Aynur TALIBLI

Aynur TALIBLI

mail: [email protected]

DİLİMİZ MİLLİ KİMLİYİMİZ: II DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT

07 Nisan 2021 - 17:43 - Güncelleme: 07 Nisan 2021 - 17:53

DİLİMİZ MİLLİ KİMLİYİMİZ II
DİL, ÜNSİYYƏT, KÜLTÜR VƏ MİLLƏT

                                                       
Tarixdə  nam salmış –NÜFUZ QAZANMIŞ millətlərin və onların  kültürlərinin, mədəniyyətlərinin var olduğunu göstərən ən öndə dəlil(fakt) heç sübhəsiz ki, onların dilləridir.  Məhz bu da bilinir ki, bir milləti oluşduran , meydana gətirən təməl  bağlardan -qavramlardan biri və ən əsası dildir. Bu araşdırmamızın mövsuzu dil qavramı,dil və düşüncə arasındakI əlaqə, dilin millətin və millətlərin kültürlərinin meydana gəlməsindəki rolu, biz Türklərin dili  və  önəmi olacaqdır.

Dil qavramı haqqında çox tanım vardır. Əski zamanlardan bəri dilbilimcilər (dilşünaslar) tərəfindən “dil” qavramı müxtəlif şəkillərdə tanımlanmış olsa da bu tanımlar arasında bir-birini hökmən boşa çıxaracaq düzeydə bir fərqlilik mövcud deyildir deyə bilərik.

  Bunlarin bir qismi belədir: Tarixsəl, toplumsal və kültürəl bir olqu-qavram  olaraq dil, insanın özünü və dünyanı  anlamasını təmin edən  və həmcinsləri- insanlar ilə ilətişimi- ünsiyyəti  və anlaşmanı mümkün edən təməl insani yetidir(1).  Məşhur dilbilimcisi, Türkoloq Muharrem  Erginin düşüncəsinə  görə isə  “Dil insanlar arasında anlaşılmayı təmin edən təbii bir arac – vasitə, özünə məxsus  yasaları – qanunları olan və ancaq bu qanunlar çərcivəsində  gəlişən- inkişaf edən canlı bir varlıq, təməli bilinməyən  zamanlarda atılmış  gizli anlaşmalar sistemi,səslərdən hörülmüş  toplumsal bir qurumdur”. (2) Bu tanıma görə dil,yüzillər boyu gəlişərək meydana gəlmiş sosyal bir qurumdur.Milləti birləşdirməkdə və qorumada təsirli  güclü bir ortaq mirasdır.Başqa bir ifadəylə dil , təbii və sistemli bir anlaşma vasitəsidir; milli kültürün aynası və daşıyıcısıdır; toplumun kültürəl dəyərlərini ifadə etmək üçün vasitə olarak birlik və bütünlüyü meydana gətirməkdə təsirli bir ünsürdür.(3)

  Prof.dr. Necip Üçok ‘un  dil haqqında maraqli bir tanımı belədir: “Bir-birinin dillərində anlâmayan iki insanı  bir yerdə bağlayıb  dünya ilə əlaqələrini kəsəlim. Bir zaman sonra onların əlləri ayaqları, qaşları gözləri ilə işarətdən başlayaraq yavaş- yavaş birbirlərinə duyqu, və istəklərini, gördükləri işləri bildirməyə yarıyacaq, anlatmaq qüdrətində olan bir vasitə meydana gətirdiklərini görərik (4). Ən geniş mənasıyla, yəni bir anlaşma vasitəsi olaraq əllər, ayaqlar və bənzəri araçlarla-vasitələrlə  edilən  işarətləri də içinə alan bu müəssəsəyə-biz Dil (Langage) adını veririk. “Dil “kəliməsi bizim hafizəmizdə canlandırdığımız xəyal anlam və kəliməyə əsaslanan(dayanan),yəni  eşitmə duyğumuza xitab edən səslərdən  meydana gəlmişdir.Bu baxımdan tədqiq edildiyi zaman da səslərdən meydana gəlmiş dil,eyni ilə qoxu,mimik ,işarət dili kimi bir simvoller sistemidir.” E.Winkler`in söylədiyi kimi (5) dil, bir topluluğun bütün keçmişi  və həmçinin kültürünü, mizaç-xarakteri və təbiətini,duyqu və həssasiyətini,görənək və gələnəyini əks etdirən bir aynadır.

Prof.dr. Mehmet Kaplan   dilin tanımını üç boyutda( ölçüdə)  irəli sürmüşdür: Gənəl tanımı ilə “dil, bəzi səs və ya səs qruplarının o şeylərin xəyalını uyandırması sürəcindən ibarətdir”1 , işləvi baxımından “dil, vasitədən başqa bir şey deyildir 2 , mənəvî baxımdan isə “dil, həyatın aldığı bir şəkildir və millətin çağlar boyunca yaşadığı tarixin adəta özətidir- yansımasıdır..3. ”(6).

Başka bir deyimlə , dil insanlar arasında anlaşmayı təmin edən təməl qurucu ünsürdür. İnsan öncəliklə öz dilinin içində doğular və beləcə öz  şəxsi varlıq alanını meydana gətirər. Dil, şəxsin və ya fərdin  varlıq alanının səs, yazı və bədən dilinə dönüşmüş halıdır. Hər millət və onu oluşduran bireylər, öz dil aləmində kimlik qazanır. Bu baxımdan dil, keçmişdən gələn qiymətlərin- dəyərlərin, zehniyət və psixolojinin, fərd və cəmiyyətin bir ifadəsidir. Şahin (2014: 828) (7).

Dil ictimai bir müəssəsə olaraq insanlar  arasında anlaşmayı təmin edən bir arac (Ergin,2009:3);toplumda ortaq dəyəri olduğu üçün sosial  bir qurum( Karataş,2009:11) və çox yönlü ,fərqli özəllikləri olan qeyri-adi bir varlıqdır.(Aksan,2007:11).Tanımlardan da görüldüyü kimi dilin toplumsal özəlliyi önə çıxarılır.Akarsuya görə ,dil  danışıldığı toplumun özəlliklərini ən yaxşı əks etdirən ünsürdür.Toplumun ortaya qoymuş olduğu kültürəl izləri dil ilə özünü göstərir. Platon, Kratylos adlı  kitabında (yapıtında) dili "öz şəxsi  düşüncələrini səsin yardımıyla, öznə və   yükləmlər (mübtəda və xəbər) aracıyla anlaşılan  duruma gətirmək"3 biçimində tanımlamışdır.  (8).

Şərqdə və Türk İslam dünyasında qurulan ilk demokratik cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadə dili sosial bir olgu( ictimai bir amil) olaraq dəyərləndirir və  dil haqqında düşüncəsi belədir: “İnsanlar arasında toplumsal dokuyu(cəmiyyəti)  təşkil edən iki önəmli amil vardır. Bunlardan biri din,digəri də dildir.Bilindiyi kimi din müxtəlif dillərlə yaşana bilir.Din müxtəlif cinsdən olanları birləşdirdiyi  halda, dil ancak bir növdən və bir cinsdən  olan insanları birləşdirir”. “Həqiqətən də dil milləti ən gözəl təmsil edən amildir. Millət dil aracılığıyla(vasitəsiylə) özünü (məziyyət və mövcudiyyətini) anlada bilir.İnsan oğlunun sözü riyaziyyat və ya fənni qavramları andıran qarmaşıq kimya oyunları və ya simgələr deyildir. Canlı bir qavramdır, onun qanı vardır,canı vardır. Millətlə bərabər doğular, onunla birlikdə yaşar və tərəqqi edər- gəlişər”. (“Şelale” dergisi, 10 Ağustos 1913, Sayı: 27.)

  Sizlərlə   dilbilimcilər(dilşünaslar) və düşünürlərin  “dil” qavramı  haqqındakı müxtəlif  tanımlanrını bölüşdüm  və mühüm bir fərqlilik olmadığına şahid olduq. Ama dil qavramına dair bir çoxumuzun bildiyi və ən sadə tanım isə belədir:” DİL İNSANLARA ARASINA ÜNSİTYYƏT YƏNİ İLƏTİŞİM ARACIDIR-VASİTƏSİDİR.”   Biz dilin önəmini  daha dərindən anlamaq üçün bu tanımlamanı məna baxımından  açmalıyıq. Deyirik “Dil ünsiyyət-iletişim vasitəsidir”.Öncəliklə “ ünsiyyət” ve ya “iletişm” nədir ? və  ünsiyyət dediyimizdə nə nəzərdə tuturuq? 

 Sosial- Toplumsal bir varlıq olan insan, davamlı olaraq çevrəsiylə təsirlənmə və əlaqə qurmaq ehtiyacı içərsindədir. İnsanın biyolojik bir varlıqdan toplumsal bir varlığa dönüşməsini təmin edən ən önəmli ünsurun də iletişim- ünsiyyət olduğunu söyləmək mümkündür (Tuna, 2012, s.3) . İletişim qavramının kökəni Latınca “communis” terminindən gəlmişdir, İngiliscə və Fransızcadaki “communication” sözcüyünün   qarşılığı olaraq dilimizdə  istifadə edilir.  İlətişim duyqu, düşüncə və istəklərimizi anlatmaq,bir-birimizlə sosial və və mədəni əlaqələr qurmaqdır. Biz bunu səslə və ya yazılı yol ilə edirik.Yəni dil  insanların  düşündükləri və duyqularını  bildirmək  üçün  sözcüklərlə və ya işarətlərlə  etdikləri anlaşmadır (TDK,2005). Dil kültür və mədəniyətin  inkişafından insanların  günlük həyatındakı  problemlərin çözümünə qədər hər sahədə  önəmli bir ilətişim aracıdır. (Özbay.2006,s2).(9)

Bu məqamda kültürdən də özəlliklə bəhs etmək gərəklidir.

Kültür bir millətin yüzillar boyunca oluşdurduğu alqı, ilgi, tutum və davranışlarla təzahür edən yaşam tərzi, maddî və mənəvî dəyərlərin toplamıdır və nəsildən nəslə miras olaraq ötürülərək gəlməkdədir. Kültür, həyatın hər mərhələsində insanı əhatə edən duygu və düşüncənin yaşama yansıyan hâlıdır. (Göçer, 2012) Türk  milliyətçiliyini “ Türkçülük” adı altında sistemləşdirən böyük fikir adamı   Ziya Göyalpə görə isə kültür, “Bir millətin dinî, əxlaqi, ağılı, estetik, lisani, iqtisadi və fənnî həyatlarının ahəngli bir bütünüdür” (10)

Mehmet Kaplan görə “kültür, bir topluluğu, bir cəmiyyəti, bir milləti millət edən və onu digər millətlərdən fərqləndirən həyat təzahürlərinin bütünüdür” . Həyat təzahürləri, hər millətin özünə aid olan və bu özü yansıtan millî və mənəvi dəyərlərdir. Bu dəyərlər; din, dil, örf və âdətlər (gələnək və görənəklər), dünya görüşü, yaşama tərzi, tarix, sənət, ədəbiyyat, coğrafiya… vb. ünsurlər olaraq qarşımıza çıxar. Bunların ən önemlisi dildir. Kültür oluşumu, gəlişimi- inkişafı, gələcək nəsillərə ötürülməsi vb. açılardan -bucaqlardan baxıldığında dilin işləvi və önəmini rahatlıqla görə bilərik.

Dil ilə kültür bir –biri ilə yaxından əlaqəli iki qavramdır. Dil kültürlə yaşar, kültür də dil ilə inkişaf edər və birikir-çoxalar (Günay, 1995). Dil bir kültürün ürünü olaraq düşünə də bilərik. Bir toplumun dili, o toplumda yaşayan birəylərin(fərdlərin) gənəl kültürünü əks etdirər. Kültür bir bilgi birikimidir. Bilgi birikiminin qaynağı isə dildir. Bu səbəbdən dil ilə kültür bir-birindən ayrılmaz bütündür. Bu hâlda, kültür, nəsilden nəsilə ötürülmək üçün dilə möhtaç; toplumun duygu, düşüncə və tam mənasıyla həyat tezahürlərinin somut(gözlə gorünən) hâla bürünməsinin vasitəsi olan dil üçün də kültür bir ehtiyacdır. (Göçer, 2012).

Dil və millətin əlaqasəsi nədir? .Dilin millətin formalaşmasında(oluşmasında) rolu var mı?

Biz “ dil insanlar yəni insan topluluqlari arasında ünsiyyət vasitəsidir” dedik.Gəlin bu insan topluluqlarının necə bir araya gəldiyindən və onları  bir aya gətirən səbəblərdən,bunu təşkil edən  ünsürlərdən bəhs edək. Bu zaman suallarımızın cavabına daha aydın anlayacağıq. 

 Hər hansı bir insan topluluğunun oluşması üçün insanları bir-birinə bağlayan nədənlərin- səbəblərin olması gərəklidir.Yəni ortaq dəyərlərin olamsı lazımdır.Məhz insan topluluqları bu dəyərlər sayəsində oluşur.Məhz millətdə belə meydana gəlir. Milləti oluşduran ortaq dəyərlərə eyni irqdən gəlmək,ortaq tarixə,keçmişə sahib olmaq,ülkü(ideal) qardaşlığı və ortaq dilin olması daxildir.Ernest Renan`a- subyektiv (özcü) millət anlayışına görə milləti meydana gətirən nəsnə “ birlikdə acı çəkmiş, sevinmiş və birlikdə ümid etmiş  olmaq”dır (12).

Şübhə yoxdur ki, millət könül birliyi, bir ruh anlaşması və bunun hüquqi ifadəsi olaraq birlikdə yaşamaq arsuzu və  iradəsidir.Bu birlik və anlaşmanın əmələ gəlməsi üçün əlverişli bir zəmin lazımdır.Bu zəmini də əmələ gətirən yuxarıda qeyd etdiyimiz ortaq dil,ortaq yurd ,ortaq tarix və ortaq soydur.Beləcə dil yüz illərdir insanların bir-birləri ilə anlaşması üçün ilətişimin ən önəmli vasitəsidir,topluluqların millətə dönüşməsində və küıtürün –mədəniyyətin  inkişaf edərək davamlılığını qorumasında çox təsirli bir vasitə,çox yönlü səs quruluşu( yapısı) olan işarətlər sistemidir.Yəni millət olmadan dövlət olmaz.Dildə olmadan millət olmaz.Mənə görə dilimiz milli kimliyimizdir. Dilini itirən millət şəxsiyyətini də , kimliyini və kültürünü də itirmiş olar.

Ziya Gökalpın  dilimiz və məsələləri üzərində də   çox yerində və diqqət cəlb edən düşüncələri vardır. Ziya  Gökalpın da millət anlayışında “dil” çox önəmli bir yer tutur. Milləti meydana gətirən ünsürlər içərisində Gökalp “kültür”ü və ona bağlı olan “dil”i ən əsaslı olaraq qəbul etməkdədir.(13)

Bir toplumda  milli birlik və bərabərlik də  ancaq toplumun fərdlərini (birəylərini) bir zəncirin  xalqaları kimi bir-birinə kənətləyən dillə meydana gələ bilər. Millətin bütünlüyünün gələcəyi də  dillə güvəncəyə alına bilər.(14) Türk dünyasının öndəri Mustafa Kemal AtaTürkün bu sözlərini xatırlatmaq istərdim:” “Türkiyə Cümhuriyrətini quran, Türk xalqı Türk millətidir. Türk milləti demek Türk dili deməkdir. Türk dili Türk milləti üçün qutsal-müqəddəs bir xəzinədir. Çünki Türk milləti geçirdiyi nəhayətsiz fəlâkətlər içində əxlâqının, ənənələrinin, xatirələrinin, mənfəətlərinin qısacası bu gün öz  millətinin meydana gətirən hər şeyinin dili sayəsində muhafizə olunduğunu görür. Türk dili Türk millətinin qəlbidir, zehnidir.(15).Bu məqamda Məmməd Əmin Rəsulzadənin də millət və dillə əlaqədar fikirlərini xatırlatmaq istərdim: “Milli mədəniyyət və yaxud millət, dilbirliyi,  örf adət və əxlaq birliyi, gələnəksəllik içində və nəhayət inanc  birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur”. “Dil millət olmanın təməlini təşkil edər. Dil ilə bərabər dində də bir olan millətlərin  birləşmə yetənəyi daha tez oluşur.(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.)

“Milliyətin əsasını təşkil edən şey dildir.  Dil adətə hər bir heyətin( insan qrupunun) hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. . Ey millətin istiqlalını təmin edəcək Türk gənçliyi nərədəsin?”(16) (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)

Məqaləmizin bu hissəsində xüsusi ilə dil,ünsiyyət ,kültür və millətin əlaqəsindən bəhs etdim.Bunun özəl bir səbəbi vardır.Çünki son zamanlarda bizlər xüsusi ilə Qüzey Azərbaycan Türkləri və Anadolu Türkləri dilimizin önəmini unutmuş və avropa dillərinin və rus dilinin təsirində  qalmışıq.Yəni dilin önəmini xəfifə almışıq.  Bəzi ailələrdə övladlarımız öz dilində Azərbaycan Türkçəsində danışmağı belə bacarmırlar.Bir də bunula fəxr edən bir çox cılız düşüncəli milli kimliyini, şəxsiyyətini itirmiş insanlar da var. Bu isə heç şübəsiz sovet  dönəminin və təfəkkürünün dırnaq arası “bəhrəsi” dir ki,manqurtlaşdırılmış bəzi ailələr öz dilində danışmağı deyil rusun dilində danışmağı çağdaşlıq hesab edir.Zatən kimliyini,şəxsiyyətini itirmiş birinə də yaraşan düşüncə tərzi budur.  Deyəsən bəziləri Azərbaycan Türkçəsində  danışanların  “ çuşka” deyərək  təhqir edildiyi
dönəmə geri dönmək istəyirlər.Bu isə onların şəxsiyyətsizliklərinə və manqurtlaşdıqlarına işarət edir.  Unutmayın dil sadəcə ünsiyyət üçün gərəkli deyil.Dil həm də xüsüsi ,ən təsirli siyasi  vasitədir  və milltələrin dövlətlərin var olduğunu göstərən simgədir.VƏTƏNİMİZ-Azərbaycan Rus işğalından şəhidlərimizin qanı ilə qurtarıldı , müstəqil bir dövlət oldu . Bizim dilimiz rus dili deyil , övladlarımızla öz  dilimizdə danışmalıyıq. Bizim dilimiz Azərbaycan dili-Azərbaycan Türkçəsidir. DİLİMİZİ   qorumaq bizim boynumuzun borcudur.  BİR millətin,bir dövlətin  var olduğunu göstərən dili və bayrağıdır. Axı bu dil , bu millət yaşasın deyə Əhmət Cavadlar, Hüseyin Cavidlər, Mikayıl Müşfiklər və daha ismini qeyd etmədiyim yüzlərcə ədibimiz, mütəfəkkirlərimiz canlarından keçdilər. Bu gün müstəqil Azərbaycan torpağında, öz ocağına, vətənində başqa dillə danışanlar o dahi insanlara və vətənimizə qarşı nankorluq etmiş olurlar. Bu məqamda Azərbaycanın və Türk dünyasının bilinməyən qəhrəmanlarından, Türk komutan İshak Çelik bəyin gözəl bir sözü var onu sizlərlə bölüşürəm: ”Milli dil duyqusu, düşüncəsi, vətən və millət sevgisi olmayanlar, dilini qorumayanlar, vətənini, millətini və dövlətini qorumazlar!”.


P.S. Her zaman öz məsləhətləri və dəyərli bilgiləri ile dəstək olan Türk komutan İshak Çelik bəyə teşekkürümü bildirirəm!

 P.P.S.Araşdırma məqaləmizin üçüncü hissəsində  Türk dünyasının görkəmli düşünürlərinin dilimiz və ortaq Türkcəmizlə əlaqədar  dəyərli fikirlərini sizlərlə bölüşəcəyəm.

AYNUR TALIBLI TARİH VE MEDENİYET ARAŞDIRMACISI.İSTANBUL 2019.

İstifadə edilən mənbələr:

  1. Seyit COŞKUN. Ankara Üniversitesi,Dil ve Tarih-Coörafiya Fakültesi,Felsefe Bölümü. “Dil-Düşünce ve Dünya İlişkisi Bkımından Özellik,Bireysellik ve Kimlik.  (Uludağ University Faculty of  Arts and Sciences Journal of Philosophy. Sayi23/Issue23! Güz 2014/Fall2014 . ISSN: 1303-4251.

  2. Ergin, Muharrem (1980a). Türk Dil Bilgisi, İstanbul: Boğaziçi Yay.

  3. Türkbilig, 2018/36: 103-120.” DİL-MİLLET İLİŞKİSİ BAĞLAMINDA TÜRKÇEYİ BİLGİDEN BİLİNCE KONU EDİNEN ŞİİRLER”  Kemal EROL.

  4. D. T. C. Fakültesi dergisi Cilt II, Sayı 2 S, 313 öte.  A. Ü. D, T. C. Fakültesi Dergisi, F. 8.

  5.  Dr. NECİP ÜÇOK Lengüistik Doçenti “SOSYAL BAKIMDAN DİL”  S. 611.

 Vom sprachwisaenschaftlichen Denken der Frauzosen (Wörter und Sachen Neue Folge Bd. I, 1938 Heft 2, S. 83).

  1. 1) 1 Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s. 163.

       2) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.135
       3) Mehmet Kaplan, Kültür ve Dil, Dergâh Yayınları, İstanbul, 2001, 14. Baskı, s.140
       4)  Mehmet Kaplan, “Dil ve Kültür”, Türk Edebiyatı, Eylül 1985, 143. sayı, s. 9
7.  Şahin, Veysel (2014). Bilge Kadının Aynadaki Yüzü (Halide Edip Adıvar’ın Romalarında Yapı ve İzlek), Ankara: Akçağ Yay.
8.  1) ERGİN, Muharrem (2009). Türk Dil Bilgisi. İstanbul: Bayrak Basım Yayım Tanıtım
      2) KARATAŞ, Turan (2009). Türk Dili. Ankara: Öncü Kitap Basımevi
      3) AKSAN, Doğan (2007). Her Yönüyle Dil Ana Çizgileriyle Dilbilim (4. Baskı). Ankara: Türk Dil Kurumu             Yayınları.
 9.  Tuna, Y. (2012). İletişim. İzlem Vural (Ed.), İletişim Kavramı ve İletişim Süreci (s. 2-23). Ankara-Pegem  Akademi Yayınları
10   Göçer, A. (2012). Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine. Türk Dili, 729, 50-57
       Gökalp, Ziya (1975), Türkçülüğün Esasları, İstanbul: Sebil Matbaacılık
   11. Ali Göçer ” Dil-Kültür İlişkisi ve Etkileşimi Üzerine” Türk dili,s .53.
            GÜNAY, Doğan (1995). Roman Çözümlemesine Toplum-dilbilimsel Bir Yaklaşım. Dil Dergisi,s.9.
       ASLAN, Yasin (2008). Yabancı Dil Eğitiminde Dikkat Edilmesi Gereken Noktalar. Türkiye’de Yabancı Dil    Eğitimi Ulusal Kongresi Bildiriler (Gazi Ü. Gazi Eğitim Fakültesi, Editörler: S. Ağıldere ve N. Ceviz): 118-123. Ankara.
Uygur, Nermi (2001). Dilin Gücü, 6. Baskı, s.23. İstanbul: Yapı Kredi Yay.
12. Ernest Renan, Qu’est-ce qu’une nation, Paris, 1882, s.29 (nakleden Georg Jellinek, L’Etat moderne  et son droit, (Traduction française par Georges Fardis), Paris, M. Giard & E. Brière, 1911, Cilt I, s.208).
McNall Burns, op. cit., s.443.
13. Doç.Dr. Faruk K. TİMURTAŞ “ Dil Davası ve Ziya Gökalp”
14.TÜRK DİLİNE GÖNÜL VERENLER”
15. Afet İnan, Medenî Bilgiler ve Mustafa Kemal Atatürk’ün Elyazıları, TTK yay., Ankara 1969, s. 18.
16. Mehmet Emin Resulzade Ansiklopedisi. Doç. Dr. Nesiman YAGUBLU . “Azerbaycan Kültür Derneği” Yayınları. Ankara.
(Dirilik” dergisi, 14 Ekim 1914, Sayı: 3.)
 (Dirilik” dergisi, 1 Kasım 1914, Sayı: 6.)








 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum