SURİYA OĞUZ TÜRKMƏNLƏRİ TARİXİ - Yazan: Dr. Muxtar Fatih BEYDİLİ

SURİYA OĞUZ TÜRKMƏNLƏRİ TARİXİ - Yazan: Dr. Muxtar Fatih BEYDİLİ
01 Mart 2021 - 13:01 - Güncelleme: 01 Mart 2021 - 13:26

SURİYA OĞUZ TÜRKMƏNLƏRİ TARİXİ
Dr. Muxtar Fatih BEYDİLİ
Türkmən Həkimləri Dərnəyinin sədri

SURİYA QISA BİR BAXIŞ
Rəsmi qaynaqlarda bugünkü Suriya ərazisi 185,180 kvadrat kilometr, əhalisi 23,6 milyon (2010) olan bir Müsəlman Ərəb ölkəsi kimi tanınır. Ölkə doğudan İraq, batıdan Ağdəniz, güneydən İordaniya və quzeydən Türkiyə ilə sərhəddir.
İsrail ölkənin bir hissəsini işğal etdiyindən indi Colan təpəliklərində İsraillə də sərhədi vardır. İnzibati cəhətdən 14 vilayətə - quberniyaya (muhafazaya) bölünür. Ölkənin başkəndi orta yüzillərdə Şam adlandırılan, avropalıların Damascus dedikləri Dəməşq şəhəridir. Orta Doğuda yerləşən Suriya Müsəlman Ərəb ölkəsi kimi tanınsa da, qədim mədəniyyət beşiyi olan bu ölkədə Xristianlığa, Buddizmə inananlar, fərqli məzhəblərə, o sıradan qədim inanclara tapınanlar da yaşayır. İnanclarına görə Nusayrilərə, Şiələrə, Sünnilərə, Dürzilərə, Xristianlara bölünən ölkə əhalisinin 2 faizini Nusayrilər təşkil edir. Qaynaqların yazdığına görə, ölkə əhalisinin 70 faizə yaxınını Sünnilər təşkil etsə də, 1970 den beri hakimiyyətdə Nusayrilərdir. Ölkədəki Xristianlar da öz aralarında Ortodokslara, Protestantlara, Kəldanilərə-Suryanilərə, Marinlilərə vb. ayrılırlar Çoxmillətli Suriyanın böyük şəhərləri Dəməşq, Hələb,Humus, Hama ve Lazkiyədir.Dünya sivilizasiyasının beşiklərindən biri sayılan bu bölgə 18-ci yüzillikdən çökməyə başlamışdır.Sənayesini, iqtisadiyyatını sürətlə inkişaf etdirən, işğal altına aldığı xalqların maddi və mənəvi sərvətlərini müxtəlif vasitələrlə mənimsəyən Avropa az bir zamanda elmdə və texnikada böyük uğurlara imza atmış oldu. “Üçüncü dünya ölkələri” adlandırılan ölkələrdə yaşayanlar da avropalılardan öyrənməyə, daha çox da onları yamsılamağa çalışdılar.
Dünya mədəniyyət tarixini araşdıran avropalı araşdırıcılar düşünürdülər ki, svilizasiyanın beşiyi Yunan mədəniyyətidir. Ona görə də, tarixşünaslıq elmini Roma və Yunan mədəniyyəti əsasında qurdular. Sonraki gediş isə bu nəzəriyyənin yanlışlığını ortaya qoydu. Nəinki Asiyada və Afrikada, hətta 16 yüzildə işğal edilmiş Amerika qitəsindəki maddi mədəniyyət nümunələri də insan oğlunun Roma və Yunan mədəniyyətindən minillər öncə gəlişmiş yüksək toplum həyatı yaşaması, yazıdan istifadə etməsi, papirus və gil lövhələrdə kitablar yaratması ilə bağlı danılmaz bilgilər ortaya qoydu. Şumerlərin (Sumer) gil üzərində yaratdıqları kitabələri araşdıran Samuel N. Kramer kitabını “Tarix Şumerdən başlayır” adlandırdı. Günümüzdə texnika və texnologiyanın sürətlə inkişaf etməsinə baxmayaraq, mədəniyyət tariximiz hələ də gərəyincə öyrənilməmişdir. Onun qaranlıq səhifələri çoxdur. 20-ci yüzilliyin ortalarınadək tarixçilər Türkləri miladdan sonraki yüzilliklərdə Avropada görünən vəhşi, dağıdıcı, barbar bir xalq kimi tanıdırdılar. Sonralar isə Türklərin Avropada, Qafqazda, Yaxın və Orta Doğuda miladdan çox-çox öncə məskunlaşdıqları, qonşu xalqların mədəniyyətlərinin inkişafına güclü təsir göstərdikləri haqqında nəzəriyyələr ortaya çıxdı. Türklərin tarixi, yayılma sahələri vb. ilə bağlı yanaşmalar üzərində dayanmadan Suriyada Ərəblərdən sonra ikinci etnik qrup yaşayan türkmənlərdir, Halab ve Bayır bucak ve Humus Hama Rakka ve Colan Türkmanlarının durumuna aydınlıq gətirmək üçün indiki Suriya dövləti ərazisində Türklərin yerləşməsinə və yaşamına qısa bir nəzər salaq. Bugünkü Suriya torpaqları miladdan öncə bölgədəki kiçik dövlət ittifaqlarının, sonralar Assuriyanın, Yeni Babil padşahlığının, Əhəmənilərin, Makedoniyalı İskəndərin yaratdığı nəhəng imperiyanın, Selevkilər dövlətinin və Romanın tərkibində olub. Miladdan sonra isə Bizansın əyalətinə çevrilən indiki Suriyaya 633-cü ildə İslam orduları yürüş etdi. Bu yürüşlər 640-cı ildə bölgənin tam işğalı ilə başa çatdı. 661-ci ildə Müaviyə özünü xəlifə elan edərək xilafətin paytaxtını Dəməşqə (Şam) köçürür, bununla da Dəməşq şəhəri Əməvilər xilafətinin mədəni və siyasi mərkəzinə çevrilir. Abbasilər xilafəti dövründə isə bölgədə iqtisadi-siyasi çöküş başlayır.
İraq və Suriya türkmənləri bütün dünyanın gözü qarşısında zülmə məruz qalırlar və yurdlarından didərgin düşürlər. Lakin nə dünyanın insan haqları müdafiəçisi olan hegemon dövlətləri, nə də türkdilli millətlər nəinki türkmənlərə yardım etmir, hətta bu məsələni beynəlxalq səviyyədə müzakirəyə belə, çıxarmırlar.2011 den  Suriya hadisələri gündəmi zəbt edən olaylardandır. Bəlkə də fərqinə varmırıq, amma faktdır ki, bütün müharibələr və ixtişaşalar elə planlaşdırılır ki, ən çox zərər çəkən və itirənlər məhz Türklər olsun. İrakda partlayan bonbalar nədənsə məhz Kərkükdə partlayır, Colan təpəliyini bombalayır, İranda bir hadisə baş verən kimi “günahkar türklər olur” və edamlar başlayır. Çoxumuz bilmirik ki, Suriya Türkün Ana Vətənlərindəndir. Lakin indi Suriyada olduqca az qalmışıq. Qalanlarımız da fiziki cəhətdən məhv edilmə vandalizminə məruz qalmışıq. Hazırda Suriya türkləri bəlli hadisələr səbəbindən hər gün terror və qırğınların qurbanlarına çevrilməkdədirlər.  Suriyada 2011 həm məzhəb, həm vətəndaş müharibəsi gedir. Ancaq elə etmək lazımdır ki, gələcək bölgüdən türkmənlər də kənarda qalmasınlar, söz sahibi olsunlar. Lakin hazırki proseslər onu göstərir ki, gələcəkdə Suriyadakı bölgüdə türkmənlər digər qüvvələrlə başabaş qala, həm siyasətdən, həm iqtisadiyyatdan, həm də torpaqdan pay almaya bilərlər. Suriyada vəziyyət hansı istiqamətə dəyişirsə-dəyişsin orada yaşayan türkmənlər milli mücadilədən əsla vaz keçməməlidilər Qloballaşma dövründə türkmənlər bir olmalıdır. Suriya və Iraqda yaşayan türkmənlər əlaqəli şəkildə hərəkət etməlidilər. Bir-birimizə sahib çıxmalıyıq. Türkmənlərin birliyini təşviq edən kofrans və seminarlar təşkil etməliyik. Bu təşəbbüslərə Türkiyə Cümhuriyyətindən Azerbaycan ve Türkmenistan də dəstək gəlməlidir. Türkmənlərin birliyi bölgədəki bir çox qüvvələrin oyunlarını pozacaq. KDP və KYB terrorun qarşısını almaq bəhanəsiylə Suriya sərhədindən Iran sərhədinə qədər uzanan və faktiki olaraq Iraqı bölən xəndəklər qazır. Türkmənlərin birləşməsi bu oyunun da qarşısını alacaq. Türkmənlərin rahat həyat tərzi üçün Türk dünyasının yardımına ehtiyacımız var. Bizimlə birgə olmalarını istəyirik. Türk milləti əzəldən var olub və Inşallah bu, əbədiyyətə qədər belə olacaq. 17 dövlət quran bizlər 18-ci dövləti də qura bilərik. Tarixdən güc alıb gələcəyə doğru gedərik.
Son yılarda Türkiyə-Suriya münasibətlərinin yeni dövrü başladı  Türkiyə Silahlı Qüvvələrinin, yerli əhalini təmsil edən Azad Suriya Ordusu (ASO) qüvvələrinə dəstək verməklə, Afrin vilayətində nəzarəti ələ keçirən terror təşkilatlarının silahlı dəstələrinə qarşı başlatdığı “Zeytin budağı” əməliyyatı artıq 50 gündən çoxdur ki, davam edir.
ABŞ başda olmaqla bəzi dövlətlərin və dairələrin etirazına baxmayaraq, rəsmi Ankara regiondakı milli və dövlət maraqlarından çıxış edərək ötən il aparılan “Fərat qalxanı” əməliyyatından sonra ikinci genişmiqyaslı ölkəxarici əməliyyat olan “Zeytun budağı”nın Afrin vilayətinin mərkəzi ələ keçirilənə qədər davam edəcəyini bəyan etdi. İndiyə qədər Türkiyə sərhədinə yaxın olan və terrorçuların düşərgəsinin yerləşdiyi bir çox ərazi azad olunub, vilayət mərkəzi, demək olar ki, mühasirəyə alınıb.
Beləliklə, Türkiyə Silahlı Qüvvələrinin dünya və region dövlətləri tərəfindən birmənalı qarşılanmayan sərhədötəsi hərbi əməliyyatları son 5-6 ildə Suriyanın mərkəzi hakimiyyətinin nəzarət emədiyi sərhəd bölgələrində ölkəni təhdid edən təhlükəni aradan qaldırmaq məqsədi daşıyır. Türkiyənin prezidenti və hökuməti dəfələrlə bəyan edib ki, rəsmi Ankaranın heç bir dövlətin ərazisini ələ keçirmək fikri yoxdur, əsas hədəf sərhədlərinin bilavasitə yaxınlığındakı terror mərkəzlərini məhv etməkdir. Prezident R.T.Ərdoğanın elan etdiyi kimi, bu hədəfə nail olduqdan sonra ərazilər əsl sahiblərinə təhvil veriləcək. Çox güman ki, bu günlərdə qarşıya qoyulan hədəfə çatmaq mümkün olacaq.
SURİYADA GALAN TÜRKLƏRİN (TÜRKMƏNLƏRİ ) HAKİMİYYƏTİ
Tarixdə Türklər irqçi dеyil, bеynəlmiləlçi, təqlidçi, qorxaq dеyil, yaradıcı, igid, cəsur millət olublar. Əfsuslar olsun ki, Türklər tarixi yaratdı, amma yazmadı. Tarixin "mədəni" xalqlarından fərqli olaraq tarixin hеç bir dönəmində Türklər özlərinə qul saxlamamış, üzərlərində hakim olduqları xalqlardan qul kimi istifadə еtməmişlər. Özləri də hеç kimə qul olmaq istəməmişlər. Hətta ərəblər tərəfindən əsir alınaraq xilafətin mərkəzinə gətirilən və "məmlük" adlandırılan Türklər az zaman kеçməmiş hakimiyyəti ələ almış - "Məmlük Türk dövləti" yaratmışlar.
Tarixdə Türklərdən başqa Həzrəti Adəmdən bu günə qədər para ilə satın alınan əsirlərin sultan olduğu hеç bir yеrdə görünməmişdir. Miladdan bu yana Suriyada Türklərin qurduğu ilk hökumət Tulunilər adlanır. Abbasilər xilafətinin Misirdəki valisi,ordu komandiri, mənşəcə Oğuz Türkü olan Əhməd ibn Tulun Misiri, Suriyanı, Fələstini, Livanı, Süğüru (Xilafətin Bizansla sərhəd əyalətləri) və b. bölgələri birləşdirərək Xilafətdən asılı olmayan Tulunilər dövlətini yaradır. O, Fustat şəhəri yaxınlığında ölkənin yeni paytaxtı-Qatai şəhərini saldırmış, geniş quruculuq işləri aparmışdır. 868-ci ildə yaradılan bu dövləti 884-cü ilədək Əhməd ibn Tulun idarə edir. O, vergiləri azaldır, islahatlar həyata keçirir. Nəticədə, ölkədə omin-əmanlıq yaranır, qanunlara ciddi əməl edilir,əhalinin güzaram yaxşılaşır, geniş quruculuq işləri başlayır.
Suriya yerləşdiyi geopolitik cəhətlərə görə Qərbi Şərqlə, Şimali Cənubla birləşdirən bölgə-ərazi olaraq önəmli mövqedədir. Burada yaşayan Türk qövmünün tarixi b.e.-dan əvvəlki ən qədim zamanlara gedib çıxır.Son illərin arxeoloji qazıntıları hər kəsə istənilən qədər material verə bilər. İndiki İraq və Suriya ərazisində türk izləri Şumer və Babil dövründən qalmaqdadır. 800 ilə yaxın bir müddət ərzində türklər tərəfindən idarə edilən bu ərazilər 10 avqust 1920-ci ildə imzalanan Sevr Müqaviləsiylə Osmanlı dövlətindən ayrılaraq, Fransa idarəçiliyinə keçirilmişdir. Məhz o zamandan burada yaşayan etnik Türklərə qarşı assimilyasiya siyasəti tətbiq edilməyə başlanmışdır. Fransızlar ərəbləri, kürdləri, assurları, burada yaşayan erməniləri Türkə qarşı təşviq etməklə sitəm və işgəncə mənzərəsi yaradırdılar.
Bu günkü Suriya nəhayət, 17 aprel 1946- cı ildən müstəqil dövlət statusu qazanmışdır. Fransanın koloniyasından çıxa bilmişdir. Burada yaşayan etnik Türklər qədim zamanlarda buraların sakini olmuş Oğuz Türkmənlərinin və Məmlük Qıpçaqlarının soyundan gəlir. Burada yaşayan türklərin gerçək sayı nə qədər gizli tutulsa da 2 milyona yaxın olduğu fərz edilir. Bu rəqəm bucağından baxsaq, türklər Suriya əhalisinin təxminən 100-də 40 faizini təşkil edir. Burada Bayat, Əfşar, Qədir, Ərəbli, Bəyqımışlı, Qara keçili, İsabəyli, Musabəyli, Elbəyli, Axar, Heyran, Qaraşlı, Çandırlı, Göynajlı, Sincar vəs. Türkmən boyları yaşayır. Suriyada təxminən 523 türkmən kəndi və qəsəbəsi vardır. Müqayisə edin - Ermənistanda bu rəqəm 558 - idi. Böyük şəhərlərdə yaşayan türkmənlər bu siyahıya düşmür. Şəhər və qəsəbələrdə türkmənləri sürətlə ərəbləşdirirlər.
Son illərdə türkcə yer adları ərəbcəyə çevrilir. İsabəyli - İsəviyyə, Kabamazı - Belidiyyə, Merxan - Balviyya, Daşlıoyuk - Talhəcr, Tırınca - Bəhluliyyə və s. Suriya Türkmənlərinin dili və ədəbiyyatı əsasən Türkiyə ədəbiyyatının davamı kimidir, coğrafi yaxınlığa görə Türkiyə ədəbiyyatının təsiri altındadır. Bəzi kənd və qəsəbələrdə danışılan dil bu günkü Azərbaycan dili, ləhcəsi və şivəsinə çox bənzəyir. Buna baxmayaraq, məktəb-mədrəsə tamam ərəbcədir.
Əhalinin az qismi türkcə savad almışdır, bunlar Türkiyədə təhsil alanlardır. Burada da etnik zəmində, dini zəmində, məzhəb-təriqət zəminində toqquşmalar baş verir. Təbii ki, çox zaman ərəb əsillilər haqlı hesab edilir. Əgər bir xalqın doğma dilində kitab-məktəb yoxdursa, demək burada cəhalət, mövhumat, aşirət zehni ictimai həyatda üstünlük təşkil edəcəkdir. Türkmən elindən yüzlərlə, minlərlə insan yaxın Türkiyə Cümhuriyyətinə köç edir.
Oğuz Türkləri - Türkmənlər
Hər bir bəşər nəsli özünün soykökü, hansı nəslə, tayfaya, tirəyə, xalqa, millətə mənsub olması barədə, vətəni, dövləti haqqında doğru-dürüst və ətraflı məlumat əldə etməkdə maraqlıdır. Biz kimik, hardan gəlmişik, vətənimiz haradan başlanıb, haralaracan uzanır kimi suallar bədii düşüncəmizin də, elmi təfəkkürümüzün də daim diqqət mərkəzində olub.
Zaman keçdikcə millət və xalqların ad, dil və milli mədəniyyətləri də müəyyən deyişikliklərə uğrayır. Deyilənlər "türkmən" etnoniminə də aiddir. Keçmişdə o, təkcə Türkmənistan türkmənlərinə deyil, oğuzların cənub yaxud oğuz-səlcuq qolunun bütün nümayəndələrinə (İslam dinini qəbul etmiş oğuzlara) aid edilirdi. İndinin özündə də İraq və Suriyada yaşayan türkmənşəli tayfalar özlərinə "türkman" deyirlər. Beləliklə, oğuz tayfa və xalqlarının geniş dairəsi tarixən "türkmən" ("türkman") adını daşıyırdı. "Türk xalqları" isə daha geniş anlayışdır. Buraya oğuzlarla yanaşı, türk xalqlarının qıpcaq, karluk və oğur (hun-bulqar) qollarının nümayəndələri də aiddir.
Bugünkü Türkmənistan Rеspublikasının yеrli Türk əhalisi olan Türkmənlər əsas еtibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan Kınık, Salur, Qayı və Bayı boylarının birləşməsi ilə mеydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk Alanların, Sakaların və Xəzərlərin də mühüm rolü olmuşdur.
"Türkmən" еtnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul еdirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxеoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar.
Qərb Türklərinin və Səlcuqluların əsasını təşkil еdən Oğuz və ya Türkmənlər Moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yеrli Türklərlə qaynayıb-qarışdığından Taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vеrmişlər... Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan Qarluq, Xələc, Qıpçaq, Kanqlı və Uyğurlardan ayrılmışlar.
"Türkman" sözünə ilk dəfə Mahmud Qaşqarinin "Divani-lügətüt-türk" (1074 il) əsərində rast gəlinsə də, onun geniş yayılması XIV-XV əsrlərdə başlayır. Həmin dövrdə bu ad müsəlman köçəri oğuz tayfalarına şamil edilirdi. Türkiyə türklərinin bir qismi (Şərqi Anadoluda yaşayan köçəri türkman tayfaları, yörüklər, qarapapaqlar və s.), Azərbaycan türkləri, Türkmənistan türkmənləri, Xarəzm və Xorasan türkləri, qaşqaylar, İranın köçəri oğuz tayfaları, İraq və Suriya türkmanları keçmişdə "türkmən" yaxud "türkman" adlandırılırdı. Xristian qagauzlar və daha çox əkincilik və ticarətlə məşğul olan Krım tatarlarının yalıboylu soyu, oğuz olmalarına baxmayaraq, "türkman" hesab edilmirdilər.
Suriyada Yaşayan Türkmənlərin Tarixi vətəni, Milli Kimliği
Bu sual ətrafında indiyədək bədii-publisistik və elmi istiqamətdən müxtəlif cür fikirlər səsləndirilmişdir. Məlumdur ki, hazırda çoxlu sayda türk xalqları olduğu kimi, türk dövlətləri də mövcuddur.
“Yer üzündə bu gün iyirmidən çox türk xalqı mövcuddur ki, onların ümumi sayı (nüfuzu) üç yüz əlli milyona çatır: türklər və ya Türkiyə türkləri, azərbaycanlılar və ya Azərbaycan türkləri, uyğurlar, özbəklər, qazaxlar, tatarlar, türkmənlər, qırğızlar, çuvaşlar, başqırdlar, qaqauzlar, saxalar, qaraqalpaqlar, qumuqlar, tuvalar, qaraçaylar, bolqarlar, altaylar, noqaylar, şorlar, qaraimlər və b. Türk xalqlarının sayının müxtəlif mənbələrdə müxtəlif rəqəmlərlə (əsasən iyirmidən iyirmi beşə qədər) göstərilməsi onunla bağlıdır ki, bir sıra türk mənşəli toplumların müstəqil xalq, yoxsa bu və ya digər türk xalqının tərkib hissəsi olması mübahisələridir, məsələn, Sibir tatarlarının, Axısqa türklərinin, sarı uyğurların... Türk xalqlarının təsnifinin (bölgüsünün) “dərinləşdirilməsi” (ayrı-ayrı xalqlara ayrılması - Ş.A.) ilə yanaşı, ümumiləşdirilməsi təcrübəsi də vardır: oğuzlar, qıpçaqlar və karluqlar. Bugünkü türklərin mütləq əksəriyyəti müsəlman olsalar da, xristian, iudaist, şamançı... türklər də mövcuddur. Və Avrasiyanın geniş bir coğrafiyasında qədim dövrlərdən etibarən məskunlaşmış türk xalqları “türk dünyası”nı təşkil edirlər”
Bugünkü mərkəzi Bakı şəhəri olan Azərbaycan dövləti bir zamanlar bir ucu Dağıstandan başlamaqla Gürcüstan, Ermənistan, Türkiyənin Ərzurum, Qars, İqdır vilayətləri əraziləri, Ağrı dağı, İran, İraq, Suriya, Əfqanıstan, Xəzər dənizinəcən geniş bir miqyasda öz nüfuzunu, təsir dairəsini göstərmişdir. “Azərbaycan dili” (“Azərbaycan türk dili”) kimi tanıdılmış milli dilimizin məhz geniş mənada türkman dili olduğu üzə çıxır. Belə olduqda “Azərbaycan dilinin dialekt və şivələri” ifadəsi “Türkman dilinin dialekt və şivələri” formasında işlədilməli və təsnifatlar da bu qaydada aparılmalıdır. Başqa sözlə, “Azərbaycan dili” ifadəsinin “Türkman dili” ilə əvəzlənməsi ilə tarixdəki siyasi-ideoloji antitürk təbliğatın nəticəsi kimi ortaya çıxmış ad (və termin) dolaşıqlıqları aradan qalxmış olar. Böyük türk alimi Məhəmməd Fuad Körpülünün Suriya ve İraq türkmanlarının “Oğuzcanın azəri ləhcəsini qonuşan türklər” adlandırmasında isə milli kimlik və dilçilik məsələsi baxımdan böyük hədəfi sərrast nişan almışdır: türkmanları məhz Azərbaycan türkü millətinin sinonimi kimi götürməklə eyni xalq-millət olduğumuz bir daha bu şəkildə də öz təsdiqini tapmışdır.
Kərküklü tədqiqatçı Əta Tərzibaşı da bu barədə çox böyük həqiqəti belə ifadə edir: “Bizim türkman ləhcəsi azərbaycan Türkçesi ləhcəsinə türk ləhcəsindən daha yaxın, bəlkə də əkiz qardaşlar olmaqla bərabər, bütün bu ləhcələr uzun bir tarix boyunca çeşidli səbəblərin təsiri ilə bir-birindən xəbərsiz olaraq gəlişdikləri halda aralarında görkəmli fərqlər bilinməmişdir”.
Fikir verin, türkman ləhcəsi (əslində dili) ərazicə türkcəsi və həm də səslənişcə (tüık-türkman ifadələri baxımından) özünə bir qədəm də yaxın olan türk ləhcəsinə yox, məhz bizim “azəri türkcəsi ləhcəsinə” - Azərbaycan türkcəsinə daha yaxın - əkiz qardaşlar hesab olunur Türkman aliminin fikrincə. Həm də diqqət etsək, burada incə bir tarixi nüansa da işarə edilir: bu dillər (türkman və Azərbaycan türkcəsi dili) uzun bir tarix boyu müxtəlif səbəblər ucbatından bir-birlərindən xəbərsiz olaraq - yəni bu xalqlar sərhədlərin bir-birlərinin üzünə qapalı olmaları səbəbindən öz aralarında bir-birlərilə təmas qurmadan, ünsiyyət əlaqəsində olmadan da bu dillər arasında görkəmli (yəni nəzərəçarpacaq dərəcədə ciddi) fərqlər yaranmamışdır. Bu fikir isə bir daha türkman və Azərbaycan türkcəsi dillərinin bir-birlərinə sinonim olduğunu, bunların vahid xalqın eyni dili olduğunu isbat edir.
Fikir verin, yazı dili Osmanlı türkcəsi kimi qəbul olunmuş türkmanların danışıq dili və folkloru Azərbaycan türkcəsi olaraq dəyişilmədən qalmışdır. Bu fakt özlüyündə hər şeyi açıb ortaya qoyur. Biz azərbaycanlıların ədəbi dilə əsaslanan yazılı dili, ədəbiyyatı olsa da, soykök olaraq türklüyümüzü-türkman adımızı yadırğamış, yaddan çıxarmışıq; iraqdakı soydaşlarımıza isə yazılı dil olaraq rəsmən Osmanlı türkcəsini qəbul etdirsələr də, nə öz dillərini, folklorunu, nə də milli adlarını-kimliklərini nə unutmuş, nə də dəyişmişlər. Bu, taleyin xoşbəxtliyidir. Digər bir tərəfdən isə türk, Azərbaycan və Suriya və iraqlı alimlər də bu kimi milli-mənəvi komponentlərə söykənərək türkman və Azərbaycan türkcəsi dilinin (və xalqının) eyni olduğunu təsdiqləyirlərsə, onda nədə tərəddüd etməliyik?
Professor Qəzənfər Paşayevin aşağıdakı fikirləri əslində çox böyük mətləblərdən xəbər verir: “Biz soy-kökündən ayrı düşən, ərəb və kürd xalqları əhatəsində yaşayan, sayları iki milyon yarımı keçən iraq türkmanlarının folkloruna bu müstəvidən baxır və qiymətləndiririk. Onlar özlərini də, bizi — azərbaycanlıları da “türkman” adlandırırlar. Əslində, vaxtilə biz də türkman adlandırılmışıq. Bu etnonimin “ulu türk”, “əsl türk” mənasında işləndiyini bildirən İbrahim Kafesoğlu, Ərşad Hürmüzlü və başqaları da göstərmişlər” (səh. 13). Bu cümlələrdən bir daha məlum olur ki, iraqlı soydaşlarımız-qardaşlarımız həm özlərini, həm də bizi türkman kimi tanıyırlar. İkincisi, professor özü də birbaşa bildirir ki, “əslində, biz də vaxtilə türkman adlandırılmışıq”.
Bu, o deməkdir ki, biz daşımış olduğumuz milli kimlik göstəricimiz olan “türkman” adımızı sonradan tarixin labirintvari dolaylarından keçərkən itirib, onu “azərbaycanlı” adı ilə əvəz eləmişik. Üçüncüsü, “türkman” adının-etnoniminin “Əsl türk”, “Ulu türk” mənasını verməsi isə bir daha ona sübutdur ki, biz azərbaycanlılar nəinki sadəcə türk xalqıyıq, əsl türkü təmsil edən ulu türklərik. Və bütün digər türk xalqları da məhz bu ulu türkdən - türkmanlardan diferensiasiya nəticəsində qopub ayrılmışdır. Başqa cür ifadə etsək, müasir türk xalqlarının hamısı bir baba türk (tayfası) olaraq türkmanlardan törəyib-çoxalmış və ayrı-ayrı türksoylu qollara-budaqlara şaxələnmişlər. Ümummilli liderimiz Heydər Əliyev də “Qardaşlıq” dərgisinə müsahibəsində belə bir həqiqəti vurğulamışdır ki, “tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır” (“Qardaşlıq” dərgisi, İstanbul, N-8. 2000. səh.4). Bir məsələyə də toxunmaqla yazımı yekunlaşdırmaq istərdim.
Suriya ərazisində, Hələb və Rakka bölgəsində olanlara Hələb türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və Humus türkmanları, Şam bölgəsində yaşayanlara Şam türkmanları, Colan təpələrində yaşayanlara isə Colan türkmanları deyirlər”  toplu halında soydaşlarımız yaşayır ki, onlar da türkman adı ilə tanınırlar. Ərəbləşdirilməyə məruz qalan Rakka və  İdlib və Dara və Tartus  və Colan türkmanlarının 1-1.5 mliyon nəfər arasında olduğu göstərilir. Ümumiyyətlə isə bu gün Suriyada 3,5-4 milyon türkman yaşayır ki, onların da 1.5 milyonu ana Türk dilində danışa bilmir. Folklor araşdırıcısı Əli Şamil “Colan türkmanları” (folklor və etnoqrafıya örnəkləri) adlı kitabında (“Elm və təhsil”, 2014) göstərir ki, “Suriyada türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ayırırlar. Lazkiyə bölgəsində yaşayanlara Bayır-Bucak türkmanları, Hələb və Rakka bölgəsində olanlara Hələb türkmanları, Hama və Humus bölgəsində İdlib ve Tartus Dara yaşayanlara Hama və Humus türkmanları, Şam bölgəsində yaşayanlara Şam türkmanları, Colan təpələrində yaşayanlara isə Colan türkmanları deyirlər” (səh.46). Türkmanlar Suriyanın hər yerinə dağılıblar: ən uzaq qibləsindən Şəbələ qədər. Suriya türkmanları bəzisi dilini itirib. Ərəb olub, bəzisinin dili sağlam qalıb. Dilin həpsi Azərbaycan türkcəsi. Suriya türkmanları nerədə danışırıq, türkmanlare deyirlər: “Azərbaycan türkcəsində danışırsınız?” Bununla Suriya türkmanları  fəxr edir .
Suriyada Azərbaycandan təcrid olunmuş halda yaşayan və heç anadilli məktəb-filan görməyən bir türkman qan qardaşı danışığından onların babalarının bir vaxtlar “Azərbaycanda oturduqları” - yəni Azərbaycanda oturubyaşadıqları bəlli olur. Danışıqları da türkman dili - “Azərbaycan türkcəsi...” Bir daha gördüyümüz kimi, vətəndən uzaqlarda yaşayan soydaşlarımız öz milli kimliklərini bildirən türkman adım öz üstlərində qoruyub saxlaya bilmişlər: iraq türkmanları, Suriya türkmanları, Yaşadıqları yerlərin adları - ünvanları və milli mənsubiyyəti bildirən kimlikləri - türkmanlıqları birlikdə ifadə edilməklə harada yaşadıqlarını və milliyyətcə kim olduqlarını parolsayağı nişan verirlər ki, hələ varıq, hələ ki, yaşayırıq.
SURİYADAKI TÜRKMANLARIN SAYI VƏ ONLARIN YAŞADIQLARI BÖLGƏLƏR YERLƏRİN ADLARI
Suriyanın Osmanlı hakimiyyəti altına girdiyi 1516-cı ildən etibarən, 1918-ci ilə qədər 400 ildən çox bir müddətdə iki mərkəzi vilayət, şimalda Hələb və cənubda Şam kimi idarə edildi. Bu iki vilayətdən biri olan Şam  əslində ərəb əhalisinin  məskunlaşma sahəsi olduğu halda, Hələb əyaləti əhalisi baxımından daha çox Türk əyaləti idi. Maraş, Qaziantep, İskəndərun, Antakya, Urfa və Raqqa Hələb vilayətinin sancaqları idi. Raqqa bölgəsində yalnız XIX. Türk əhalisi məskunlaşdıqları əsrdən sonra  ərəb əhalisi yerində qaldı. Beləliklə, Hələb əyalətinin əhalisi minimum bir təxminlə mərkəz daxil  olmaqla% 80-dən çox türk əhalisi olan bir bölgədə idi. 1918-ci ildə Türk  qüvvələrinin Hələbin şimalına çəkilməsini izləyən hadisələr və 1920-ci ildə Fransızlarla sərhəd razılaşması ikiyə ayrıldı.
Ərəb ölkəsi olan Suriyanın əhalisi hazırda 23 milyon təxmin edilir. Suriyalı ərəb, kürd, çərkəz və erməni cəmiyyətinin etnik qrupları arasında sayına görə Suriya türkmənləri ərəblərdən sonra ikinci yerdədir. Eski Osmanlı vergi məmurlarının tərtib etdiyi müfəssəl icmal dəftərinə, yəni vergi dəftərlətinə görə 1906-cı ildə Hələb şə­hərində yaşayan 116148 nəfərin 80113-ü Müsəlman imiş. Mü­səlmanların da yarıya qədərini Türkmanlar təşkil еdirmiş. Həmin dəftərdə Türkcə məhəllələrin adları da sadalanır. Hə­ləbdən kənarda da 350 Türkman kəndi оlduğu göstərilir. Bе­ləliklə, indiki Hələb şəhərində və ətrafında 200000, Laz­kiyе bölgəsində 150000, Tеlkеlе ətrafında 50000, Kunеytra böl­gəsində 100000, başqa bölgələrdə isə 300000 Türkmanın ya­şadığı göstərilir. Bu da indiki Suriya ərazisində XX yüzilin əvvəllərində bir milyоna yaхın Türkün yaşadığı dеməkdir.
Suriyada yaşayan Türkmanların çoxu Bəydili (Qədirli, Ərəpli, Begmişli Haçəli, Ulaşlı, Qaraşıxlı, Güneçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsa­lı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Begmişli -Hacı Ali, Çelebi , Qarxın, Qaraman, Salur, İsabəğli, Qarakeçili, Musa­bəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qa­raqoyunlu, Sincar tayfa və tirələrindəndir.
20-ci yüzildən zaman-zaman bölgənin Türkman əhalisi ya köçürülmüş, ya da qırğınlara və təqiblərə uğramışdır, bunun sonucunda da onların sayı azalmışdır. Suriyada yaşayan Türkmanlar haqqında araşdırıcılar arasında fikir birliyi yoxdur. Bunun da səbəbi ölkədə yaşayan Türkmanların dövlət tərəfindən dəqiq qeydiyyatının çap olun mamasıdır. Onlar Müsəlman adı altında tanmırlar ki, bu da xalqın milli kimliyini deyil, dini inancını göstərir.
Suriyede yaşayan Türkmenler'in nüfusu 2010 yılın verilerine göre Türkmenler Ölkədə yaşayan Türkmanları adətən üç qrupa ayırırlar. Birinci qrupa milli kimliyini tam qoruyub saxlayanları, ana dilində danışanları daxil edirlər. Onların sayı 2 milyon nəfərdir. İkinci qrupa soykökünün Türkman olduğunu qəbul edən, ana dilində danışılanı başa düşsə də, danışa bilməyənləri daxil edirlər. Onların sayı 1.5 milyona yaxındır. Üçüncü qrupa da ərəbləşmiş Türkmanları daxil edirlər ki, onların da sayının 1-1.5 milyon arası olduğu göstərilir çoğunlukla büyük şehirlerde (Şam, Halep, Humus, Hama, Lazkiya Byaırbucak,  Rakka,  İdlib, Tartus, Dara, Colan  Kunaytira ) yaşamaktadırlar.
Suriyada 523 kənddə (şəhərlərdəki məhəllələr bura daxil deyildir) Türkmanlar yaşayır. Suriya hökuməti son illərdə Türkman mənşəli yer adlarını Ərəbcəyə çevirir. İsabəylini İseviye, Kabamazı-Belutiye, Turuncu -Ümitüyur, Coban bey – Elrai , Mehriban Mirhan (Belva)-Selvah, Havahöyük-TalHva, Beliz ,Nabğa, Daşlihöyükü-Talhajr etmişdir. Məmlük Qıpçaqlarının və Oğuz Türkmanlarının soyundan gələn Suriya Türkmanları ölkənin hər yerində yaşasalar da, topluca yaşadıqları bölgələrin adları ilə adlandırılırlar.
Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə beş yerə ay­rırlar. Lazkiyə  bölgəsində yaşayanlara Bayır-Bucak Türk­man­ları, Hələb və Rakka bölgəsində olanlara Hələb Türk­man­ları, Ha­ma və Humus bölgəsində  yaşayanlara Hama və Hu­mus Türk­manları, Şam bölgəsində yaşayanlara Şam Türk­man­ları, Colan təpələrində yaşayanlara isə Colan Türkman­ları deyirlər. Malik Karadirek isə Suriyada yaşayan   Türkman­ları yaşadıqları bölgə adları ilə 10 yerə – Hələb Türkmanları, Hu­mus Türkmanları, Lazkiyə Türkmanları (Bayır-Bucaq Türk­manları), Hama Türk­manları, Rakka Türkmanları, Golan Türk­manları (Kuneytira), Şam Türkmanları, Tartus Türkman­ları, İdlip Türkmanları, Dera Türkmanları qruplarına ayırır. Bölgünü belə aparsa da, İdlip Türkmanlarından söz açarkən “Bunlar Reyhaniyedəki Türkman­ların uzantısıdır. Bunlar da­ha çok Cisir Şugur ve şehir semtinde yaşamaktadırlar. Bilinen bezi köylerinin adları Sukkeriye, Hey­tedir. Tarım ve hay­vançılıkla uğraşmakdadırlar. Sayları 30 bin civarındadır.

1. Bayır-Bucaq Türkmanlarının ( Laz­ki­yə Türkmanları) yaşadıqları kənd və məhəllələr
Qaramanoğlu Türkmanlarının bir qolu Osmanlı dönə­min­də Ağ dəniz sahillərində, Lazkiyə şəhəri və ətrafındakı Basit, Bayır, Kessap nahiyyələrinin kəndlərində yerləşmişlər.Bayır-Bucak Türkmanları öz adlarını bölgənin adından al­­mışdır. Bölgənin inzibati və mədəni mərkəzi Lazkiyə şəhə­ridir. Türkmanlar burada milli azlıq sayılmır. Rəsmi sata­tistikada onlar Müsəlman kimi qeyd edilir. Ölkədə yaşayan bütün xalq­ların əksəriyyəti isə onları Türkman adlandırırlar. Əslində bu­rada yaşayan, Türkman adlandırılan xalq Anado­luda yaşayan Türklərdən inançları, adət-ənənələri, folklor­la­rı, mədəniyyət­lə­ri, danışıqları ilə elə də seçilmirlər.
Bu gün Lazyike vilayətinə bağlı olan Bayır-Bucak bölgəsində mükəmməl türk kəndləri yaşayır. Bayır-Bucaq bölgəsinin 52 kən¬dində Türkmanlar yaşayır və sayları da 200-250 min nəfərə yaxındır .
2. Hələb Türkmanlarının yaşadığı kənd və məhəllələr
Osmanlıların hakimiyyəti illərində Suriya Türkman­larının mərkəzi Hələb sayılırdı. 100 ilə yaxın burada assi­mil­yasiya – əritmə siyasəti yeridilməsinə baxmayaraq, küçələrdə, bazarda Türkmanca danışılırdı. Burada Türkmança danışan­ların hamı­sı Türkman deyildi. Rəsmi dövlət dili Ərəb dili olsa da, hər xalq öz aralarında və ailələrində öz ana dilində danışır, küçə­də, bazarda isə ünsiyyət vasitəsi kimi Türkman dilindən is­ti­fadə edirdilər.Köhnə Hələbə, Hələb qalasına qalxarkən sağda İma­dəd­­din Nəsiminin türbəsi görünür. Türbə ətrafında yaşayanlar öz­lərinin İmadəddin Nəsimi nəslindən gəldiklərini, onunla qürur duyduq­larını söyləyirlər. Nəsiminin türbə­sini Hələb kalesinin yaninda .

