Züriye Garayeva: İran Azərbaycanın demokratik dövlət olmasını neden istəmir

Züriye Garayeva: İran Azərbaycanın demokratik dövlət olmasını neden istəmir
02 Ocak 2021 - 00:07

Bu yaxınlarda Azərbaycan respublikası baş nazirinin müavinı Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Tehranda İran prezident aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq barədə danışıqlar apararkən, Azərbaycanın dövlət bayrağının salonda olmaması, İranın ölkəmizə qarşı ilk hörmətsizliyi deyildi. Bundan əvvəl də bayraq insidenti, Xəzər dənizini “Mazandaran gölü” adlandırmaq, Azərbaycanı “İranın şimal torpaqları” kimi qələmə vermək,Türkiyə prezidenti Ərdoğanın Zəfər paradında söylədiyi məlum şeirini İranın ərazi bütövlüyünə qarşı bir təhdid hesab etmək və s.
İran müstəqilliyimizi həzm edə bilməyən bir ölkədir. Əminəm ki, Türkiyə və qərb ölkələrinin basqısından çəkinməsəydi, İran heç bizi müstəqil dövlət olmağımıza imkan verməzdi. Müstəqilliyimizin ilk illərindən, xüsusən birinci Qarabağ savaşında İranın bizə qarşı məkrli mövqeyi sezilirdi. Rəfsancani dönəmində Şuşanın işğalında pərdəarxası jonqlyorluq edən fars rejimi, ötən 29 il ərzində tarixi Azərbaycan torpaqlarında özlərinə dövlət quran ermənilərə hər sahədə dəstək vermək üçün dəridən qabıqdan çıxır.
Müsəlman həmrəyliyindən dəm vuran bir ölkənin, digər bir müsəlman ölkənin torpaqlarını işğal edən xristian ölkəyə Mehri sərhəd qapısından kəmərlərlə yanacaq,tırlarla ərzaq, sənaye avadanlıqları və silah nəql etməsi heç bir əxlaqi, dini və siyasi çərçivəyə sığmır. Azərbaycan türklərinin qədim torpaqları olan Zəngəzuru, Göyçəni və İrəvanı “İranın şimal torpaqları” kimi qələmə verməyə cürəti çatmayan bir rejim, indiki dövlətimizin ərazisini özünün “şimal torpaqları” hesab etməsi, azğınlıqdan və cəzasızlıqdan irəli gəlir. İranın Dövlət rəmzlərimizə və ərazi bütövlüyümüzə etdiyi şantajların cavabı yetərincə sərt şəkildə verilməliydi. Başqan Ərdoğanın ölməz şairimizin şeirindən bir bənd söyləməsi ilə,Türkiyənin Tehrandakı səfirinin xarici işlər nazirliyinə çağrılmasından sonra, İran parlamentində deputat Əhmədi Bilaşın ölkəmizə qarşı təhdid və təhqir dolu çıxışından sonra, İranın Bakıdakı səfiri də Azərbaycan xarici işlər nazirliyinə çağrılsaydı, sonuncu bayraq insidenti yaşanmazdı.
İran dəfələrlə Azərbaycanı təhdid edib.Vaxtı ilə İran gəmiləri Xəzərdə geoloji kəşfiyyat işləri aparan gəmilərimizə hücum etməsi, İran təyyarələrinin dəfələrlə güc nümayişi məqsədilə ölkəmizin hava məkanına soxulması, ötən il Bağdadda ABŞ xüsusi xidmət əməkdaşları tərəfindən öldürülən general Qasım Süleymaninin Neft daşlarına hücum etmək hədələri və bu kimi təhdidlər əfsus ki cavabsız qaldı.Həmin general ki, Suriyanın Hələb bölgəsində kompakt yaşayan minlərlə türkmənin canına və malına qəsd etmişdir. Onun rəhbərlik etdiyi təşkilatın Hələbdə törətdiyi vəhşiliklər Rusiyanı belə dəhşətə gətirmişdi. Bu halda bəzi həmvətənlərimizin və təşkilatların İranı müdafiə etməsi haradan qaynaqlanır?Yanlış olaraq İrana bağlılıqlarını dinə bağlılıq kimi qəbul edənlər dövlətçiliyimizin sütunlarının möhkəmlənməsinə xidmət etməyi özlərinə borc bilməlidirlər. İran Azərbaycanın demokratik dövlət olmasını istəmir.Çünki onun strateji maraqlarına uyğun deyil. Biz İranla konfliktlərin olmasını da istəmirik. Bərabərhüquqlu və qarşılıqlı münasibətlərin tərəfdarıyıq.İran da bizim Qərbə inteqrasiya olmaq niyyətimizə və dövlət müstəqilliyimizə hörmətlə yanaşmağa borcludur.

Züriye Garayeva Kafkassam Bakü

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi
https://kafkassam.com

 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum