Halk Yazarı İlyas Efendiyev'in doğumunun 109. yılı

Halk Yazarı İlyas Efendiyev'in doğumunun 109. yılı
27 Mayıs 2023 - 07:53
ADPU mezunu Halk Yazarı İlyas Efendiyev'in doğumunun üzerinden 109 yıl geçti

Bugün 26 Mayıs, yazar, oyun yazarı, Onurlu Sanat Emekçisi, Devlet Ödüllü, "Şohrat" Nişanı, Halk Yazarı İlyas Efendiyev'in doğum günü.
İlyas Muhammed oğlu Efendiyev, 26 Mayıs 1914'te Fuzuli şehrinde doğdu.

Orta təhsilini uğurla başa vurduqdan sonra, o, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, ali təhsilini də uğurla bitirmişdir. 1938-ci ilin sonlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləmişdir. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunmuşdur.
İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur.
Onun 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı müəllifininin daha geniş şəkildə tanıtmışdır. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.
İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazmış və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur. XX əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıtmış, əsərləri haqqında mətbuatda yazılar dərc olunmuşdur.
1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti və bütün sənətsevərləri Azərbaycan Dövlət Dram Teatrının 75 illiyini təntənə ilə qeyd edərkən, səhnə sənətinin inkişafındakı xidmətləri nəzərə alınaraq İlyas Əfəndiyev "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdi. 1954-cü ildə tamaşaya qoyulmuş "Atayevlər ailəsi" dramaturq İlyas Əfəndiyevin yaradıcılığında irəli atılmış uğurlu bir addım idi.
"İlyas Əfəndiyev teatrı"nın uğurlarından söhbət açarkən, təkcə onu göstərmək kifayətdir ki, ilk tamaşası 1968-ci ildə olmuş "Unuda bilmirəm" pyesi 1981-ci ilə qədər, yalnız Azərbaycan Milli Teatrı səhnəsində 350 dəfə oynanılmışdır.
İlyas Əfəndiyev 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır.  Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu olmuşdur. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımından qaçılmaz idi.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapmışdır. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilmişdir.
Tanınmış dramaturqun mövzusu tarixi keçmişimizdən götürülmüş "Mahnı dağlarda qaldı" pyesi yeni yaradıcılıq uğuru kimi qarşılanmış bu pyesə görə İlyas Əfəndiyev 1972-ci ildə Respublika Dövlət mükafatına layiq görülmüşdür.
Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaratmış, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim etmişdir. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirmiş, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdir.
1974-cü ildə Respublikamızın ədəbi ictimaiyyəti yazıçının anadan olmasının 60 illiyini təntənə ilə qeyd etmişdir. Yubileylə əlaqədar olaraq ədib “Oktyabr İnqilabı” ordeni ilə təltif olunmuşdur. Azərnəşr onun dörd cildlik "Seçilmiş əsərləri"ni nəşr etmişdir.
Görkəmli ədəbiyyat xadimi, böyük şöhrət qazanmış İlyas Əfəndiyev Azərbaycan Respublikası Ali Soveti Rəyasət heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə Xalq yazıçısı fəxri adına layiq görülmüşdür.
Yazıçının anadan olmasının 70 illiyi Respublikamızda qeyd olunarkən "Yazıçı" nəşriyyatı 1984–1985-ci illərdə oxucularına gözəl bir hədiyyə hazırlamış, ədibin 6 cildlik "Seçilmiş əsərləri"ni nəfis şəkildə 40 min nüsxə tirajla çap etmişdir. Ədəbiyyat sahəsindəki xidmətləri nəzərə alınan ədib həmin il “Lenin” ordeni ilə mükafatlandırılmışdır.
1990-cı ildə Azərbaycanın Milli Teatrı öz tarixində ilk dəfə olaraq xarici ölkəyə – Türkiyəyə qastrol səfərinə çıxmışdır. Bu səfər zamanı Teatr İstanbul və Ankara şəhərlərində teatr həvəskarlarına İlyas Əfəndiyevin "Bizim qəribə taleyimiz" və "Sevgililərin cəhənnəmdə vüsalı" əsərlərinin tamaşasını göstərmişdir. Böyük uğurla qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr yazmışdır.
Azərbaycanın ədəbi ictimaiyyəti 1994-cü ilin may-iyun aylarında Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 80 illiyini təntənəli surətdə keçirmişdir. Onun ədəbiyyatın inkişafında xidmətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 24 may 1994-cü il tarixli fərmanıyla yazıçını "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Xalq yazıçısı 3 oktyabr 1996-cı ildə Bakıda vəfat etmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı,
Aynurə ƏLIYEVA


 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum