ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA QƏRB ƏDƏBİYYATŞÜNASLARININ BİRLİYİ MƏSƏLƏSİ

Azerbaycanlı yazarlardan Atakişiyeva Həcər Aslan yazdı: ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA QƏRB ƏDƏBİYYATŞÜNASLARININ BİRLİYİ MƏSƏLƏSİ

ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA QƏRB ƏDƏBİYYATŞÜNASLARININ BİRLİYİ MƏSƏLƏSİ
26 Mayıs 2021 - 10:44
ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA QƏRB ƏDƏBİYYATŞÜNASLARININ BİRLİYİ MƏSƏLƏSİ
                                                       Atakişiyeva Həcər Aslan

Əhməd bəy Ağaoğlu çoxcəhətli və zəngin yaradıcılıq yolu keçmiş ədiblərdəndir. Görkəmli yazıçı qiymətli ədəbi-elmi irsi ilə XX əsrdə Azərbaycan mühacirət ədəbiyyatının, həmçinin, ədəbi-bədii və elmi nəzəri fikrinin inkişafında xüsusi rol oynamışdır. Bütün bunlarla yanaşı, ədəbi tənqid də bir janr kimi Əhməd bəy Ağaoğlu yaradıcılığının bök və mühüm sahəsini təşkil edir. Əhməd bəy Ağaoğlunun yaradıcılığında Qərb tərəfkeşliyi açıq bir şəkildə görülür, lakin bu tərəfkeşlik həddi aşmamışdır. Əhməd bəy Qərb ədiblərinin yaradıcılığını qiymətləndirərkən, onların nöqsanlarını da bir tənqidçi kimi yazmaqdan qətiyyən çəkinməmişdir. Əhməd bəy “Kafkaz”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi mətbu orqanlarında çap edilən əsərlərinin əksəriyyətində Qərb ədiblərinin yaradıcılığından bəhs etmişdir.
Əhməd bəy Qərb birliyinin səbəbini Qərb dövlətlərinin bir-birilərinin dilini bilməkdə, bu dilləri öyrənməyə səy göstərməkdə görürdü. Qərb mütəfəkkirləri üçün ortaq cəhəti onların ən azı üç Avropa dilini - fransızcanı, ingiliscəni, almancanı bilməsində görürdü. Bu dillərin elm və ədəbiyyat arasında körpü olduğunu qeyd edirdi. O, Monten, Dante, Lüter kimi ədiblərin latıncanı da bilmələrini onların daha çox elmə sahib olmaqlarının səbəbi görürdü. Belə ki, Tolstoyun əsərləri Rusiyada tamamlanmadan, rus oxucusuna çatmadan artıq həmin əsəri ingiliscəyə, almancaya, fransızcaya tərcümə edib, Qərb oxucusuna təqdim edirdilər. Məhz buna göQərb ədəbiyyatında inkişaf hər yerdə eyni səviyyədə baş vermişdir. Vaqnerin musiqi əsərləri Almaniyadan əvvəl Avropanın digər ölkələrində dinlənirdi və başa düşülürdü. Ədəbiyyatşünaslar bir-birilərinin əsərlərini oxuyub, yararlanırdılar. Bir-birilərin mütaliə edə bilirdilər çünki, dil bilikləri yetəri səviyyədə idi. Fransız, alman, italyan, Danimarka, Hollandiya ədəbiyyatşünasları günü-gündən inkişaf edirdi. Ədiblər onları maraqlandıran mövzulara dair məlumatları ortaq dilləri sayəsində asanlıqla əldə edə bilirdilər.
Ortaq dil birliyi, ortaq bilik ümumi mədəniyyətin və fikrin formalaşmasını təmin edirdi. J.J.Russo və Tolstoy kimi dərin düşüncəyə sahib fikir adamları ortaq fikirlərə və ümumi nəticəyə gəlirdilər. Onlar öz əsərlərində mədəniyyətin, yüksəlişin yolunu insanların təbiətə qayıtmasında görürdülər. İnsan ona göxoşbəxt deyil ki, təbiətdən uzaq düşüb. Xoşbəxtliyin çarəsi şəhərləri tərk edib, kəndlərə qayıtmaqdır. Bu ortaq fikirlər ədəbiyyatşünasların birliyini, ortaq mədəniyyəti, ədəbiyyatı yaradırdı. Əhməd bəy Qustav Lebon, Durkheim, Bergson və daha başqaları Fransız ədəbiyyatının ətrafında birlik olmuşdular və onların yaradıcılığı Fransız ədəbiyyatşünaslığının möhkəmlənməsinə xidmət edirdi.
Əhməd bəy Ağaoğlu rus ədəbiyyatşünasları olan Lomonosov, Puşkin, Turgenev, Dostoyevski, Tolstoy, Martin, Qorki, Lenin, Qoqol, İ.A.Krılov, Qriboyedov, Andreyev, Çexov və başqaları rus ədəbiyyatı ətrafında çox sıx bir şəkildə birləşmişdilər. Əhməd bəy rus ədəbiyyatının bu birlik sayəsində daha da çox gücləndiyini qeyd edirdi.
Əhməd bəy Ağaoğlu Ezopun, Krılovun, Lafontenin fikir birliyini bəyənmiş və dəstəkləmişdir.
Əhməd bəy Qərb ədiblərinin birliyini onların əsərlərinin, fikirlərinin ruhlandırdığı insanların mübarizə əzmi ilə sübut edirdi. Əhməd bəy Parisdə 1871-ci il inqilabının məhz Viktor Hüqonun “Hernani’’ əsərinin təsiri ilə bir teatrda başlamasını vurğulayaraq, ədəbiyyatın cəmiyyət üzərindəki rolunun necə böyük olmasını göstərmişdir. Bununla yanaşı, Mirabodan Robespyerə, Şarlotta Kordadan Madam Rollanda qədər öz amalları uğrunda mübarizə aparan bütün qəhrəmanları Qərb ədəbiyyatşünasları öz əsərləri vasitəsilə dönəm-dönəm hazırlamışdılar. Bu qəhrəmanlar Volterdən, Didrodan, Monteskyedən, Russodan ilham almışdılar.
Əhməd bəy qeyd edirdi ki, Almaniya xalqını Kantın İmperativ kateqoriya’’ ları ilə Şellinq və Hegelin fəlsəfi nəzəriyyələri ruha gətirirdi. Onlarda qələbə ruhunu alovlandırırdı.
Rusiyada “Tolstoyizm’’ adlı bir birliyin, məzhəbin yaranmasını və sonradan bolşeviklərin də məhz bu məzhəbin üzvlərindən ibarət olması Qərb ədəbiyyatşünaslarının birliyinin nəticəsi idi. Əhməd bəy bu fikir birliklərinin də mənbəyini Karl Marks hesab edirdi.
       Əhməd bəy Qərb ədiblərinin birliyi məsələsini özünün “Axund və islam”, “Türk hüquq tarixi”, “Hüquqi-ənsiyyə”, “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Üç mədəniyyət”, “İngiltərə və Hindistan”, “Mən nəyəm?”, “İran və inqilabı”, “İxtilalmı, istiqlalmı”, “Sərbəst firqə xatirələri” kimi əsərlərində qiymətləndirmişdir.
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum