsca “Hezar o yek sab”, ərəbcə isə “Kitab alf layla wa layla” adlanır. Orijinal əlyazmasının heç vaxt tapılmamasına baxmayaraq, bu nağıllar toplusunun bizim eranın 800-900-cü illərinə aid olduğu söylənilir.
“Min bir gecə” nağıllarının əsas süjet xətti belədir: Padşah olan Şəhriyar arvadlarından birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadınlardan qisas almaq qərarına gəlir. Belə ki, Şəhriyar hər gün bir qızla evlənir və evləndiyi qızı səhəri gün qətlə yetirir. Növbə vəzirin ağıllı qızı Şəhrizada çatır. Şəhrizad şahın niyyətini anlayır və evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizad hər nağılı beləcə tamamlanmamış halda bitirir və hər dəfə yarımçıq nağılı ilə öz həyatını xilas edir. Əhvalat bu minvalla düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.
“Min bir gecə” nağıllar toplusu demək olar ki, bütün dünyada məşhurdur. Nağıllar silsiləsinə daxil olan bəzi nağıllar isə dünyada daha çox tanınmaqdadır. “Əlibaba və qırx quldur”, “Sindbadın səyahəti”, “Ələddinin sehrli çırağı” və s. nağıllar dünyada daha çox məşhurluq qazanmaqla bərabər, onların süjeti əsasında film və cizgi filmləri çəkilmişdir. Görkəmli Azərbaycan  bəstəkarı Fikrət Əmirov da bu nağıllar toplusuna müraciət etmiş və “Min bir gecə” baleti kimi möhtəşəm əsər yaratmışdır.  
 Leyla Faikkızı
Dr.Öğretim görevlisi
Araşdırmacı yazar


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum