Züriyə Garayeva: Ermənistanda parlament seçkiləri

Züriyə Garayeva: Ermənistanda parlament seçkiləri
21 Haziran 2021 - 18:07

Ermənistanda parlament seçkiləri ilə bağlı 12 günlük aktiv təşviqatdan sonra bu gün seçkiqabağı “sükut günü” elan olunub.
Qeyd edək ki, seçkilərdə rekord həcmdə, yəni 4 blok və 21 partiyadan ibarət 25 siyasi qüvvə iştirak edir. 2, 583 milyon erməni seçki hüququna malikdir.
Seçki qanunvericiliyinə əsasən, partiyalar üçün keçid baryeri 5%, alyanslar üçün isə 7%-dir.
Seçkilərdən sonra Ermənistanda qarşıdurmaların olacağı istisna deyil.
Ermənistanın ilk prezidenti, Erməni Milli Konqres Partiyasının rəhbəri Levon Ter-Petrosyanın sözlərinə görə, seçkilərdəki qarşıdurma fiziki qarşıdurmaya çevrilməsə, yaxşıdır.
Qeyd edim ki, Ermənistan bu yolu tutacağı təqdirdə bir ildə ikinci məğlubiyyətini alacaq.Əslində bu seçkilərdə hansı qüvvələrin iştirak etdiyini, nə demək istədiklərini görürük.Bir-birilərinə qarşı müharibə elan edən qüvvələr göz qabağındadır.Ermənistanda öz təsir gücünü saxlamağa çalışan Rusiyanın, Qarabağ klanının əli ilə hər hansı bir oyuna əl atacağı gözlənilir. Hətta vətəndaş toqquşmaları belə olacaq. Bu, həmin Köçəryan blokunun çirkin planıdır ki, 27 il Azərbaycan qəbiristanlıqlarından qəbir daşlarını çıxararaq üstünə erməni adları yazıb Ermənistana satmaqla məşğul olmuşlar. Məzar daşlarını gizli şəkildə Ermənistana satan Qarabağ klanı haqqında indi erməni seçiciləri düşünməlidir.
Çünki, ölən və yaralanan erməni hərbçilərin ailələri bilirlər ki, bu acı sonluq-27 il ərzində bu yeddi bölgədə dəhşətli işlər görən Robert Koçaryan və Serj Sarkisyanın çirkin cinayətkar fəaliyyətlərinin nəticəsidir. Revanşizm və işğal siyasəti isə ölkəni kökündən iflasa uğradaraq faktiki vassal dövlətə çevirdi. Paşinyan qısa müddətdə ölkəni ağır iqtisadi durumdan xilas edə bilməyəcəyi üçün siyasi xaos və iki masada əyləşmə strategiyası məğlub baş nazirin yenidən seçiləcəyi təqdirdə də davam edəcək.

Züriyə Garayeva Kafkassam

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum