Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

UÇAN BİR OBADAN QALXAR MİN ELİN

04 Nisan 2023 - 17:48

UÇAN BİR OBADAN QALXAR MİN ELİN

Titrərkən torpağın, çökərkən evin,
Alışdı ürəyim, yandım, Türkiyəm.
Həyatda qalmaqçün uzanan əli
Cismimdən bir parça sandım, Türkiyəm.

Yetim qalan körpə ürəyim oldu.
Ay- ulduz, al bayraq dirəyim oldu.
Tarixdən bac aldım, diləyim oldu,
Mən Nuru Paşanı andım, Türkiyəm.

Sən bozqurd ruhusan, bükülməz belin,
Sarsılmaz, əyilməz cismi bu elin.
Uçan bir obadan qalxar min elin -
Mən səni Göy tanrı sandım, Türkiyəm.
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum