Mahire Nağıgızı Yazdı: Can Türkiye

Mahire Nağıgızı Yazdı: Can Türkiye
09 Şubat 2023 - 13:56
Can TÜRKİYE

Bir 1 kişi ve ayakta görseli olabilir
Mahire Hüseyinova Nağıgızı

Döz, bu da bir imtahan
Çat verən yer üstündə,
Batan, aşan divarlar.
Bu dəfə də qəsdində,
Kim durar, kim haraylar,
Can Türkiyə, Türkiyə..!

Dayanmışıq yanında,
Dünya bizi görəcək.
Gələcək zamanında
Azərbaycan verəcək,
Can Türkiyə- Türkiyə!

Sinəmə köz basıldı,
Yarama duz basıldı.
Kimsə elə bilməsin,
Ayla ulduz basıldı..!
Hansı yara dəymədi,
Köksünə, qardaş, sənin.
Qədd-qamətin əymədi,
Hər atılan daş sənin,
An, Türkiyə- Türkiyə...

Nələr çəkmədi başım,
Qurudu gözüm yaşım.
Döz, bu da bir imtahan,
Ah Kahramanmaraşım...
İzmir- 2023-cü il. 8 şubat.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum