Cevahir TANRIVERDİ

Cevahir TANRIVERDİ

[email protected]

AYASOFYA

15 Mart 2023 - 09:55


AYASOFYA

(Trabzondakı "Ayasofya" camisinə)

Səndədir tarixin dərin qatları,
Sən necə qət etdin uzun yolları?
Təməlin qoyuldu bir kilsə kimi,(1)
Məscidə çevrildin türkə haqq kimi. (2)
Sən neçə döyüşün şahidi oldun,(3)
Sən neçə illərin qasidi oldun.
Səndə əks olunub Adəmlə Həvva.
Qübbədən boylanır o Məsih İsa.
Əks olub İsanın ömrü əsər tək,*
İslam da yer alıb burda sənət tək.
Tarixin hər üzü yaşayır səndə,
Gərək bunu görsün gələn nəsil də.
Ey tək Allahlığın qədim yuvası,
Sən ki əsrlərin könül yarası.
Hər divar kitab tək bir söz söyləyir,
Daş işləmələrin Səlcuqdan gəlir.*
Gör neçə illərin sorağı səndə,
Təkbaşlı qartalın qanadı səndə.*
Yaşa! Arxanda dağ, önündə dəniz,
Sən ki səs salırsan dünyaya səssiz.
2019

Dipnotlar:
1) 1250 – 1260 - cı illərdə Kral 1.Manuil tərəfindən tikdirilən bir monastr kilsəsi

2) 1461 – ci ildə Fatih Sultan Məhməd buranı türk torpağı etdikdən sonra 1584 –cü ildə sultanın əmri ilə bu kilsə məscidə çevrilmişdir.
3) Birinci Dünya müharibəsində Trabzonu işğal edən rus ordusu tərəfindən bura xəstəxana kimi istifadə edilmişdir.
4) Qübbədə İsa peyğəmbərin şəkli və başqa bir divarında isə onun həyat yolu əks edilmişdir.
*Qərb hissəsində Səlcuq dövrünə aid işləmələr də diqqəti çəkir.
*Cənub hissəsində Trabzonda 257 il hökmranlıq edən Komnenos Xanədanının simvolu olan təkbaşlı qartal rəsmi əks olunmuşdur.

 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum