"Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar"

ADPU-da "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii keçirilib

"Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar"
06 Kasım 2022 - 11:57

ADPU-da "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii keçirilib


04 noyabr 2022-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU-da) beynəlxalq əlaqələr üzrə prorektor, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə şurasının üzvü, filologiya elmləri doktoru, görkəmli alim, təhsil təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB-nin) üzvü, tanınmış şair, professor Mahirə Nağı qızı Hüseynovanın 62-ci doğum günündə "Mahirə Nağıqızı - 62: Vətən üçün çırpınan misralar" adlı ədəbi-bədii tədbir keçirilib.
Müxtəlif  elm və təhsil müəssisələrindən çoxsaylı qonaqların, universitet rəhbərliyinin, proffessor-müəllim heyətinin, tələbələrin, şeir-sənət adamlarının, tanınmış müğənnilərin
, ailə üzvlərinin də iştirak etdiyi tədbirdə öncə tanınmış alim-şairin əsərlərindən ibarət sərgiyə baxılıb.
Sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib və tədbiri açıq elan etmək üçün söz Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərova verilib. 
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov yubilyarı təbrik edərək bildirib ki, tarixi Zəfər günləri ilə üst-üstə düşən bu gözəl tədbirdə alimlər, sənətçilər və istedadlı tələbələrin təqdimatında Mahirə Nağıqızı dünyası ilə yaxından tanış olacaq, maraqlı təqdimatların şahidi olacaqsınız.
Rektor onu da qeyd edib ki, professor Mahirə Nağı qızı Hüseynova həm Pedaqoji Universitetin məzunu olub, həm də bu gün oxuduğu ali təhsil ocağına ləyaqətlə xidmət edir. O, gözəl insan, peşəkar idarəedici, təhsil təşkilatçısı olmaqla yanaşı, həm də görkəmli alim, məhsuldar şairə kimi müasir Azərbaycan filologiya elmində və poeziyasında tanınmış imzalardan biridir.
Professor Mahirə Nağı qızı Hüseynovanın həyatı, elmi-pedaqoji və bədii fəaliyyətinə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra Odlar Yurdu Universitetinin professoru, filologiya elmləri doktoru Rüstəm Kamal Mahirə Nağıqızının "Onun daş nağılı" əsərinin təhlili əsasında şairənin bədii yaradıcılığının əsas cizgilərindən söz açıb. Məruzəçi qeyd edib ki, Mahirə Nağıqızı yaradıcılığında Vətən, ana və sevgi mövzuları əsas xətt kimi keçir, bununla belə, həm də həssas peyzaj təsvirləri şairənin poetik ustalığının təzahürüdür. Peyzajlarda isə payızın təsviri sanki daxili həsrətin, ayrılığın, nisgilin bədii inikasıdır.

Abdullazadə və Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova fakültədə yeni hazırlanan Mahirə Nağıqızının son şeirlərindən ibarət “Lövbər adam” kitabı,  professor Mahirə Nağı qızı Hüseynovanın redaktorluğu ilə fakültənin elmi işlər üzrə dekan müavini Könül Həsənova və dosent Nazilə Abdullazadənin müəllifi olduğu "Şuşa. Zəfərin təntənəsi” əsəri, Mahirə Nağı qızı Hüseynova haqqında fakültə alimlərinin düşüncələrinin əsk olunduğu iki cilddən ibarət “Zirvədəki Azərbaycanlılar. Vətənpərvər alim” kitabı və fakültənin “Filoloq” qəzetinin xüsusi buraxılışını tədbir iştirakçılarına təqdim ediblər.
Tədbir çərçivəsində yubliyar səmərəli fəaliyyətə və yüksək nailiyyətlərə görə ADPU-nun rektoru professor Cəfər Cəfərov tərəfindən universitetin “Fəxri Fərman”ı, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva tərəfindən Mərkəzin “Fəxri Fərman”ı, ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri dosent Vaqif Əliyev tərəfindən “Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Komitəsinin 
100 illik yubileyi” medalı və ADPU-nun Quba filialının direktoru dosent Yusif Alıyev tərəfindən filialın “Fəxri Fərman”ı ilə təltif olunub.
Sonra tədbir tanınmış incəsənət ustalarının və fakültənin
"Meh" ədəbi dərnəyinin üzvlərinin təqdimatında bədii proqramla davam etdirilib.
Tədbirin sonunda professor Mahirə Nağı qızı Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə
universitet rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Aynurə Əliyeva
ADPU
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları