Ebulfeyz Elçibey'in Oğlu Evlendi

Azerbaycan eski cumhurbaşkanı Ebulfeyz Elçibey'in oğlu Erturgut Aliyev sade bir törenle evlendi.

Ebulfeyz Elçibey'in Oğlu Evlendi
23 Temmuz 2021 - 12:22

Xəbər verdiyimiz kimi, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.

Sabiq prezidentin bəzi dostlarının, silahdaşlarının toy məclisinə dəvət olunmadığı bildirilir. Məlumata görə, vaxtilə Elçibəy düşərgəsində təmsil olunan cəbhəçilərin toya çağırılmaması pandemiya ilə əlaqədardır. Belə ki, Bakıda təşkil olunacaq mərasimdə məhdud sayda qonaq iştirak edəcək.

Sağlığında Elçibəylə dost olmuş hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib ki, Ərturqut bəyi təbrik etmək üçün heç kim dəvət gözləməməlidir.

“Elçibəyin oğlunun toyuna dəvət olunmayan cəbhəçilər inciməsinlər. Gənc ailəni təbrik etmək üçün dəvət gözləməyə ehtiyac yoxdur. Əlbəttə, mən özüm toya dəvət olunacağam, Elçibəyin ailəsinin yaxın dostlarından biriyəm. Ancaq səhhətimə görə, toya gedəcəyimi dəqiq bilmirəm.  Onların qohumları çoxdur, bütün kəndlə qohumdurlar. Kimlərsə çağırılmayıbsa, inciməsinlər, əsas cavanlar getsin, toyda oynasın, şənlənsin. Cəbhəçilərdən  mənə incikliklə bağlı zəng edən olmayıb”, - deyə Novella Cəfəroğlu söyləyib.

Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn cütlüyə xoşbəxtlik arzulayıb. O, cəbhəçilərin toya dəvət çağırılıb-çağırılmaması barədə məlumatsız olduğunu söyləyib və bu barədə danışmaq istəmədiyini deyib.

Xatırladaq ki, Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.
Kaynak:https://modern.az/az/news/299542/elcibeyin-oglu-cebhecileri-toyuna-cagirmadi

Bu haber 1051 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum