Dr. Xeyale ZERRABGIZI

Dr. Xeyale ZERRABGIZI

[email protected]

İnsanlığın Xuraman Muradova zirvəsi...

09 Aralık 2023 - 19:11 - Güncelleme: 09 Aralık 2023 - 23:03
Reklam

"İnsanlığın Xuraman Muradova zirvəsi..."

Dr.Hayale Zerrabkızı Türkiye'yi canı bilen, kanı bilen, Türk sevdalısı, Turan sevdalısı, Vatan sevdalısı  Huraman hanım Muradovanın tüm insanlığa örnek şahsiyyeti hakkında yazdı. Can Azerbaycanın her taşını, toprağını sevdiyi kadar kalbi Türkiyemizle çarpan Huraman hanımefendi deprem zamanı depremzedelere çok büyük vefadarlıkla kardeşlik desteğinde bulunmuşdu.



“TRT Belgesel”də hər bazar ertəsi “Su savaşları” verilişinə baxıram, Hakan Girginer və Çağlar Taner adlı iki türk mütəxəssis su izinə rastlamaq üçün Afrikanın boz səhralarını qarış-qarış dolanır, böyük səbir, ağır zəhmət və fədakarlıq hesabına həmin ərazilərə su kəmərləri çəkməklə suya həsrət insanlara bayramdan da ötə bir səadət yaşadırlar. Su yerdən fontan vuranda körpələr sevinclə atlanıb – düşür, əl - ələ verib Hakan və Çağlar bəyləri dövrəyə alır, əllərini suya vurub dodaqlarına sürür, şükür edə - edə şənlənirlər. Verilişin sonuna sakit baxmaq mümkün deyil – insanların üzündəki o sevinci izləyəndə göz yaşlarım dinmək bilmir...

Qəribədir... heç özüm də bilmədən nədənsə “Su savaşları”nın son kadrlarını izləyəndə Xuraman xanım gəlib gözlərimin önündə dayanır. Beynimdə belə  assosasiya yaranır ki, o suyu tapdığına dünyanın ən xoşbəxti olan körpələr kimi Xuraman xanım Muradova mənim bu dünyadakı ən böyük tapıntımdı...
Dərindən düşünəndə əslində bizim içində bulunduğumuz mühitin Afrikanın cadar bağlamış bozqırlarından elə də fərqi yoxdu, gözünə sel kimi görünən insan dənizinin içində ruhun elə tənhalaşır ki, bu səhrada Xuraman xanım kimi varlığına tutunub ilahi hüzur bulduğun insanı tapmaq elə o səhralardakı körpələrin dodaqlarına su sürməyi kimi izaholunmaz duyğu, əvəzsiz səadət olur.
Dünya coğrafiyasının saat qurşaqları kimi, ruh xəritəsinin də öz ritmik vaxt duyğusu var. Xuraman haqqında bu yazı, əslində, lap çoxdan içimdə yazılmaqda idi. Amma ruh saatına görə doğuluş vaxtı məhz bu məqama aid imiş.
Fevral ayının ortaları idi. Bütün məmləkət qardaş ölkədə baş verən zəlzələnin həyəcanı içərisində idi. Uşağımızdan böyüyümüzəcən hamımızın ürəyimiz Türkiyə ilə döyünürdü. Dəyərli məsləkdaşım, sirdaşım, CNN Türk kanalının “Özəl xəbərlər” departamentinin müdiri Fulya Öztürk ilə telefon danışığımızda:
“Xeyalecim, -dedi – Azerbaycandan bir hanımefendiyi sormak isterim Senden – Huraman hanım Muradova… Kendisini tanıyormusun?
Evet, tanıyorum, - dedim. Huraman hanım Tanrının memleketimize, uca Türk milletine bir armağanıdır... uca Yaradanın yaratdıqlarında tecella etdiyini öz nurlu çöhrəsində şəkilləndirən ən gözəl Aynadır Huraman hanım – dedim…
Xeyalecim, ne mutlu size,. Ne şanslısınız, öyle İnsanların çevresindesiniz. Bilirmisin, Hayalecim, bizim Türkiyedeki depremzedelere Huraman hanım Muradova 100 bin Tl civarında büyük bir destekde bulunmuş. Ve bunu “Kardeşe vefa borcumuz” diye öyle içtenlikle yapmış ki, - dedi Fulya… Sonra Xuraman xanımın uca ürəyinə xitabən: “Can Azerbaycanımın candan aziz insanları, Siz kalp değil de sanki içinizde pırlanta taşıyorsunuz…” - deyəndə göz yaşlarımı saxlaya bilmədim…
Telefonun o biri başında Fulyanın minnətdarlıq dolu ifadələrini sözlə ifadə edilməyəcək göz yaşları, hıçqırıqları müşayiət edirdi. Dedi ki, “Huraman hanım söylemiş ki, deprem olduğu günden sonra biz akşamlar isti evlerimize gitmeye utanırıq, əlimizdən gələn bütün yardımları etmeye çalışırıq qardaş Türkiyəmizə…”
Fulya Öztürklə hərəmiz telefonun bir ucunda göz yaşlarına qərq olmuşduq.
Söhbət əsnasında Xuraman xanımın necə Turan sevdalı, milli məfkurəli insan olduğundan danışdıqca Fulya “inşallah bir gün İstanbulda proqramlarımızın birində Xuraman xanımın qonağımız olmasını, Turan düşüncəsini bizimlə paylaşmasını təmənni edərik” – söylədi…
Fulya ilə həmin söhbətimizdən sonra Xuraman xanım haqqında içimdəki bu hissləri yazmağa mənəvi ehtiyac hiss etdim…

15 sentyabr Bilik günündə məktəbə qədəm qoyduqları ilk gün müəllimə “Böyüyəndə kim olacaqsan?” – sualı ilə müraciət edib şagirdlərə. 6 yaşına yenicə qədəm qoyan qızım Gülnaz “mən böyüyəndə Xuraman Muradova olacağam, müəllimə. Xuraman xanım əfəndi kimi sevgi paylayacağam insanlara...”- cavabını verib bu suala. Günün sonunda valideyn iclasında müəllimədən bu sözləri eşidəndə gözlərim yaşla, ürəyim qürur hissi ilə doldu. Bu dünyanın ən ideal tərəzisi uşaqların qəlbi, ən qiymətli ölçü əyarı körpə qəlbində pöhrələyən sevgidir. Onların gözündəki mərtəbədən, onların qəlbindəki ucalıqdan, onların içindəki sevgidən daha böyük fəxri ad təsəvvür edə bilmirəm... 6 yaşlı yavru körpənin balaca könlündə bu cür uca taxt qurmaq  özü Xuraman xanım böyük qəlbinin və yüksək insanlığının ülvi bir nümunəsidir.
Böyük maarifçi Həsən bəy Zərdabi yazırdı ki, "Maarifdən və ziyalıdan uzaq bir xalq işıqdan məhrumdur"
Nə mutlu bizə ki, Xuraman xanım kimi ziyalılarımızın daxili dünyasının işığı hesabına qaranlığımız aydınlanır. Xuraman xanım fərd olaraq sadəcə həyatına toxunduğu insanların deyil, bütövlükdə cəmiyyətimizin sağlam ruhlu, sağlam əqidəli, sağlam imanlı, sağlam təfəkkürlü gələcəyi üçün nəhayətsiz çaba göstərməkdədir.
Nə mutlu bizə ki, tövsiyələrindən, söhbətlərindən faydalandığımız, sözündən, hətta sərgilədiyi duruşundan belə xanımlıq, xatunluq öyrəndiyimiz Xuraman xanım var Yolumuzun başında işıq saçan mayak kimi… Nə yaxşı ki Var!...
Xuraman xanımı tanıdığım illər ərzində müşahidələrim bütün qəlbimlə mənə bunu deməyə əsas verib ki, insanın içində işıq varsa, o işıq təkcə onun yaşadığı evi, öz ailəsini, qan bağı olan insanların həyatını deyil, həm də can bağı olan hər kəsin içini, onun mənsub olduğu bütün mühiti aydınlandırır. Sanki o işıq Xuraman xanımın təkcə qəlbində, içində deyil, Xuraman xanım təpədən-dırnağa ilahi nurla süslənmiş  İşığın özüdür – əməlləri ilə insanlığa, bütün Türk dünyasına şəfəq saçan İşıq xatundur…
Sağlam toplum o zaman formalaşır ki, o toplumu bina edən insanların ruhu və düşüncəsi sağlam olsun. İnsanlarımızın ruhən, mənən, qəlbən sağlıqlı, imanlı və təfəkkürlü gəlişməsi üçün yorulmaz əməyi olanların ən öndə gedənidir Xuraman Xanım. Zərif çiyinlərini cəmiyyətimiz üçün mənəvi sütuna çevirən, toplumun sağlam bir şəkildə ayaqüstə dayanması üçün əlindən gələni əsirgəməyənlərdəndi...
Nəhayətsiz sevgimizin və təşəkkürlərimizin ünvanıdır Xuraman Xanım...
Özü ən ləyaqətli örnək olmaqla bizlərə ayna tutan,  çiynini cəmiyyətimiz üçün mənəvi sütun edən, , sağlam cəmiyyət olaraq sabaha inamla addımlamağımız üçün yorulmaq bilmədən çalışan, imanlı düşüncəmizi formalaşdıran, möcüzəli toxunuşuyla mənəvi dünyamızı inşa edən Memardır Xuraman Xanım...

Ülfət zamanı böyüklə böyük olan, uşaqla uşaqlaşan qayğıkeş, nəvazişli, şəfqətli bir mələk, körpə kimi saf ürəyini hələ də qoruyan məsumiyyət abidəsidir Xuraman Xanım...
 Əməlləri ilə insanlığın ən mükəmməl örnəyi, mərd xarakteri, nurlu üzünə sirayət edən tərtəmiz daxili aləmi, xanımlığı, mərdliyi, alicənablığı, kübarlığı, savadı, nəcibliyi, insansevərliyi, fədakarlığı və içindəki ilahi ədalət duyğusu ilə Tanrının uca Türk millətinə ərməğanıdır Xuraman xanım... 
Çıraq kimi adamdı  Xuraman xanım Muradova... Kitablarıyla, şeirləriylə, haqdan gələn ilahi Sözüylə ruhumun aydınlandığı, qələmiylə düşüncələrimə işıq salan Adamdı… İşığından pay aldığım Çıraq Adamdı… Körpə gözü tək saf Adamdı… Sadə Adamdı… Sadəliyin böyüklüyünü yaradan Adamdı… Halallığı və dürüstlüyü öz şəxsində birləşdirən Adamdı… Düz Adamdı… Təmiz Adamdı… Nida kimi dümdüz Adamdı!!! Heç zaman dəyişməyən, heç nəyin qarşısında əyilməyən, Sözünün üz ağlığını özünün üz ağlığı kimi qorumağı  bacaran,  elə Sözü boyda Böyük, səsi boyda Doğma Adamdı… 
Gözlərindən ürəyinin içi görünən, misralarından ruhu duyulan Adamdı… Sözünü sevdiyim Adamdı. Sözünün ləyaqətini öz ləyaqəti kimi qoruyan Adamdı… Haqdan ruhuna hopan səsi, ilahi vəhyin pıçıltılarını Sözə çevirən adamdı Xuraman Xanım…
O, bu dünyada bircə Haqqa və Haqqdan gələn Uca Sözə səcdə eləyib, elə buna görə də Söz Xuraman xanımın əlindən tutub Dərgahına ucaldıb… Sözün Dərgahı Haqqın Dərgahı qədər müqəddəsdir Ondan ötrü… Xuraman Muradova alnı Haqqın dərgahında olan, Sözü Tanrı əmanəti, saf ruhunun tərcümanı kimi qoruyan və ucaldan şairdi.
Bu dünyada təmiz adın, təmiz Sözün qalxdığı və qaldırdığı məqamdan daha böyük Ucalıq yoxdu… Allah bu ucalığı Xuraman xanımın yaşadığı ömür kimi tərtəmiz alnına yazıb, həm də gözəl xətlə yazıb. Ucalığın mübarək, Əziz Adam! Bizim nur dolu, hikmət dolu dünyamızsınız! İnsanlığın Xuraman Muradova adlı ən ali zirvəsi! Pak ruhunuz Yer adamlarından uzaq, göylərdə olsun həmişə! Sizə sonsuz sayğı və sevgilərimlə!
Xəyalə Zərrabqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru



 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum