Atakişiyeva Həcər Aslan yazdı:  ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA DİNİ DÜNYA GÖRÜŞÜ  MƏSƏLƏSİ    

Türk dünyasının böyük oğlu, millətinin mənafeyi uğrunda mübarizələr aparan görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, Türkçülük ideologiyasının banisi, ruslar tərəfindən adına, şəxsiyyətinə, əsərlərinə  uzun illər qadağa qoyulmuş,

Atakişiyeva Həcər Aslan yazdı:  ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA DİNİ DÜNYA GÖRÜŞÜ  MƏSƏLƏSİ    
02 Haziran 2021 - 11:26 - Güncelleme: 02 Haziran 2021 - 18:45

ƏHMƏD BƏY AĞAOĞLU YARADICILIĞINDA DİNİ DÜNYA GÖRÜŞÜ  MƏSƏLƏSİ                                        

Atakişiyeva Həcər Aslan

Türk dünyasının böyük oğlu, millətinin mənafeyi uğrunda mübarizələr aparan görkəmli mütəfəkkir, ictimai-siyasi xadim, Türkçülük ideologiyasının banisi, ruslar tərəfindən adına, şəxsiyyətinə, əsərlərinə  uzun illər qadağa qoyulmuş, Azərbaycan üçün son nəfəsinə kimi mübarizə aparmış Əhməd bəy Ağaoğlunun yaradıcılığında dini dünyəvi məsələlərə toxunulmuşdur və onlara tamamilə aydınlıq gətirilmişdir. Biz, dini bir vicdan əmri və yaradanla qul arasındaki mənəvi bağı gücləndirən bir amildən savayı, həyatımızın maddi və mənəvi hissələrinə hakim bir varlıq olaraq qəbul edirik. Dini təmsil edən zümrələr hər yerdə və hər dövrdə eyni düşüncəni və eyni həyat şərtlərini qəbul etdirməyə çalışmışlar. Misal olaraq Xristianlıq göstərilə bilər. İncil əvvəldən axıra qədər ya Hz. İsanın həyatına aid bəzi hadisələrin hekayətindən və ya dualardan ibarətdir. Dünyavi məsələlərə İncildə toxunulmayıb. Qərbin inkişafının başlıca səbəbi kimi Xristianlığın dünya işlərinə qarışmaması göstərilir. İncil dünya işlərinə qarışmamışdır, çünki onun mujdəçisi olan Hz. İsa bunun üçün nə vaxtı olmuşdur, nə də ki, qüdrəti. Bildiyimiz kimi Hz. İsa 31 yaşında çevrəsi tərəfindən çarmıxa çəkilmişdir. Hz. Məhəmməd də, Hz. İsanın peyğəmbərlik mərhələsində olan zaman heç bir dünya işlərindən danışmırdı və heç bir dünyəvi məsələdə hökm vermirdi. Hz. Məhəmməd Mədinə şəhərinə hicrət edəndən sonra vacibiyyətdən dünya işlərinə dair məsələlərin həlli yollarını o dövr üçün şərtləri nəzərə alıb ədalətli hökm verirdi. Əgər Hz. Məhəmməd hicrətdən əvvəl vəfat etsəydi, onda bugün əlimizdə dünya işlərinə aid bir dənə olsun ayə olmayacaqdı. Peyğəmbərimizə də sağlığında biz sizdən sonra dini dünyəvi suallarımıza necə cavab tapaq deyə soruşduqda, o ağlınızla cavabını vermişdi. Bütün dövr və cəmiyyətlərdə din kütləni itaətdə saxlamaq üçün güclü bir vasitə olmuşdur. Papalarda xalqı itaətdə saxlamaq üçün belə bir şüar səsləndirirdilər. Kilsə xaricində heç kimsə üçün qurtuluş yoxdur. İncil latın dilində idi və bu da papaların öz fikirlərini xalqa Xristianlıq hökmləri adı ilə asanlıqla qəbul etdirirdi. Lakin, az bir müddət sonra Luther ilk dəfə İncili alman dilinə tərcümə etdi. Bununla da kilsələrin təsir gücü xalq üzərində yox oldu. Hər kəs sadə dildə olan İncili açıq şəkildə oxuyub, anlaya bilirdi. Bununla da Qərbdə inkişaf başladı, onlar anladılar ki, əslində İncildə papaların dediyi kimi dünyəvi məsələlərin heç birinə toxunulmayıb. Bunlar hamısı papaların planıdır, bununla da din dövlətdən ayrıldı. Kilsə xalq üzərindəki hökmlərin itirdi. Bunun nəticəsi idi ki, Xristian cəmiyyəti gözlənilməz bir şəkildə yüksəlirdi və uğurlar əldə edirdi. Məhz dinin dövlətdən ayrılmasının nəticəsidir ki, Qərbdə bugün dindar olan bir şəxs həqiqi dindardır. Yəni ki, Cənnət qəbzi satan papaların qorxusu altında deyil, özü öz xoşluğu ilə Xristianlığı qəbul edib, bu dinin şərtlərinə könüllü şəkildə əməl edir. Qərbdəki cəmiyyət dünyəvi məsələlərin həllində azadlıq əldə edəndən sonra Şərqdən daha çox inkişaf etməyə başladı. Zaman keçdikcə bu irəliləmə daha da artdı və bugünkü vəziyyət ortaya çıxdı.

         Əgər xristianlar bu dəyişimi etməsəydilər indi İslam ümməti daha irəlidə olacaqdı, çünki İslam dini yeniliklərə və yüksəlməyə daha çox uyğun bir dindir. Əhməd bəy Ağaoğlu öz əsərlərində açıq bir şəkildə bildirir ki, İslam dinin bəzi qanunları dövrün vəziyyətinə uyğun olaraq tərtib olunub. Məsələn indiki zamanda “gözə-göz”, “buruna-burun” prinsipini həyata keçirmək çox çətindir  və yaxud da, valideynin qız övlad varisi ola-ola onun mülkünə atanın qohumları yiyələnir. Bu dövrdə bu prinsiplərlə yaşamaq çox mümkünsüzdür. İslam dinini başqa dinlərdən ayıran və üstün edən inanclarla, ibadətlərdir. İslamiyyətin seçkin özəlliyindən biri də yaradanla qul arasındakı ibadətdir. Bütün İslam ümmətləri bu nöqtədə birləşir. Deməli, İslamiyyətdə ən əsas inanclarla, ibadətlərdir. Əhməd bəy Ağaoğlunun fikrincə, dinimizdə yeganə dəyişdirilməyəcək əbədi olan inanclarla, ibadətlərdir. İnanclar və ibadətlərdə dinə bağlı olduğumuz halda, dünya işlərində tamamilə azadıq. Dünya həyatımızı istədiyimiz kimi istiqamətləndirmək ixtiyarındayıq. Bu hal bizə imkan verəcək ki, yeniliklərə uyğunlaşaq və dünya millətlərindən geri qalmayaq və hətta onları belə uğurlarımızla qabaqlayaq. Başqa dinlərdə öz dövlətlərinin dünyəvi işlərinə qarışıb lakin onlar dini məsələlərini öz istiqamətində saxlamağı bacardılar. Məhz buna görə də, dünyəvi işlərində sərbəstlik əldə etdilər. Dinin dövlətdən ayrılması nəticəsində nə dinlərinə bir zərər gəldi nə də ki, dövlətlərinə. İkisidə bir-birindən ayrı daha çox uğur əldə etdi. Çünki artıq dini könülsüz, imtiyazlara göqəbul edənlər yox idi. Ancaq dini ibadətlərini yerinə yetirmək istəyənlər heç bir təmənna güdmədən öz ibadətləri ilə məşğul olurdu. Bunun qarşılığında ona heç bir vəzifə, pul verilməyəcəyini bilərəkdən bunu edirdi. Din qazandı ki, ona ibadət edənlər ancaq daxili zənginlik üçün bunu edirlər, dövlət qazandı ki, artıq papaların hər hökmünü Xristianlıq adı altında qəbul etmək məcburiyyətində deyildi. Əhməd bəy Ağaoğlunun yaradıcılığı onun dini dünya görüşünü tamamilə eks etdirə bilir.


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum