ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ
17 Mayıs 2023 - 11:14
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN MUZEYLƏRİNIN TƏŞƏKKÜLÜ

Yazan: Seyid Abdulla oğlu Cabbarov*

Tarixi mənbələrədn məlumdur ki, ölkəmizdə muzeylər keçmiş dövrlərdən müxtəlif hökümdarların saraylarında, məscid və ibadət yerlərində, ayrı-ayrı dövrlərə aid qiymətli əşyaların, sənət nümunələrinin qorunub saxlanması ilə yaranmışdır. Həmin nümunələr arasında nadir Azərbaycan xalçaları, rəsm əsərləri, heykəltəraşlıq, bəzək əşyaları, silahlar, müxtəlif hədiyyələr və s. olmuşdur. Bundan başqa vaxt keçdikcə tarixi, bədii, eləcə də, mənəvi əhəmiyyət kəsb edən əşyalar şəxsi kolleksiyalarda toplanılıb saxlanmışdır. XIX əsrin ortalarından Azərbaycanın ictimai-siyasi, sosial həyatında surətlə cərəyan edən hadisələr muzey işinin təşəkkülünə təkan vermişdir. Ölkəmizdə ilk muzey 1896-cı ildə böyük ədibimiz Cəlil Məmmmədquluzadə tərəfindən yaradılmışdır. Görkəmli ədibimiz müəllim işlədiyi Nehrəm kənd məktəbində Tarix-diyarşünaslıq Muzeyi yaratmış, burada əsasən tarix və etnoqrafiyaya aid, həmçinin tədrislə bağlı materiallar toplanmışdır. Muzeyşüns alim və tədqiqatçıların qənaətincə məhz bu muzeylə də Azərbaycanda muzeyşünaslığın təməli qoyulmuşdur.
XX əsrin əvvəllərində isə ölkəmizdə muzeyşünaslığın təşəkkülündən danışarakən demək lazımdır ki, həmin dövrdə muzeyşünaslığın yaranması əsasən təlim-tədrislə bağlı olmuşdur. Filologiya elmləri doktoru,  ədəbiyyatşünas, sənətşünas,  publisist, tərcüməçi, Adilxan Bayramov “Sənət, sənət məbədləri, sənət fədailəri” adlı əsərində yazır: “XX əsrin əvvəllərində Bakı şəhərində Xalq məktəbləri müdiriyyəti nəzdində Pedaqoji muzey fəaliyyət göstərmişdir. Həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyəti Bakı şöbəsinin nəzdində muzey yaradılmışdır. Bu muzeylər tədris məqsədilə yaradılmış və onlardan əsasən tədris prosesində istifadə olunmuşdur. Burada dərslik və dərs vəsaitləri, tədris-metodiki ədəbiyyat toplanmış, muzey əşyaları əyani vəsait kimi müvafiq bölmələrdə nümayiş etdirilmişdir”
Azərbaycanda Sovet dövrünə aid ilk muzeyin yaranması barədə mədəniyyətşünas Əntiqə Cəbrayılova qeyd edir ki, “Azərbaycan muzeylərinin müasir anlamda təşəkkül tapması XX əsrin ikinci onilliyinin əvvəllərinə təsadüf edir. "Doğma diyarın öyrənilməsi" adlı ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında təşkil edilib.
Respublikamızda ilk rəsmi dövlət muzeyi isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Xalq Cümhuriyyəti dövründə tariximizin və mədəniyyətimizin öyrənilməsi və təbliğ olunması məqsədilə görülən mühüm işlərdən biri də İstiqlal muzeyinin yaradılması olmuşdur.Professor, Sabir Əmirxanov “ Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında İstiqlal muzeyinin yaradılmasının zəruriliyindən danışaraq yazır ki: “Avropa missionerləri və tасirləri Аzərbaycanın şəhər və kəndlərini dolaşaraq , əhalidən yazıçı və şairlərin əlyazmalarını, çini qabları, qızıl əşyaları, qədim paltarları və digər əşyaları dəyər-dəyməzə alırdılar. Artıq ölkədəki çox qədim tarixi-mədəni əhəmiyyətli abidə nümunələri, zinət əşyalar, geyimlər, xalça məmulatları, məişət əşyaları və digər əşya və materialların xaricə axınının qarşısını almaq vacib idi. Bu məqsədlə həmin illərdə fəaliyyət göstərən “Yaşıl Qələm” ədəbi cəmiyyətinin işçiləri Hüseyin bəy Mirzəcamalov və Məhəmməd Ağayev Azərbaycan Parlamenti qarşısında çıxış edərk Bakıda milli muzeyin yaradılması məsələsini qaldırırlar və muzeyin həmin dövrdə  milli tarixi-mədəni dəyərlər baxımından böyük əhəmiyyət kəsb edəcəyini qeyd edirlər”
Filologiya elmləri doktoru, ədəbiyyatşünas, sənətşünas,  publisist, tərcüməçi, Adilxan Bayramov İstiqlal muzeyinin əhəmiyyətini vurğulayaraq yazır ki: “İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də Azərbaycan Parlamentinin yaradılmasının ildönümü münasibətilə Parlamentin binasında açılmış və onun nəzdində fəaliyyət göstərmişdir. Parlament üzvləri və hökumət nümayəndələrinin də iştirak etdiyi təntənəli açılış mərasimində bu muzeyin təşkilinin əhəmiyyəti xüsusi qeyd olunmuş, onu yaradanların əməyi yüksək qiymətləndirilmişdir. İstiqlal muzeyi cəmi dörd ay iyirmi gün, 1919- cu il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək mövcud olmuşdur. Sovet dövründə Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti kimi, bu muzey də tənqid atəşinə tutulmuş, “Parlament nəzdində” yaradılması kinayə ilə qarşılanmışdır. Əlbəttə, o dövrdə başqa cür ola da bilməzdi. İstiqlal muzeyi isə müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tariximizdə qalmışdır. 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimyyəti qurulduqdan sonra İstiqlal muzeyi ləğv edilsə də yeni muzeylərin təşkilində mühüm rol oynadı”.
İstiqlal muzeyi Azərbaycan Xalq Cumhuriyyətinin istilasından sonra 1920-ci ilin iyulunda “Azərbaycan Dövlət Muzeyi” adlanaraq fəaliyyətə başlamışdır. 1930-cu ildən yeni muzeylər yaradılmış, muzeyin profili dəqiqləşdirilərək “Azərbaycan Tarixi Muzeyi” adlandırılmışdır.2004-cü ildə isə Azərbaycan Tarixi Muzeyinə Milli Muzey statusu verilərək Milli Azərbaycan Tarix Muzeyi adlanmışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətimizin və milli irsimizin himayədarı olmuşdur. Mübaliğəsiz desək ölkəmizdə muzey işinin təşəkkülü və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada muzeylər şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Bu məqsədilə mühüm qərar və sərəncamlar imzalanıb. Dahi rəhbər həmişə bu sahədə çalışanlara dayaq olur, mədəniyyət, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirirdi. Məhz onun təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. Bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Bundan sonra isə onun iradəsi ilə 1980-ci ildə muzey işinə dair növbəti qərar qəbul edilib, Respublika Mədəniyyət Nazirliyinin muzeylər idarəsi, muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii tərtibatı emalatxanası, muzey sərvətləri və xatirə əşyalarının bədii bərpa mərkəzi təşkil olunmuşdur.
Arxiv sənədlərinə əsasən demək olar ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikamızda muzey işinin təşəkkülundə yeni sıçrayışın əsası qoyulmuşdur. Prafessor Sabir Əmirxanov “Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında bu haqda yazır ” Azərbaycanda muzеуlərin inkişafının üçüncü mərhələsinə -1969-1991-ci illər mərhələsinin gedişatına diqqət yetirdikdə aydın olur ki, bu illər ərzində Azərbaycanda muzey fəaliyyətinin sıçrayışla inkişafı baş vermişdir. Yəni əgər Azərbaycanda 1968-ci ildə cəmi 38 muzey fəaliyyət göstərirdisə 1983-cü ildə bu say 90-na çatmışdır”. 
Qeyd etmək lazımdır ki, Ulu öndər Heydər Əliyevin muzey işçiləri ilə keçirilən görüşlərdə muzeylərin əhəmiyyətindən onların gənc nəslin təlim-tərbiyəsində və maariflənməsində əhəmiyyətini hər zaman xüsusi vurğulayır,önə çəkirid. Naxşıvan MR ədəbiyyat muzeyinin direktoru, muzeyşünas Sübhü Fərrux oğlu Kəngərlinin “Heydər Əliyev Muzeylərimizin yaradıcısı və memarıdır adlı tədqiqat əsərində yazır “Respublika muzey işçilərinin 1982-ci ildə keçirilmiş muşavirəsində Heydər Əliyev respublikada muzey işinin, muzeyşünaslığın daha da inkişaf etdililməsi, təkminləşdirilməsini, tarix -diyarşünaslıq muzeylərinin əhəmiyyətini qeyd edərk demişdir: Muzeylər mühüm mədəniyyət ocaqlarına, zəhmətkeşlərin xüsusilə cavan nəsilin ideya-siyasi və mənəvi tərbiyəsinin mərkəzinə çevrilməlidir. Muzeylər söz yox ki, hər bir vətəndaşın öz diyarının, kəndinin tarixinə bələd olamsı üçün də vacibdir. Bir sözlə Tarix-diyarşünaslıq muzeylərinin təşkil etməyin zəruriliyi göz qabagındadır”.
Tarix-diyarşünaslıq muzeylərinin əhəmiyyətini nəzərə alaraq Heydər Əliyevin təşəbüssü ilə 1980-1982-ci illərdə rayon mərkəzlərində 30-dək yeni tarix-diyarşünaslıq muzeyi yaradılmışdır. Bunların sırasında Astara, Ağcabədi, Qəbələ, Neftçala, Salyan, Yardımlı, Şərur, Ordubad, Xaçmaz, Qusar, Oğuz, Qax və başqa tarix-diyarşünaslıq muzeyləri vardır.Hazırda ölkəmizin bütün bölgələrini əhatə edən bu muzeylər məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Ötən tarixi dövr ərzində bu muzeylərin fondları daha zənginləşdirilmiş, mövcud ekspozisiyalar təkmilləşdirilmiş və yeni binalarla təchiz edilmişdir. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə Xatirə muzeylərin təşəkkül tapması da Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci və ikinci dönəmlərə təsadüf edir. Bu muzeylər Heydər Əliyevin şəxsi iradəsi ilə yaradılmış və onların təntənəli açlış mərasimlərində şəxsən özü iştirak etmiş, dövlət və hökumət nümayəndələri həmin mərasimlərdə onun adından qatılmışlar. Ümumilikdə Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövrlərdə 120-yə yaxın müxtəlif profilli muzey təşkil edilmişdir.
Tədqiqtçı alim Sabir Əmirxanov, Azərbaycanda muzeyşünaslığın aktual problemləri” adlı monoqrafiyasında qeyd edir ki,  "80-ci illər, həmçinin, diyarşünaslıq hərəkatının genişləndiyi dövrdür Веlэ ki, diyarşünaslıq muzeyləri ilk dəfə olaraq ekspozisiya bölmələrindən əlavə fond bölmələri, kitabxana, arxiv, yardımçı kabinələr və emalatxanalarla təmin olundu. Onlara Müstəqil ekspozisiya yaratmaq hüququ da verildi” “, eləcə də “1970-1980-ci illərdə bakıda xalq şairi Səməd Vurğunun,Nəriman Nərimanovun Üzeyir Hacıbəyovun, Cəfər Cabbarlının, Bakıda və Şuşada Bülbülün, Naxşıvanda Hüsyin Cavidin xatirə muzeyləri yaradılır”.
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra mədəniyyət sahəsində müstəqil siyasət yeritməyə başladı. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında mədəni dəyərlərə dövlət qayğısı haqqında müddəlar  öz əksini tapdı. «Mədəniyyət haqqında», «Tarix və mədəniyyət abidələrinin qorunması haqqında», «Muzeylər haqqında», və s. qanunlar qəbul olundu. Ölkəmiz mədəni dəyərlərin qorunması və bərpası ilə məşğul olan bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə başladı. Ümummli liderin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra isə muzeylərin fəliyyətində yeni dönəm başlanmışdır. Muzey işinin müasir prinsiplər əsasında inkişaf etdirilməsi məqsədilə bir sıra qanunlar qəbul edilir, müvafiq addımlar atılır. Bu tədbirlər  Azərbaycan Respublikasında muzeylərin fəaliyyətinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir, onlarla bağlı münasibətləri tənzimləyir.Professor Sabir Əmirxanov yazır ki, “1993-cü ildə ikinci dəfə xalqımız tərəfindən hakimiyyətə gətirilən Ümummili lider Heydər Əliyevin fəaliyyətində Azərbaycanda muzey işinin tarixi və inkişafı mühüm yer tutur. Yuxarıda da qeyde edildiyi kimi , 1969-1982 illər ərzində muzeylər şəbəkəsinin sürətlə atması, Azərbaycan muzeyşünaslığının inkişafı, 1993-cü ildən sonrakı illərdə,ikinci hakimiyyəti dövründəki muzey işinin ildırım surətili tərəqqisi bunun bariz nümunəsidir. Hələ 1981-ci ildə Bakıda hüseyin Cavidin ev-muzeyinin yaradılması haqqında qərarın qəbul edilməsi, 1993-cü ilin dekabırında Nazirlər Kabinetindı muzey işçilərinin Respublika müşavirəsinin keçirilməsi, bu müşavirənin təklif və tələblərinin həlli istiqamətində 1994-cü ildə Azərbaycan höküməti tərəfindən “Respublikada muzey işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında”qərarın qəbul edilməsi,1998-ci ilin sentyabrın 18-də Üzeyir musiqi günündə Bakıda mayestro Niyazinin xatirə muzeyinin, Cəlil Məmmədquluzadənin ev-muzeyinin açlışlarının böyük təntənə ilə qeydi məhz Ulu öndərin adı ilə bağlıdır.
Təkcə onu qeyd etmək kifayətdir ki, əgər 1993-cü ildə azərbaycanda muzeylərin sayı 115 ədəd olmuşdursa, təkcə bir il ərzində yəni 1994-cü ildə bu rəqəm 135-ə, 1995-ci ildə isə 145-ə çatmışdır. Profellərinə görə ən çox artan muzeylər sırasında əsasən tarix, diyarşünaslıq, memorial və sənətşünaslıq muzeyləri olmuşdur.
Fikirimizcə muzeyşünaslıq istiqamətində görülən tədbirlərin ən əhəmiyyətlisi muzey işinin inkişaf etdirilməsi məqsədilə 24 mart 2000-ci ildə qəbul olunmuş "Muzeylər haqqında" Qanunun qəbul edilməsidir.2000-ci illərin əvvələrindən yaradılmış ümummilli liderimiz Heydər Əliyevin ömrü yolunu və fəaliyyətini canlandıran muzeylər xüsusi yer tutur. Museum.az rəsmi saytının məlumatına görə “Hazırda respublikanın şəhər və rayonlarında 60 Heydər Əliyev mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev mərkəzləri ulu öndərin böyük həyat yolunu, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərini əks etdirməklə yanaşı əhalinin, xüsusən gənc nəslin mədəni həyatının təşkilində mühüm rol oynayırlar. Mərkəzlərin əksəriyyətində elektron kitabxanalar, kompüter və iclas zalları, dil kursları, tətbiqi sənət dərnəkləri fəaliyyət göstərir.
Bu günə Heydər Əliyev Muzey və Mərkəzləri demək olar ki, respublikamızın bütün bölgələrini əhatə edir. 1999-cu il mayın 10-da istifadəyə verilən Naxçıvan Heydər Əliyev Muzeyi Ulu öndərin sağlığında onun adına yaradılan ilk muzeydir. Bu muzeylərdə Heydər Əliyevin 1969-1982-ci illərdə, habelə 1993-cü ildən ömrünün sonunadək ölkəmizə rəhbərlik etdiyi hər iki dövr işıqlandırılır. Onun 1990-cı il 20 Yanvar faciəsi ilə bağlı məşhur bəyanatı, 1993-cü, 1994-cü və 1995-ci illərdə Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, qardaş qarğınının qarşısının alınması, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı fəsliyyəti müxtəlif vasitələrlə tamaşaçıya çatdırılır. Bu muzeylərdə nümayiş etdirilən eksponatlar arasında ulu öndərin həmin bölgə ilə əlaqələrini əks etdirən materiallar xüsusi yer tutur.
Ümummilli lider Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev, eləcə də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının son illər imzaladığı sərəncamlar bu qayğının bariz ifadəsidir. Dövlət başçımızın imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində İstiqlal Muzeyinin yaradılması və İstiqlal abidəsinin uçaldılması haqqında”, “Müasir İncəsənət  Muzeyinin yaradılması haqqında”, “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında”, “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında”, o cümlədən “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında”, Bakı şəhərində “Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında”, sərəncamlarının məqsədi və icrası milli irsimizn, tariximizin mədəniyyətimizin qorunması və inkişafına böyük təkan verir
Hazırda respublikamızda 250-dən çox dövlət və şəxsi muzeylər mövcuddur. Muzey işinin dünya standartları səviyyəsinə çatdırılmasına, yeni muzey binalarının tikintisinə, əsaslı təmir işlərinin aparılmasına, muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə, mədəni-xidmət işinin keyfiyyətinin yüksəldilməsinə böyük imkanlar yaranmış və bu istiqamətdə çoxşaxəli işlər aparılır. Bu gün Azərbaycan muzeyləri  milli- dəyərlərimizin, milli irsimizin və tariximizn mühafizəsini həyat keçirir və idealoji məkan olaraq azərbaycançılıq məfkurəsini uğrla təbliğ edir.
*Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı
Email: [email protected]

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum