Doç. Dr. Basira AZİZ ALİYEVA

Doç. Dr. Basira AZİZ ALİYEVA

[email protected]

TÜRK SAVAŞ SƏNƏTİNİN GÜNÜMÜZ ÜÇÜN ÖNƏMİ

17 Ocak 2016 - 20:32

Dos.Dr. Bəsirə Əzizəliyeva

TÜRK SAVAŞ SƏNƏTİNİN GÜNÜMÜZ ÜÇÜN ÖNƏMİ

 

SAVAS – Türk Savaş Sənəti müasir dünyamızın orijinal şəkildə meydana çıxan, nəzərdə tutduğu konsepsiyası ilə insan həyatının mənəvi dünyası, idrakı və fiziki tərəflərini ehtiva edən bir sitemdir. Fiziki gücdən öncə iradəyə söykənən Türk Savaş sənəti qurucusu Naci Kesener bu sənətin insanın mənəvi və maddi tərəflərini əhatə edərək gündəlik həyatımızdakı əhəmiyyətini çox doğru şəkildə ifadə edir: Sıradan günlük hayatta sorunları her zaman fiziksel yöntemlerle çözemeyeceğimize göre mücadelenin bir başka boyutu olan psikolojik savaşı da öğrenmek zorundayız. Unutmayalım ki ilk olarak “iradeler çarpışır”.

Qlobal anlamda barışın təbliğ olunduğu dünyada Savaş sənəti nəyə görə aktualdır?

Geniş mənada insan daim mübarizədərir.  Öz daxili dünyası, fərqli düşüncəli insanlar, toplum ilə mübarizədə olan fərd duyğu və düşüncəyə sahibi olaraq şüurlu və ya şüuraltı şəkildə daim savaş içindədir. Çözə bilmədiyi problemlər, gerçək həyatın səbəb olduğu xəyal qırıqlığı, münasibətlərdə qazanılan mənəvi travmalar insanları depresiya, mənəvi böhran, toplumdan uzaqlaşma, özünəqapanma kimi neqativ hallara gətirə bilir. O zaman “bütün bu problemiləri aradan qaldıra biləcək psixologiya elmi və bu sahədəki mütəxəssislər varkən Savaş sənətinə ehtiyac nədən yaranır?” sualı ilə qarşılaşa bilərik. Elə bu sualın cavabı SAVAS –Türk Savaş sənətinin əhəmiyyətini açıqlayır.

İnsan yalnız mənəviyyatı ilə yaşamadığı kimi sadəcə fiziki tərəfləri ilə də mövcud ola bilməz. Dolayısı ilə bir insanın həyatı mənəvi və maddi tərəfləri ilə bütünləşir. Psixologiya elminin insanın mənəvi dünyasındakı böhranı aradan qaldırmaqdakı imkanlarını inkar etmədən SAVAS –Türk Savaş sənətinin bu cəhətlərlə yanaşı, fiziki hərəkətlərə dayandığını da söyləmək lazımdır. Yəni Naci Kesenerin yaratdığı SAVAS–Türk Savaş sənətinin konsepsiyasında psixologiya və idman estetikasının mühüm xüssusiyyətləri birləşdiyi üçün o problemi kompleks şəkildə çözə bilir. Psikolojik savaşın bazı yöntemleri uygulama açısından -bana göre- savaş sanatı kapsamına girmez. Ancak savaş sanatı kültürü içinde yer alır, üzerine düşünülmesi istenir. Çünkü bir savaş sanatçısı her türlü psikolojik savaşla mücadele etmeyi öğrenmek zorundadır”. Demək SAVAS –Türk Savaş sənəti insanın psixoloji durumu və fiziki hazırlığını birlikdə nəzərə alır və problemlərin çözümündə də hər iki tərəfdən istifadə edir.

SAVAS–Türk Savaş sənəti insanın duyğu və məntiqi arasındakı əlaqəni, olaylara münasibətdə hansı tərəfdən çıxış etməyin daha əhəmiyyətli olduğunu da diqqətə alır. Naci Kesener söyləyir: İnsan, hayatını akla dayalı tercihlere göre yaşayabilir, duygusal tercihlere göre de veya her ikisini yerine göre birlikte de kullanabilir. Tek bir tercih nedenine göre yaşamak sıkıntı oluşturabilir. Mesela sadece duygusal nedenlere dayalı tercihler dış dünyanın gerçekleri karşısında kırılganlık yaşamaya, mantıksal nedenlere dayalı tercihler de tutarsızlık, kişilik ve karakter sorunlarının ortaya çıkmasına neden olabilir”.

Çox önəmli bir cəhət kimi SAVAS – Türk Savaş sənəti sözügedən ağıl və məntiq savaşının da ən uyumlu yolunu göstərir: “Kişiliği güçlendirerek mantığın ve değişkenlerin kişinin kendisine tabi olmasını sağlamaktır. Bu, sarsılmaz İnancın gücü ile elde edilebilir. Sarsılmaz inanç, koşulların kişiye göre oluşmasını sağlayan özgüvene dayalı bir güçtür. Doğrudan ve haktan yana olmak, bu konuda asla taviz vermemek sarsılmaz inancın temelidir”.

Ağıl və məntiqin əlaqəsini çox doğru şəkildə uyğunlaşdıra bilən, inanca söykənən SAVAS – Türk Savaş sənəti bütün savaşlarda qalibiyyəti təmin etməyin yollarının, ilk növbədə, niyyətlə də bağlı olduğunu ifadə edir. Naci Kesener söyləyir: “Temelde tüm düşünce ve davranış biçimlerinin çıkış noktası kişisel niyete dayanır. Dolayısı ile ikili ilişkilerde kazanmak için ortaya koyulacak diyaloglarda buna dikkat edilmelidir. Fiziksel mücâdeleden önce psikolojik savaşta etkin olmak daha önemlidir”.

Söylənilən mənəvi və psixoloji keyfiyyətlər ifadəsində fiziki hərəkətlərə dayanan Savaş sənətinin çox önəmli tərəfləridir və bunlar Naci Kesenerin dünya savaş sənətində təsadüf etmədiyimiz və orjinal şəkildə meydana çıxan SAVAS – Türk Savaş sənətinin əsas prinsipləridir: “Kendinden emin olan kişi sorununu fiziksel mücadele ile çözmek durumunda kalırsa kararlılık ve sarsılmaz inançtan dolayı kazanmaya daha yakın olan taraf olur”.

SAVAS – Türk Savaş sənətinin konsepsiyası sadəcə savaş sənəti ilə məşğul olanlar üçün deyil, geniş mənada özü ilə başqası və toplum arasındakı savaşı yaşayanlara da xasdır. Bu Türk Savaş sənətinin çox önəmli tərəflərindəndir. Naci Kesener haqlı olaraq yazır: Bana göre bugünün dünyasında psikolojik savaş yöntemlerine karşı mücadele teknikleri yeterince gelişmiş değildir. En büyük eksiklerden biri de empati kuramama sorunudur. Psikolojik savaş yapanları diğerlerinden üstün kılan özellik ise sadece empati yeteneğidir”.

Bütün bunlar Naci kesenerin yaratdığı SAVAS–Türk Savaş sənətinin dərslərindən xüsusilə də gənclərin bəhrələnməli olduqlarını göstərməkdədir. Türk yenilməyi sevməz. Türk Savaş sənəti də geniş mənada mədəniyyətimizin bir hissəsidir. İradə, doğru niyət, ağlın taktiki imkanları, duyğu və məntiq arasında dəngəyə söykənən SAVAS–Türk Savaş sənəti toplum arasında geniş yayılmış yabancı döyüş filimlərinin neqativ təsirini azaltmağa yardım edəcək vir öyrətim sistemidir.