Bələdçimiz Hələb şəhərində 500 min nəfərə yaxın Türk­man və Türkman kökənli insan yaşadığını söylədi. Onların böyük əksəriyyəti şəhərin mərkəzi məhəllələrində yaşayırlar. Mərkəz məhəllələrdə yaşayan Türkmanların çoxu ərəbləşmiş­lər. Şəhər kənarı məhəllələrdə yaşayan Türkmanların böyük əksəriyyəti isə ana dilində danışır. Bu da onların son onillik­lərdə Hələbə köç­məsindəndir.
Hələb şəhərindəki Hüllük (böyük bir Türkman məhəl­ləsi), Bustan Paşa, Kadi Əskər, Haydəriyyə və Əşrəfiyyə, Şeh Xidir, Inzarat, Baidin, Şeh Fares Türkmanların yaşadıqları məhəllə­lər­dir. “Şehir merkezinde bulunan mahallelerden ila­veten, Kurdağı, Azez, Bab, Münbiç, Çarabulus kazalarında olmak üzre Halep bölgesinde toplam 145 Türkmen köyü var” .Hələb və çevrəsindəki kəndlərdə, qə­səbələrdə 800 min Türkman yaşadığı bir şehirdir.
3. Hama və Humus Türkmanlarının yaşadığı kənd və məhəllələr
Suriyada belə bir deyim var: "Humusda kim dersə mən Türkman deyiləm, o, əslində humuslu deyil". Suriya tarixçisi Süheyl Zakkar əski Ərəb qaynaqlarına dayanaraq göstərir ki, 11-ci yüzildə baş vermiş güclü zəlzələ Humusu tamam da­ğıtmışdı. Şəhəri yenidən Türkmanlar (Zingilər və Səlçuq­lular) bərpa etmişlər. Nurəddin Mahmut bin Zingi Humusu əvvəl­kindən də abad etmişdir. Bu gün də şəhərin mərkəzi məhəlləsi Haratul-Türkman (Türkman məhəlləsi) və əski şəhər qapıla­rın­dan birisi Babu-Türkman (Türkman qapısı).

Qara Avşar, İnallu, Dü­ğəroğlanı, Hama Dügeri Mustafa Kətxuda, Hama Düğəri tabei Derviş Kətxuda, Şam Beğmişlüsü, Hüccetlü, Qapuuşaq, Ey­mir-i Dündvarlu, Çozlu Çerkezoğulları, İdris Kətxudaya tabei Abalu,  Tokuz xan Harbendelüsü, Qara Tohtemürlü, Kö­se Kət­xudaya bağlı Şərəfli, Uşaqobası, Bəşiroğulları obası, Ey­mir-i Sincarlu, Bozlu, Ebu Derdaya bağlı olan Bozlu, Tohtemürlü. Bölgədə 55 kənddə Türkmanlar yaşayır və sayları da 550 min nəfərə yaxındır .
Salur (Sellüriyye) Türkmanları:  Dindaş oğlu  İsmail Bo­zulusa bağlı olan Gəncəli Avşarı, Qızıl Əli, Danişmend­lüyə tabe Qara Xəlil.
Humusa bağlı bəzi Türkman kəndləri:  Baba Amr Hara­sı (bugünkü Türkman məhəlləsi) Zara, Mitras, Bdada, Arçun, Al­husun, Dar Kabira, Qızhıl, Üm al Qasab, Samalil, Burc Qaya.
Hama şəhər mərkəzində Türkman əsilli ailələr: əl Ezam, əl Asam, əl Şarabi, əl Sadi, Çiçekli, Alatası, Masarçi, Sa­­raç, Uzun, Çansız, Koçen, Alkixya, Gıbış, Koçek, Goça, Hur­şid, Erşid, Kundakçı, əl Bek, Kocak, Torun, Kasım, Mu­hammet, Os­man, Recep, Paşa, Deli, Akballıya, Ağa, Tınış, Türk­mani.

Hama Şəhərinin, Selemiye, Misyaf qəzala­rındakı Türkman kəndlərinin adları: Akrab (Qara Xəlili), Aşık Ali, Ayin Debiş, Beyyada, Bet Aslan, Bet Natır, Caciyeh, Circisi, əl Nısır, Hazzur, Hılleh, Huvvır el Türkman, Hırbı­nef­sıh, Hırmıl, Qartman, Kuputulhat, Muharam Osma­niye, Tatani, Tel Hasan Paşa, Huveir Türkmen, Tel Sınan, Tıl­lıf , Tirimis, Tulluf, Uveir.Hama bölgədə 25 kənddə Türk­manlar yaşayır və sayları da 90 min nəfərə yaxındır .
4. Şam Türkmanlarının yaşadıqları məhəllələr və kəndlər
Şamda fərqli geçmişə sahib üç ayrı Türk­man topluluğu yaşamaqdadır. Bunlardan ən diqqət çəkə­ni Osmanlı dönəmindən qalmış zəngin Türkman ailələridir. İkin­cisi, Golan təpələrinin İsrail tərəfindən işğal edilməsinin ardın­dan bölgeye köç etmək zorunda qalarak Şama yerləşən Türk­manlardır. Üçüncü grup ise, Türkiyə Cümhuriyyəti dev­rim­ləri sirasında Türkiyeden Suriyaya köç edən Türkman­lar­dır” .

Türkmanlar əsasən Şamın şəhər mərkəzindəki Müha­cirin və Muhiddin Arabinin türbəsi ətrafında sıx yaşayır ki, bu mə­həlləyə də Türk məhəlləsi deyilir. Bununla yanaşı, Türk­man­lar Şamın Həçər Əsvad, Tadamün, Cobar Hırmallı, Ka­dem, İşşıl Vervar, Mesakin Berze, Müxayyem məhəllələrində də ya­şamaqdadırlar. Türkiyədə Cümhuriyyət elan olunandan son­ra həyata keçirilən bir sıra islahatlarla (İslam dini ilə, ge­yimlə, adət-ənənə ilə bağlı) razılaşmayanlar sərt təqib və tə­z­yiqlərlə üzləşdiklərindən – ölüm qorxusundan Şama köç­müş­lər ki, onların da sayıları 3 minə yaxındır .
Şam və çevrəsində yaşayan Türk­­manların sayı 200 min nəfərə yaxındır .Havran ovasında da Türkmanlar vardır. Şam ətrafı Türk­­man kəndləri isə bunlardır: Bily, Marah, Rihayba, Kal­dun, Adra, Hatit Türkman.
5.Dera Şəhəri Türkmanları
Dera Türkmanları ərəbləşmişlər. Osmanlı hökuməti Hac yolunun təhlükəsizliyini təmin etmək üçün Kuneytra yaxın­lığındakı Dera bölgəsinə İordaniyanın içərilərinə qədər Türk­man tayfaları yerləşdirmişdir. Hökümət istədiyinə, yəni Türk­manlar vasitəsilə yolların təhlükəsizliyinə uzun müddət nail olmuş, lakin onların milli kimliklərini qorumalarına o qədər də önəm verməmişdir. Buna görə də, bölgədəki Türk­manların böyük qismi ərəbləşmişdir.
Dera Şəhərinin Türkmanlarının toplu yaşadıqları kənd və qəsə­bələr: əl Hara, Neva, əl Hirak, Şıx Miskin, Gariye, əl Sahva , İnhil, əl Cize, Maraba, Balay, Barak. Bölgənin 13 kəndində Türkman­lar Ərəblər, Çərkəzlər və Kürdlərlə birgə yaşayır .


6. Colan (Golan) Türklərinin yaşadığı kənd və məhəllələr
Fələstinlə sərhəddə yerləşən Colan təpəliklərində Ərəb­lər və Türkmanlar yüzillər boyu mehriban qonşuluq şərai­tində yaşa­mışdılar.1878-ci ildə Qafqazdan  gələn Qaraçay-Malkarlar, Çər­kəz­­lər, Çeçenlər, Avarlar, Avşarlar və başqa Dağıstan xalq­larının, Kalmıkların bir qismi də bu bölgədə yerləşdi­ril­miş­dilər. Bu böl­gədə yaşayan  Türkmanların arasında Avşar, Pe­çeneq vb. tay­falardan olanlar da vardı.
Hale Suriyada Golandan çıkarıl­ma­mış 40 bin civarında Türkman yaşamaktadır. Bu toplu­luğun bir kısmı Şam merkezine ve bir kısmı da Humus, Halep il­lerine yerleşmişdir.

7.Rəqqə Türkmənləri
Osmanlıların türkmənləri sürgün etdikləri Raqqa bölgəsi haradır? Raqqa əyaləti Bəydili və Avşar boyunun sürgün yeridir. Ruha əyaləti olaraq da tanınan Raqqa bölgəsi 1516-cı ildə Osmanlı ölkəsinin tərkibinə qatıldı. Diyarbəkir ilə Hələb əyalətləri arasında qalan bölgə mərkəzi Urfa olmaq üzrə 6 sancaqdan ibarət olan Rəqqə bəylərbəyliyində 37 feod və 616 timar var idi. Osmanlı idarəetməsi bu bölgə üçün özəl məskən siyasəti tətbiq edərkən Bəydili və Bozulus türkmənlərini Fərat boyunca yerləşdirmə cəhdləri uğursuz oldu. Köçəri türkmənlərin nizamları da pozuldu. Türkmənlərə ərəb tayfaları qulduru hücumları da istiqrarı pozanda 18-ci əsrdə qarışıqlıqlar gedərək artdı. 19-cu əsrdə meydana gələn ayaqlanmalar ilə Misir xədivi İbrahim paşanın bölgəni alması nəticəsində türkmən tayfalar ətrafda az bir əhali qoyaraq dağılışdılar, 1840-cı ildə bölgə təkrar osmanlılara keçəndə Raqqa əyaləti götürülərək Urfa, Hələb vilayətinə bağlı bir sancaq oldu..
Hale Suriyada Rəqqəda 75 bin civarında Türkman yaşamaktadır. Bu toplu­luğun bir kısmı Rəqqə merkezine ve bir kısmı da Təl-Abyad Hamam Al Türkmen ,il­lerine yerleşmişdir.
BU GÜN SURİYA TÜRKMƏNLƏRİNİ DÜŞÜNƏRKƏN
Türkmənlər Suriya coğrafiyasının tamamına yayılmışdır; Latakiyada Bayır-bucaq türkmənləri, Hələb türkmənləri, Rəqqə vilayətində Təl-Abyad və Həmmam qəsəbəsinin türkmənləri, Humus və Şam türkmənləri Türkmənlərin coğrafiya olaraq çox strateji bölgələrdə yaşadığı.
Suriyada türkmən varlığı 1918 ilində Osmanlı İmperiyasının çəkildiyindən sonra zülm və basqıları öz qədərinə tərk edilmişdir. Fransa mandatından sonra isə türkmənlər suriyalı müsəlman vətəndaş qəbul edilmiş, yəni hər hansı bir etnik, ya əsli ünsür olaraq sayılmamış və basqılara məruz qalmışdır. Çünki onlar hər zaman türk olmağın bədəlini ödəmişdir. Gələn hakimiyyətlər türkmənlərə həp basqı siyasəti tətbiq etmişlər. Bu basqı Ərəb Sosializmi ilə birlikdə Əbdülnasir dönəmində artaraq davam etmişdir. Baba Əsəd və oğul Əsəd dönəmlərində isə qətliam dərəcəsinə qədər varmışdır.
Suriyadakı iç savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur.Suriya Türkmənleri Suriyanin əsas millətlərindən biridir. Ancaq İraq Türkmənləri kimi Suriya Türkmənləri də iç savaşa hazır olmadıqları üçün həm Bəşər Əsəd rejiminin, həm də İŞİD, PYD kimi terror təşkilatlarının qurbanına çevrilmişdir. Ötən 10 il ərzində Suriya Türkmənləri toparlanmağa çalışmış, iç savaşdan özünü qorumağa cəhd göstərmişlər.
 Fərqli vilayətlərdə yaşayan türkmənlərin fərqli qrupların basqısına məruz qaldığını 10 il öncə 2011 ilində Suriyada haqlı olaraq xalq ayaqlanması başlayanda, zülmə və diktatorluğa qarşı özgürlük özləmi olan Suriya xalqı ilə birlikdə türkmənlər də ön səfdə yer aldılar. Yəni ərəbi ilə, kürdü ilə, türkməni ilə hərkəs bu zülmə qarşı mücadilə verdi və türkmənlər də ön səfdə oldu. Nə yazıq ki, bunun bədəlini də ən ağır ödəyənlər türkmənlər oldu. Ancaq bu, mediada çox yer almadı. Bu gün Humus Şəhəri bölgəsində, yəni Hələbdən sonra ən çox türkmənin olduğu bölgədə rejim gücləri tamamən bir etnik təmizləmə politikası uyğuladı. Orada insanlarımızın kəndləri yerlə bir edildi, oraya dönmə şansları qalmadı. Şamdakı türkmənlər eyni şəkildə bir tərəfdən İŞİD, bir tərəfdən rejimlə mücadilələrinə davam edirlər. Bir zaman Türkmən dağı Bayır-bucaqda rejim tərəfindən günlük bombalar altında oldu oradan türkmənler göç oldular . Hələb türkmənləri indi 10 ildir 500 minə yaxın türkmən İŞİD sonra İran və Livan Hizbullah milislərinin nəzarəti altındadır işğalındadır. Rəqqədə türkmənlər PYD milislərinin uyğuladığı nüfus yapısının dəyişdirməsi yönündə fiziki və psixoloji basqılarla kəndlərindən milislərinin nəzarəti altındadır.
Suriyada savaş yalnız hakimiyyəti təmsil edənlərlə  mü­xa­lif qüvvələr arasında getmir, müxalif qüvvələr bir-birlərilə də  toqquşmaqdan çəkinmirlər.  Müxalifətin vahid bir mərkəzdən idarə olunmaması, aralarındakı ziddiyət, fikir  ayrılıqlarını silahlı toqquşmalarla həll etmək istəkləri Bəşər Əsəd rejiminin ömrünü uzatdı.
Nə yazıq ki, bütün qarşıdurmalar bizim bölgələrdə cərəyan edir Türkmənlərin birdən artıq düşmanı var. Bizi həm Əsəd rejimi, həm də terrorist qruplar vurur. Buna görə də Suriya iç savaşının ən böyük qurbanı türkmənlərdir.
QAYNAQLAR

 

  1. Abid Əmin (1929). “Türk el ədəbiyyatina elmi bir ba­xış. “Oğuznamə”, “Dan Yıldızı” jurnalı, sayı 5(29), səh. 30-32, sayı 8(32), səh. 28-29.

  2. Atasoy Fahri. “Türk Yurdu” dergisi. 2014, Ocak, Yıl 103, Sayı: 317.

  3. Azərbaycan Sovet Ensiklopediyası (1980). 10 cilddə. 4-cü cild. Bakı, səh. 564.

  4. Bеlgеlеrlе Türk Tarihi. Sayı: 17, səh. 48.

  5. Börklü Mеşkurе Yılmaz. Lоzan sоnrası Suriyе Türklе­rinin durumu vе gеnеl prоblеmleri. BilgiNеt - Məqalələr – Su­riya Türkləri. www.bilqinet.com.

  6. Böyük Türk Tariхi. 7-cild, səh. 206, 13-cü cild. səh. 413.

  7. Cihаn Sönmez (2001). Kоlan Türkmеnlеri dе barış bеk­liyоr. “Aksiоl” dеrgisi, 2001, sayı 271. http://www.aksiyon.com.tr/aksiyon/haber-5852-32-golan-turkmenleri-de-baris-bekliyor.html

  8. Çetin Turhan. (Doç.Dr. Gazi Universiteti). Cenevre Kavşağına doğru Suriye... “Türk Yurdu” dergisi, 2014, Ocak. Yıl, 103. Sayı: 317.

  9. Əsgərov Əfzələddin. “Ümumtürk folkloru tarixində Oğuznamə yaradiciliği”. “Elm və təhsil” nəşriyyatı, Bakı, 2014, Səh 24-41, “Oğuznamənin etnik auditoriyasi” fəslinin “Türk­manlar” yarımbaşlığında.

  10. DR.MUHTAR FATIH TÜRKMƏNOĞLU  Suriya Türkmənləri kimdir. https://modern.az/articles/78911/1/

  11. Prof.Dr. MEHMET EROL Halep Türkmenleri Halk Kültürü Araştırması kitap 2012.

  12. Hüseyinoğlu Ali Şamil (2003). Azerbaycan və azer­baycanlılar meselesi. “21.Yüzyılda Türk Dünyası Jeopolitiği” top­lusu (Müzaffer Özdağa Armağan. Der­leyenler: Prof. Dr.Ü.Öz­dağ, Dr.Y.Kalafat, M.S.Erol. III Cilt. Avrasya Stratejik Araştırmalar Merkezi Yayınları. Ankara, 2003. seh.139-146).







 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum