Oftalmoloq alim, akademik Zərifə Xanım Əliyevanın anım günü

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Oftalmoloq alim, akademik Zərifə Xanım Əliyevanın anım günü
28 Nisan 2023 - 17:49

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Bu gün, aprelin 28-i görkəmli oftalmoloq, ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın anım günüdür.
Zərifə xanım Əliyeva 1923-cü il aprel ayının 28-də həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində doğulub.
1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya ixtisası üzrə kurs keçib. 1950–1953-cü illərdə aspiranturanı təhsili alıb.1960-cı ildən tibb elmləri namizədi, 1977-ci ildən Tibb elmləri doktoru olub.
İş fəaliyyətinə 1949–1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi kimi başlayan Zərifə xanım 1969-cu ildən Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, sonra professoru olub. 1982–1985-ci illərdə isə görmə orqanlarının peşə patologiyası laboratoriyasının və Oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışıb. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.
Zərifə xanım Əliyevanın oftomoloq alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatları maraqla qarşılanıb. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o zaman üçün yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadəsinin öyrənilməsinə həsr edib.
Zərifə xanım Əliyeva 1954-cü ildə Heydər Əliyev ilə ailə qurub.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.

Akademik Zərifə xanım Əliyevanı hörmət və ehtiramla anırıq!

ADPU-nun əməkdaşı,
Aynurə ƏLİYEVA


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum