Azerbaycan'ın merhum şairi - Mikail Müşfik

Azerbaycan'ın merhum şairi - Mikail Müşfik
04 Haziran 2023 - 23:36 - Güncelleme: 04 Haziran 2023 - 23:40

Azərbaycanın nakam ömürlü şairi - Mikayıl Müşfiq
Mikayil Abdulgadir oğlu Ismayilzadeh (5 Haziran 1908, Bakü - 6 Ocak 1938, Bakü) — şair, çevirmen, pedagog, Azerbaycan Yazarlar Birliği üyesi (1934).

Mikayil Müşfig, 5 Haziran 1908'de Bakü şehrinde aydın bir ailede doğdu. Babası Mirza Abdulgadir Ismayilzadeh (Vusaqi), zamanının tanınmış aydınlarından biriydi. Öğretim faaliyetlerinin yanı sıra yaratıcılıkla uğraştı ve şiirler yazdı. Aynı zamanda Müslim Magomayev'in "Şah İsmail" operasının librettosunun da yazarıdır.
Uşaq ikən valideynlərini itirən Müşfiq yaxın qohumlarının himayəsində böyüyüb.
1920-1927-ci illərdə əvvəlcə Bakıda Müəllimlər seminariyasında, sonra 12 nömrəli II dərəcəli məktəbdə təhsil almış, 1927-1931-ci illərdə Ali Pedaqoji İnstitutun, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat  fakültəsini bitirərək Bakı məktəblərində ədəbiyyat fənnindən dərs demişdir.
1930-cu illərdə M.Müşfiq Azərnəşrdə redaktor vəzifəsində işləmişdir. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlamış Müşfiq sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən "Maarif və mədəniyyət" və "Komsomol" jurnallarında, "Gənc işçi" qəzetində nəşr olunmuşdur. 1930-cu ildə şairin ilk "Küləklər" adlı şeir kitabı işıq üzü görmüşdür.
İstedadlı şair yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. Şairin yaradıcılığında bədii tərcümə fəaliyyəti də xüsusi yer tuturdu. 1930–1937-ci illərdə tərcümə etdiyi Aleksandr Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birgə), Taras Şevçenkonun "Kobzar" (Əhməd Cavadla birgə), Yegişe Çarensin "Şeirlər", Samuil Marşakın "Huşsuza bax, huşsuza", Mirzə Fətəli Axundovun "A.S.Puşkinin ölümünə Şərq poeması" əsərləri nəşr edilmişdir. Bundan əlavə Mikayıl Müşfiq Mixail Lermontovun,  Firdovsinin "Şahnamə"sindən bəzi parçaları (Mirmehdi Seyidzadə ilə birgə) tərcümə etmiş, gözəl mütərcim kimi oxucuların rəğbətini qazanmışdır.
1931-ci ilin mayında Müşfiq pedaqoji institutun buraxılış gecəsində Dilbər adlı  qızla tanış olur. Ona olan sevgisi şairi yeni lirik şeirlər yazmağa ruhlandırır. Gənclərin toyu 1933-cü ilin yayında olur. Müşfiqin çox sevdiyi Rəsul Rza və Nigar Rəfibəyli bir neçə gün sonra onları təbrik etməyə gəlir. O vaxt R.Rzanın xəyalına belə gəlməzdi ki, illər ötdükdən sonra bu gənc oğlanın xatirəsinə “Qızıl gül olmayaydı” poemasını yazacaq. Hüseyn Cavid, Mirzə İbrahimov, Süleyman Rüstəm, Sabit Rəhman, İsrafil Nəzərov bu evin çox sevilən qonaqlarından olublar...
Boş vaxtlarında tar çalmağı sevən M.Müşfiq tarzən Qurban Pirimovla da dostluq edib. Bir dəfə Qurban Pirimov onlarda olanda şair tara həsr etdiyi “Nə deməkdir” adlı şeirini oxuyub. Bundan təsirlənən tarzən “Yetim segahı” səsləndirib. Hamımızın sevdiyimiz “Oxu tar!” şeirini də Müşfiq həmin gün o melodiyanın sədaları altında yazıb. Bu o günlər idi ki, Azərbaycanda tarın qadağan edilməsi ilə bağlı fikirlər səsləndirilirdi...
M.Müşfiqin heyrətamiz hafizəsi var idi. Rus tərcüməçisi, məşhur şair Yaroslav Smelyakov onun haqqında yazıb: “...Müşfiq – poetik temperamenti sönməyən insandır, o, yeni poetik və təsvir vasitələri və formalarını yorulmadan axtarırdı. Yekunda “Sındırılan saz” poeması kimi incini yaradıb... O tələsirdi, taleyin ona az ömür payı verdiyi sanki ürəyinə dammışdı”.
1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərləri nəşr edilmişdir.
1934-cü ildə M.Müşfiq Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.
1936-cı ildə "Səhər" poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görülmüşdür. Onun Azərbaycan poeziyasının nadir incilərindən sayılan "Oxu, tar, oxu tar", "Qal, sənə qurban", "Sənin gülüşlərin", "Maralım", "Ana", "Küləklər", "Yenə o bağ olaydı" və digər şeirlərinə bəstələnən mahnılar dinləyici alqışını, rəğbətini qazanmış sənət əsərləridir.
M.Müşfiq Abşeron bağlarını, dənizi, qumsal çimərlikləri çox sevib. 1936-cı ildə son yayını da Mərdəkan kəndində Mirmehdi Seyidzadənin ailəsi ilə birgə keçirib. Bu uzun yay günlərində onlar yaxınlıqda, Buzovnada bağda istirahət edən Rəsul Rza, Ənvər Məmmədxanlı ilə tez-tez görüşürdülər.
Elə bu ərəfələrdə mətbuatda Müşfiq haqqında təhqir, böhtan dolu kəskin tənqidi məqalələr görünməyə başladı. Saf qəlbli şair bütün bunlardan çox mütəəssir olurdu. Yazıçıların növbəti plenumunda isə M.Müşfiqə əksinqilabçı damğası vuruldu. M.Müşfiqi 1937-ci il iyunun 4-də evində həbs etdilər. O, əksinqilabi milli təşkilatın üzvü, sovet hakimiyyətinə qarşı silahlı üsyana hazırlıqdan xəbərdar olmaqda ittiham edildi.
Həbsdən qabaqkı axşam oxucuları ilə görüşdən gec qayıdan şair evdə onu gözləyən Dilbərin yanına tələsdiyindən yaxınlıqda dayanan qara maşına fikir verməmişdi. Müşfiq mənzilinə daxil olduqdan sonra qapının zəngi çalındı... Gələn adamlar M.Müşfiqi heç yaxınları ilə də vidalaşmağa qoymadılar.
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm bir neçə saatdan sonra – yanvarın 6-na keçən gecə Nargin adasında icra olunub.
Deyirlər ki, həyatının ən son saatlarına qədər o, ölümünə inanmayıb. Həyat yoldaşı Dilbər xanım xatırlayır ki, onların həbsxanada son görüşündə Müşfiq kədərli halda ölümqabağı hisslərini gizlətməyə çalışaraq deyib: “Sən narahat olma. Əvvəl-axır, tez ya gec hər şey aydınlaşacaq. Biləcəksiniz ki, bizim heç nədə təqsirimiz olmayıb...”.
Təxminən 20 il keçəndən sonra ölkə şəxsiyyətə pərəstişin dəhşətindən özünə gəldi və Azərbaycanın məşhur yazıçıları M.Müşfiqin işinə yenidən baxılması barədə müraciət etdilər.
Beləliklə, 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət qazanır.
Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunmuşdur. Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu "Çağlayan" poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum olmuşdur. Kitabdakı şeirlər çap edilmiş, 1957-ci ildə, şairin bəraətdən sonra ikicildliyi nəşr edilmişdir.
Gənc və istedadlı şairin sözlərinə bir çox mahnılar bəstələnib. 1968-ci ildə heykəltəraş Münəvvər Rzayeva və memar Şəfiqə Rzayeva tərəfindən Mikayıl Müşfiqin heykəli işlənib hazırlanıb. 1970-ci il iyun ayının 9-da Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar prospekti və Nəriman Nərimanov küçələrinin kəsişməsində abidəsinin açılışı olub. 1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən "Mikayıl Müşfiq" quru yük gəmisi suya buraxılıb.
1988-ci ildə aprel ayının 20-də Azərbaycan Respublikası Ali Sovetinin 1096-ci il XI saylı fərmanı ilə şairin adına Müşfiqabad — yeni şəhər tipli qəsəbə yaradılmışdır. 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı "Mikayıl Müşfiq ocağı" "Mikayıl Müşfiq xatirə muzeyi" statusu almışdır.
2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin, 1993-cü ildə Qaradağ rayonunda şairin adını daşıyan qəsəbədə abidəsinin təntənəli açılışı olmuşdur. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Mikayıl Müşfiqin 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. 2005-ci ildə "Müşfiqli günlərim" kitabının son genişləndirilmiş nəşri "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür. 2007-ci il 16 apreldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Mikayıl Müşfiqin 100 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır. 2008-ci il Qaradağ Rayon İcra Hakimiyyətinin və "Müşfiqsevərlər" Cəmiyyətinin təşkilatçılığı ilə görkəmli Azərbaycan şairi Mikayil Müşfiqin 100 illik yubileyi təntənə ilə qeyd edilmişdir.
Şairin 110 illik yubileyinin keçirilməsi haqqında Azər-baycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən 17 may 2018-ci il tarixində Sərəncam imzalamışdır. 2 oktyabr 2019-cu ildə Mikayıl Müşfiqin Bakı şəhərində Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəki abidəsi aşırdılmış, oktyabrın 3-də onun aşırılan abidəsinin yerinə yeni ağ mərmərdən yonulmuş abidə qoyulmuşdur. Hal-hazırda Mikayıl Müşfiqin yaradıcılığına Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, ABŞ Konqres Kitabxan-ası, Belarus Milli Kitabxanası, Türkiyə Milli Kitabxanası, Estoniya Milli Kitabxanası kimi dünya kitabxanlarında rast gəlmək olar. 2020-ci ildə bəstəkar Cavanşir Quliyev Mikayıl Müşfiqin acı taleyindən bəhs edən 13 hissəli "Müşfiq ağıları" oratoriyasını bəstələmişdir. Oratoriyanın libretto müəllifi Sabir Rüstəmxanlıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq  Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
Mikayıl Müşfiq qısa ömür yaşasa da maraqlı və orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoymuş şairdir.
Yazan: Aynura Sabir kızı ALIYEVA, Azerbaycan Devlet Pedagoji Üniversitesi Öğretim Üyesi

 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum