ÇOCUKLAR VE ANNELER İÇİN
UŞAQLAR VƏ YALANLAR
1-ci hissə.
-Oyuncağı kim töküb?
-Ana, Çiçək tökübdür.
-Bəs divarı kim yazıb?
-Onu da Çiçək yazıb.
-Bu nədir?
Yer-göy kağız,
Niyə kəsib tökübsüz?
-Əlinə qayçı alıb,
Onu da Çiçək kəsib.
-Çingiz, Nərgiz, bu nədir?
Məsələni, misalı,
Səhv yazıbsız dərsləri.
-Ana, dərsimizi də
Elə Çiçəkdir yazan.
-Məsələ, misal edir
Çiçək iki yaşından?
Bütün işlər Çiçəyin
Yazılsa da, boynuna,
Evdə nəyi kim edib
Yaxşı anladı ana.
Bəs bu yalana görə
Kimi danladı ana?
2-ci hissə.
Bircə söz də demədi,
Danlamadı heç kəsi.
Acıqlanmaq, danlamaq-
Bu deyildi çarəsi.
Birdən yadına saldı
Oxuduğu kitabdan:
“Bu səhvlə qaynaqlanır
Elə ata-anadan.
Qorxulardan yaranır
Söylənilən yalanlar.
Uşaq duymalıdır ki,
Ona qarşı inam var.
Uşağa çox xoş gəlir
Ananın gülər üzü,
Şirin, mehriban sözü.
Acıqlansa, gülər üz
Dəyişib qorxunc olar.
Bunu görmək istəmir
Heç bir evdə uşaqlar.
Etdiyi yaramazlıq
Onunçün əyləncədir.
Bilmədən etdiyisə
Bu, ayrı məsələdir.”*
3-cü hissə.
Sıxıb bağrına basdı
Körpələrini ana.
Bu dünya bir yanadır,
Bu körpələr bir yana.
Divardakı şəkili
O, vərəqdə çəkdirdi.
Dedi: “Görün vərəqdə
Şəkil daha gözəldir.”
Yerdəki kağızlarsa
Kəsilmişdi gül kimi.
Dedi: “Gəlin toplayaq
Onları çiçək kimi.”
Məsələni, misalı
İzah eylədi ana.
“İndi düzgün yazdınız,
Ay afərin balama.”
Hər sözündə ananın
Üzdə təbəssüm vardı.
Ən düzgün danışıq da
Elə bu olmalıydı.
5 aprel 2020
*Psixoloq Elmir İsgəndərovun fikirləri
CƏVAHİR TANRIVERDİ
FACEBOOK YORUMLAR