YAXIN ŞƏRQDƏ SURİYA TÜRKMƏNLƏRI CAN AZERBAYCANLA BİRLƏŞDİRƏN NƏDİR? - Yazan: Dr. Muxtar Fatih BEYDİLİ

Dr. Muxtar Fatih BEYDİLİ. Türkmən Həkimləri Dərnəyinin sədri

YAXIN ŞƏRQDƏ SURİYA TÜRKMƏNLƏRI CAN AZERBAYCANLA BİRLƏŞDİRƏN NƏDİR? - Yazan: Dr. Muxtar Fatih BEYDİLİ
04 Nisan 2021 - 12:36

YAXIN ŞƏRQDƏ SURİYA TÜRKMƏNLƏRI CAN AZERBAYCANLA BİRLƏŞDİRƏN NƏDİR?

Türk tarixində əsrlərlə mühüm rollar oynamış Türkmənlər bu gün İraq, Suriya, İordaniya, Livan, Əfqanıstanda gedən münaqişənin əsas hədəflərindən biridir. Proqramda türkmanların dünəni və bu gününə nəzər salınır, onların tarixən məskunlaşdığı ərazilərdən, qurduqları dövlətlərdən, dövrümüzdə hansı ölkələrdə məskunlaşmasından, saylarından söhbət açılır.
Türkmənlərin Yaxın Şərqdə məskunlaşması Altay nəzəriyyəsi, şumerlər, quzların islamı qəbul etməsi… Türkmanların, ümumiyyətlə, türk xalqlarının indiki Yaxın və orta Şərqdə məskunlaşması tarixdə mövcud olan Altay nəzəriyyəsi ilə bağlıdır. Türkmənlərin tarixi ilə araşdırmalar zamanı da təəssüf ki, onların Ortadoğuda məskunlaşmasının XI əsr, hətta XVI əsrə təsadüf etməsinə dair yanlış fikirlərə rast gəlinir. Təbii ki, XI və XVI əsrlərdə həmin bölgələrə həqiqətən türkmanların böyük axını olub. Amma türkmanların etnos kimi harada yarandığı, hansı bölgələrdə intişar etdiyi təbii ki, fərqli məsələdir. Məsələn, Yaxın və Orta Şərqdə türklərin ən qədim tarixi əslində şumerlərlə başlayır. Şumerlərlə türkmanlar arasında eynilik işarəsi qoymaq fikrimiz yoxdur. Tarixi mənbələrdə biz türkman adına Çin mənbələrində tye-kyuk-men şəklində rast gəlmişik.
 İslam mənbələrində, xüsusilə, ərəbdilli  mənbələrdə türkman adı Mərvazinin, Biruninin, İbn əl-Əsrin əsərlərində rast gəlinir. Məsələn, İbn əl Əsr qeyd edir ki, 960-cı ildə yarım milyon quz islamı qəbul etdi və bundan sonra bunlar türkman adlanmağa başladılar. Eyni fikri biz Əbu Reyhan əl Birunidə görürük. O qeyd edir ki, islamı qəbul etdikdən sonra quzları türkman adlandırdılar. Lakin Mahmud Kaşğarinin məsələyə baxışı fərqlidir. O qeyd edir ki, Makedoniyalı İsgəndərin Şərqə yürüşü zamanı ona təpki göstərən türklərə bir ad verdi – tərəkəmə, yəni bunları tərk et, bunlarla döyüşmə. Bəzən bu yanaşma, şübhə altına alınsa da, gürcü mənbələrində də, məsələn, “Kartlis Sxovreba”da da eyni fikirlə qarşılaşırıq. Makedoniyalı İsgəndərin yürüşü zamanı ona müqavimət göstərən buntürklər idi. Buntürklərlə toqquşan Makedoniyalı İsgəndər ilk dəfə məğlubiyyətə uğramışdı.
Türkmənlərin tarix səhnəsinə çıxışı qədim olsa belə, onların aktiv dövrü islamiyyəti qəbul etdikdən sonrakı dövrə uyğun gəlir. Məsələn, Mərkəzi Asiyaya yürüş edən ərəb sərkərdələri çox zaman orada yaşayan türk tayfalarını toplu şəkildə köçürüb Yaxın Şərqə gətirirdilər. Məsələn, onları ən çox Bizans sərhədlərində, Azərbaycanla İberiyanın sərhədində yerləşdirirdilər. O zaman belə bir söz də yayılmışdı – kafir sərhədləri. Türkmanlar bu sərhədlərdə qoruyucu rolu oynayırdılar. Döyüşlərdə türkman qüvvələri öncüllük təşkil edirdilər. Hətta mənbələr yazır ki, Bağdad yaxınlığında yerləşən Samiriyyə şəhəri xüsusi olaraq islamı qəbul etmiş türk döyüşçüləri üçün salınmışdı.
Ərəb mənbələrində belə bir məqam var ki, xəlifə onları ona görə Samiriyyə şəhərində yerləşdirmişdi ki, türkmanlar Bağdadda çox görünməsinlər. Çünki Bağdaddakı əyanlar şikayət edirdilər ki, ərəb əyanlarının qadınları küçədə gəzən türkman döyüşçülərini görəndə öz ərlərinə xəyanət edirlər. Hətta Samiriyyədə onlar üçün ayrıca Kəbəyə bənzər obyekt də düzəldilmişdi və türkmanlar orada dini vəzifələrini icra edirdilər. Qeyd etmək lazımdır ki, Xürrəmilər hərəkatının yaradılmasında imanlı türkmanlar yaxından iştirak ediblər. Məsələn, Afşin Mərkəzi Asiyadan gəlmiş türkmanların nümayəndəsi idi.
Türkmənlərin ikibaşlı qartal simvolu  “Biz şərqə də, qərbə də hökm edən xalqıq”
Türkmənlər bu davranışı şərq qonşusunu da narahat edirdi. Narahatlıq keçirən o dövrdə başqa bir islam türk dövləti olan Qəznəvilər idi. 1040-cı ildə Dəndənəkan döyüşündə Qəznəvilər üzərində qələbə çalandan sonra türkmanların böyük qurultayı çağırılıb. Qurultayda iştirak edən Səlcuqluların gerbində ikibaşlı qartal çəkilib. Bu, simvolun mənası belə idi: “Biz şərqə də, qərbə də hökm edən xalqıq. Həmin bayrağın altına yazılmışdı ki, inna fətəhna, yəni biz fəth edəcəyik. Bu fəthlər sistematik şəkildə təbii ki, Sultan Toğrulun adı ilə bağlıdır. Sultan Toğrulun dövründə Bağdad təriqətçilərdən azad edilir. Sultan Toğrulla xəlifə arasında möhkəm yaxınlıq yaranır. Ondan sonra isə Azərbaycan ərazisində mövcud olan dövlətlər bir-birinin ardınca türkman asılılığını qəbul edirlər. Çünki bölgə əhalisinin əksəriyyəti elə türkmanlar idi. Sultan Toğruldan sonra hakimiyyətə gələn Alp Arslan dövründə mənbələr qeyd edir ki, Alp Arslan hərəkət etdiyi istiqamətlərdə türkmanlar tərəfindən qarşılanırdı. Məsələn, indiki Türkiyə ərazisinə yürüş edərkən Xulvan keçidində onu türkmanlar qarşılayıb. Alp Arlsanın Gürcüstan üzərinə yürüşü zamanı Şəkidə onu yerli türkmanlar qarşılayıb. Bu isə bir daha göstərir ki, səlcuqların gəlişindən də əvvəl burada türkmanlar var idi.
Türkman sözünün mənası Türk adam, türkə oxşayan, tərki-iman?
Türkman adı ilə bağlı başqa hansı versiyalar var? Türk adamı mənasında da işlənir. Bəzi fars mənbələrində türkmən adı da çəkilir. Türkmən adını çəkərkən qeyd edirlər ki, bu, türkə oxşayan, yəni türk mənənd mənasında işlənir. Versiyalar çoxdur. Hətta bu adın tərki-iman, yəni imanını tərk edən insan mənası daşıdığını iddia edənlər də var. Çox güman ki, əvvəl şamançılıq dini dünyagörüşünə malik olan və Xəzər xaqanlığının tərkibində yaşayarkən qəbul etdikləri dindən uzaqlaşan türklərə sonradan bu ad verilib. Zənnimcə, imanlı türklər, yəni islamı qəbul etmiş türklər versiyası üzərində dayanmaq düzgün olardı. Çünki bir çox mənbələr bunu faktiki olaraq təsdiq edir. İslam dinini qəbul edən quzlar konqlomerat təşkil edirdilər. Yəni, bu tayfaların içərisində əfşarlar, bayatlar, qacarlar da var idi. O dövrdə 24 qola bölünən oğuz tayfalarının böyük bir qismi islamı qəbul etdikdən sonra ümumi bir adla – türkman adı ilə tanınmağa başladılar.
Malazgirt döyüşü, Səlcukludan sonra atabəyliklərin yaranması
Böyük Səlcuq hakimiyyətinin pik nöqtəsi təbii ki, Sultan Alp Arslanın hakimiyyət illəridir. Alp Arslan həqiqətən türk dünyasının ən möhtəşəm şəxsiyyətlərindən biridir. Çünki bugünkü Anadolunun türk diyarına çevrilməsi, türk dünyasının bir tərkib hissəsi olmasında Alp Arslanın böyük xidmətləri var. Məhz Malazgirt savaşı Anadolunun qapılarını tam şəkildə türklərin üzünə açmış oldu.
Alp Arslanın ölümündən sonra, Məlik şahın dövründə türkmanların sanki bir oturaqlaşma dövrü başlayır. Bu oturaqlaşma dövründə artıq konkret sərhədlər bəlli idi. Türkmənlərin, yəni Səlcuq imperatorluğunun ən mühüm xüsusiyyətlərindən biri ondan ibarət idi ki, sərhəd məntəqələrində olan uc bəylərə qonşu ölkələrə axınlar etməyə icazə verilirdi. Axınlar təşkil edəndən sonra tutulan ərazilər rəsmən sultan sarayından təsdiq edilirdi ki, həmin torpaqlar onundur. Bu isə imperiyanın ərazisinin genişlənməsinə böyük imkanlar yaradırdı. Lakin Məlik şahın ölümündən sonra artıq böyük Səlcuq imperatorluğu parçalanmağa başlayır. Bu, o demək deyil ki, türkmanlar tarix səhnəsindən silindilər. Əksinə,  məsələn, Azərbaycan ərazisində bir atabəylik, Mosul-Kərkük ərazisində başqa atabəylik, Suriya ərazisində bir neçə atabəyliklər yaranır. Eyni zamanda indiki İranın cənub hissəsində müxtəlif atabəyliklər yaranır. Fars atabəyliyi və s. Bunlar faktiki olaraq dominant rolunu oynamaqla yanaşı, eyni zamanda Yaxın Şərqə hökm edən bir qüvvə idi.
Afşar Türkmənlərindən Nurəddin Zəngi, və onun sərkərdələrindən olan Səlahəddin Əyyubi Xaç yürüşləri dönemi ?
Türkmanlər XI-XII əsrlər ərzində islam dünyası üçün ən böyük təhlükə olan xaç yürüşünün qarşısını aldılar. Bu xaç yürüşlərinin qarşısının alınması çox təəssüf ki, tarixi ədəbiyyatda daha çox Səlahəddin Əyyubinin adı ilə bağlanır. Lakin Səlahəddin Əyyubi əfşarlar tərəfindən qurulmuş Zəngilər dövlətinin ən möhtəşəm hökmdarı olan Nurəddin Zənginin adi sərkərdələrindən biri olub. Nurəddin Zəngi dalbadal xaç yürüşlərinin qarşısını alıb, Qüdsü xaçlılardan təmizləyib. Misirdə xaçlılarla əməkdaşlıq edən Fatimilər xilafətini aradan qaldırıb və Səlahəddin Əyyubini oraya canişin təyin edib. Çox təəssüf ki, tariximizin bu səhifəsi unudulub. Təbii ki, gələcək dərsliklərə mütləq Nurəddin Zənginin tarixdəki rolu, fəaliyyəti ilə bağlı məqamlar salınmalıdır.
Əfşarlar tərəfindən, yəni bizim üçün yad olmayan, bizim soykökümüz olan, elə bizim özümüz olan əfşarların qurduğu bir dövlət barədə çox təəssüf ki, tarix ədəbiyyatında bilgi verilmir.Təbii ki, müəyyən vaxtlarda dövlətin bir hissəsindən digər ərazilərə köçürülmələr olurdu. Məsələn, orta ərlərdə Bəydili, B ayat tayfaları bir yerdən başqa yerə köçür. Bayat tayfasının köçü ilə bağlı Füzuli canlı nümunə kimi götürülə bilər. İndiki Şimali Azərbaycan, yəni Araz kənarından köçürülən bayat tayfaları Bağdad və onun ətrafında yerləşmişdilər. Şah İsmayılın bir şeiri var:
Yetdikcə tükənir ərəbin kuyi-məskəni
Bağdad içrə hər neçə türkman qopa
Yəni, Bağdad türkman şəhəri idi.

İraq, Suriya, İordaniya, Livan, Fələstin – Osmanlının süqutundan sonra tarixi türkman torpaqlarında yaradılan dövlətlərTürkmanların bu bölgədəki ağalığı tam şəkildə XX əsrin 20-ci illərinə qədər davam etdi. İndiki İran ərazisində mövcud olan Qacarlar sülaləsi hakimiyyətdən uzaqlaşdırıldı. Eyni zamanda, Anadoluda Osmanlı hakimiyyətinə son qoyuldu. Osmanlı dövləti uzun illər müxtəlif xarici qüvvələrin təzyiqinə dözsə də, 20-ci illərdə süqut etdi. Bu isə Yaxın və Orta Asiyada yaşayan türkmanlar üçün sözün əsl mənasında faciəyə çevrildi. Onsuz da türkmanlar bu faciələri Səfəvi-Osmanlı müharibələri dövründə keçirirdilər. Faktiki olaraq, iki qardaş məzhəb üstündə bir-birini qırırdı.
Bu qırğının acı faciələrini biz vaxtilə Səfəvi, yaxud Osmanlı tərkibində olan, indi isə həm Azərbaycanın, həm də Türkiyənin sərhədləri içərisində olmayan türkman torpaqlarında görürük. İndiki İraq, Suriya ərazisində baş verən hadisələr bu hadisələrin acı nəticəsi kimi qəbul edilə bilər. Bu gün türkmanlar təkcə, Azərbaycan və Türkiyə ərazisində deyil, İraqda – Telafer, Ərbil, Kərkük bölgələrində yaşayan, özlərinin aftaxton əhali kimi öz tarixi torpaqlarında yaşayan əhalidir. Osmanlı dövləti süqut edəndən sonra Telafer, Ərbil, Kərkük İraq dövlətinə verildi.
Bir istiqamətdə Hülakü, Qaraqoyunlu, Ağqoyunlu, Misir-Məmlük dövlətinin tərkibində olan Hələb, Latakiya bölgəsi, digər tərəfdən Rakka bölgəsi daxil olmaqla bu torpaqlarda fransız mandatı altında Suriya adlı qondarma dövlət quruldu. Osmanlı dövründə Hələb sancaqlığı adlanan ərazilər Suriyaya verildi. Türkmanların böyük bir qismi İordaniya sərhədləri içərisində qaldı, digər qismi Livan sərhədləri içərisində qaldı. Fələstindəki türkmanlar haqqında isə çox təəssüf ki, məlumatımız azdır. Türkmanların bu cür parçalanması XX əsrin 20-ci illərində I Dünya müharibəsinin nəticəsi olaraq, Osmanlının parçalanmasının təzahürü idi. Vaxtilə İraq-Şam ərazisi faktiki olaraq, Osmanlı tərkibindən çıxarıldı.
Türkmənlərin tarixi Azərbaycan ərazilərində yerləşməsi
Türkmanların axınları və onların bu gün yaşadıqları bölgələrdə yerləşməsi bir neçə mərhələyə bölünür. I mərhələ VII-IX əsrləri, Mərkəzi Asiyada yaşayan oğuzların bölgədə yerli oğuzlarla qaynayıb-qarışması prosesini təşkil edir. Bu mərhələdə onlar bütün Azərbaycanın və eləcə də islam dünyasının sərhəd rolunu oynayan məntəqələrində yerləşdilər. Türkmanların ikinci gəlişi Səlcuqlular dövrünə təsadüf edir. Səlcuqlular dövrünü də bir neçə mərhələyə bölmək olar. 1015-ci ildə Çağrı bəyin başçılığı altında indiki Naxçıvan və Van gölü hövzəsinə qədər  irəliləyib, o torpaqlar üzərində nəzarəti ələ keçirmək ilk mərhələ idi. Bunu faktiki olaraq, türkmanların kəşfiyyat yürüşü adlandırmaq olar. Sonrakı mərhələdə Çağrı bəy geri qayıdır və qardaşı Toğrul bəylə məsləhətləşir ki, qərb istiqamətində boşluq var. Çünki orada vahid islam dövləti yox idi. İslam dünyasının ən qərb dayanacağı sayıla biləcək Azərbaycan ərazisində Rəvvadilər, Şəddadilər, Şirvanşahlar parçalanmış vəziyyətdə idilər. Ya bir-biriləri ilə didişirdilər və yaxud ayrı-ayrı dövlətlərlə birləşib birinin üstünə düşürdülər. Azərbaycan ərazisini Bizans, erməni və gürcü hücumlarından qorumaq üçün 1037-ci ildə növbəti yürüş edilir. Səlcukluların yürüşdə iştirak edən qoşunlarının başında Buğa, Mənsur, Dana və Göktaşdan ibarət 4 komandan dayanırdı. Onlar həm Gəncənin ələ keçirilməsinin qarşısını aldılar, eyni zamanda əks-hücum nəticəsində düşməni Azərbaycan sərhədlərindən uzaqlaşdırdılar. Bu uzaqlaşdırma təkcə, qərb istiqamətində deyil, eyni zamanda cənub istiqamətində də gedirdi. Cənub istiqamətində isə Kar Həsən hətta indiki Kəngər körfəzinə qədər gedib çıxmışdı.
Yaxın Şərqdə nə qədər türkmən var?
Türkdilli əhalinin regiona kütləvi axını 11-ci əsrdə Səlcuq ekspansiyası və 13-cü əsrdə Monqol istilası zamanı baş verib. Həmin tayfalar Ağqoyunlu dövləti zamanında sayca daha da artıblar. Türkləşmənin başqa bir dalğası isə Qaraqoyunlu hökmdarlarının, Şah İsmayıl Səfəvinin və Nadir şahın bu əraziyə türkdilli tayfaları yerləşdirmələri ilə baş verib. Nəhayət, türkdilli əhalinin bölgəyə son axını Osmanlı imperiyasının zamanında olub. Günümüzdə bu ərazidə yaşayan türklər müxtəlif dialektlərdə danışıb, fərqli dini inanclara malik olsalar da, eyni etnik adı daşıyırlar. Hələb, Dəməşq Golan, Lazkiya Bayırbucak ,Humus, Hama, Mosul ətrafında yaşayan türkmənlərin dili azərbaycancaya çox yaxındır, lakin Kərkük türkmənlərinin dili Anadolu türklərinin dilinə bənzəyir. Bununla belə,Suriya və İraqın türkmən dialektləri barədə qəti qərarlaşmış bir söz demək mümkün deyil.
Türkmənlərin real sayı barədə razılaşdırılmış bir rəqəm yoxdur. Ehtimallara görə, 25 milyon İraq
 əhalisi içində  türkmənlərin sayı 4-4.5 milyondan çoxdur. Hərçənd türkmən nümayəndələrinin özləri bu rəqəmin 4 milyondan yüksək olduğunu iddia edirlər. Lakin çox fərqli rəqəmlərin mövcud olmasına baxmayaraq, türkmənlərin ərəb və kürdlərdən sonra ölkənin üçüncü ən böyük etnik qrupu olduğu şübhəsizdir.
Təxminən 23 milyon Suriya əhalisi içində  isə türkmən əhalisinin sayı ekspert mərkəzlərinin hesablamalarına görə, ən az 3.5-4.5 milyon türkmən yaşayırdı, onlar bu ölkənin əsas millətlərindən biridir. Eyni zamanda paytaxt Dəməşqdə, ikinci böyük şəhər olan Hələbdə türkmən məhəllələri mövcuddur. Suriyanın 3-cü ən böyük şəhəri hesab olunan və bu gün qanlı olayların yaşandığı Hums şəhəri isə tarixi türkmən şəhəri hesab olunur. Suriya tarixçiləri özü belə bu şəhərin türkmənlər tərəfindən salındığını və əhalisinin böyük qismini türkmənlərin təşkil etdiyini etiraf edir. Bu mənada Suriyada yaşananlar bizi ikiqat ağrıtmalıdır.
Onlardan 2 milyonu türkməncə türkcə, qalanı isə ərəbcə danışır Türkmənlərin əsasən yaşadıqları şəhərlər Şam, Hama, Homs, Hələb, ƏlRəqqa, Lazikiyyə, Baba Əmir, Tarsus və Colandır , İdlib . Homs, Tartus şəhərləri ətrafında Cubab əl Zeyt, əl Sabuniyyə, Nəzariyyə, Cəvsiyyə, əl Ziraə, əl Qəsir, Ərcul Suriya ərazisində, əl Nəsriyyə, Qarun, Bərima kəndləri isə Livan ərazisində yerləşən türkmən kəndləri. Suriya Türkmənləri hələ də tayfa bölgüsünü saxlayırlar - çoxu Bəydili (Qədirli, Ərəpli, Bəyqımışlı Haçəli, Ulaşlı, Qaraşıxlı, Güneçbayraktar, Qazlı), Elbəyli (Gavurlu, Şahvəli, Tırıklı, Tavli, Fərizli, Qarataşlı, Doğanlı), Barak (Tabur, Qasımlı, Torun, İsa­lı, Tiryaki, Gökbakan, Mahmutlu), Bayat, Bayındır, Hacı Ali, Çelebi , Qarxın, Qaraman, Salur, İsabəğli, Musa­bəğli, Avşar, Berilli, Yörük, Şarkevli, Gızıklı, Bozgeyikli dede, Qa­raqoyunlu, Sincar Axar, Heyran, Çandırlı, Göynajlı, qacar, zülqədər, şamlı və s tayfa və tirələrindəndir .
Şam faktiki olaraq, Suriyanın, Dəməşqin adı idi. Qəribədir ki, onlar özlərini Azərbaycanın tərkib hissəsi kimi hiss edirlər.Suriya türkmənləri etnik qrup olaraq, dil, adət və hətta antropoloji göstəriciləri ilə Azərbaycan türklərinə çox bənzəyir.
QAN İÇİNDƏKİ SURİYA TÜRKMƏNLƏRİ BƏLƏSI NƏDƏDİR?
Martın 15-də Suriyada “ərəb baharı”nın 10 ili tamam oldu. Suriya münaqişəsi onminlərlə insanın ölümü, 11 milyondan çox insanın ölkə daxilində və xaricə köçü, şəhərlərin yerlə-yeksan olması ilə nəticələndi. Hazırda planetin ən qanlı münaqişəsi olan Suriya münaqişəsində zərər görən ən böyük etnik qruplardan biri də türkmənlərdir. İraq türkmənləri kimi Suriya türkmənləri Azərbaycana bağlı, bizimlə eyni kökdən olan xalqdır.
İraq türkmanlarının qırğının pik nöqtəsi 1959-cu ilə təsadüf edirsə, Suriyada bu qırğınlar bir neçə dəfə təkrarlanıb. Məsələn, 1936-cı ildə türkman dili qadağan edildikdən sonra Hatay istiqamətində olan türkmanlar qəsdən köçürüldü. Çünki həmin ərazi Türkiyəyə verilirdi. Onların yerinə ərəblər yerləşdirildi. Baxmayaraq ki, Hatay Türkiyənin tərkibindədir, orada türkman yoxdur. Türkmanlar daha çox Latakiya və digər istiqamətlərdə yerləşdirildi.
Suriyada 10 ildir ki, iç savaşdan dolayı anarxiya hökm sürür. Suriyadakı iç savaşdan ən çox əziyyət çəkən, daha doğrusu anarxiyanın qurbanı olanlar arasında Türkmənlər xüsusi yer tutur . Ancaq İraq Türkmənləri kimi Suriya Türkmənləri də iç savaşa hazır olmadıqları üçün həm Bəşər Əsəd rejiminin, həm də İŞİD, PYD kimi terror təşkilatlarının qurbanına çevrilmişdir. Ötən 10 il ərzində Suriya Türkmənləri toparlanmağa çalışmış, iç savaşdan özünü qorumağa cəhd göstərmişlər.Suriyada türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb çox dəhşətli durumdadır.
Türkmənlər uzun illər Suriyada basqı altında yaşayıblar. Yalnız bir səbəbə - türkmən olduqlarına görə. Hafiz Əsəd rejimi üçün türkmənlər potensial Türkiyə casusu hesab olunub və bu topluluq daim basqı altında yaşayıb. Bunun bir örnəyi də ölkənin ən böyük milli azlığı olmasına rəğmən türkmənlərin hətta mədəni bir cəmiyyətinin yaradılmasına icazə verilməməsidir. Kürd, erməni, assur, druz və hətta azsaylı çərkəzlərin mədəniyyət təşkilatları olduğu halda türkmənlərə bu, yasaq olub.
Hazırda türkmən tayfaları əsasən Suriyanın şimal-qərb bölgələrində, eləcə də Tartus, Laziqiyyə, Hums şəhərləri və ətraf ərazilərdə, Cubab əl Zeyt, əl Sabuniyyə, Nəzariyyə, Cəvsiyyə, əl Ziraə, əl Qəsir, Ərcul Suriya ərazisində, əl Nəsriyyə, Qarun, Bərima kəndləri isə Livan ərazisində yerləşən türkmən kəndlərində yaşayır. Daha doğrusu müharibədən əvvəl kompakt yaşayıblar. Hazırda onların əksəriyyəti Türkiyə, Livan kimi ölkələrə köçüb. Suriyanın Livanla sərhədində, Hələbdə və ətrafında 1 milyondan çox türkmənin yaşadığı ehtimal olunur. Maraqlıdır ki, Suriyadakı digər türkmən icmaları ilə müqayisədə Livanla sərhəddə ucqar ərazilərdə yaşayan türkmənlər daha az assimilyasiya olunub.
Yeri gəlmişkən, çox yazıqlar olsun ki, bu günə qədər Azərbaycan İraq Türkmənləri kimi Suriya türkmənlərinə də rəsmi səviyyədə dəstək verməmişdir. Ən azı Suriya türkmənlərinə humanitar yardım edə bilərdi.
Eyni zamanda rəsmi Bakı öz yurd-yuvalarından qaçqın düşmüş  Suriya Türkmənlərinin bir hissəsini Azərbaycanda müvəqqəti də olsa, yerləşdirə bilərdi. Doğrudur, Azərbaycanın özünün də 1 milyondan çox qaçqın və köçkünü vardır.  Amma bütün hallarda Azərbaycan bu məsələdə Türkmənlərə ən minimum səviyyədə olsa belə, nə isə edə bilərdi.
Hələlik, Azərbaycanın heç bir sahədə Türkmənlərə yardım etməsini görmədik. Rəsmi şəkildə quruca bir bəyanat belə verilmədi. Əlbəttə, bu məsələdə ayrı-ayrı Azərbaycan təşkilatları, fiziki şəxslər istisnadırlar. Belə ki, Azərbaycan türkləri arasında bacardıqları qədər caq təəssüfedici haldır ki, bu gün Suriya Türkmənlərinə dəstək istənilən səviyyədə deyildir.
Bu gün Suriya Türkmənlərinə daha çox Türkiyə türkləri sahib çıxırlar desək, yanılmarıq. Əlbəttə, bunu, biz Azərbaycanla nisbətdə bildiriirk. Bəs Azərbaycan, Türkiyə niyə Suriya Türkmənlərinə sahib çixmir, deyə sual etdikdə, o zaman bildiyimiz cavabları alırıq.
Doğrudur, bu gün Türkiyə daha çox Suriya türkmənlərinə dəstək verirlər. Amma bu istənilən səviyyədə deyildir. Məncə, Türkiyə Suriya bütünlüyünü təkrar qazananadək Suriya Türkmənlərinin yaşadıqları əraziləri nəzarəti altına almalıdır.
Hətta, Suriyanın bütünlüyü baş tutmayacağı təqdirdə Suriya və İraq türkmənlərinin bir bayraq və dövlət altında birləşməsinə də hazır olmalıdır. Çünki artıq İraq və Suriyanın təkrar bütünlüyü ciddi şəkildə sual altındadır. Belə olduğu təqdirdə, əgər ABŞ və Avropa kürd dövləti otraya çıxartmağa çalışdığı zaman, İraq və Suriya türkmənləri də Türkmeneli dövlətini qurmalıdırlar. 
Bu anlamda nə Türkiyənin, nə Azərbaycanın, nə də digər Türk Cümhuriyyətlərinin İraq Türkmənlərinə və Suriya Türkmənlərinə biganə qalmaları yolverilməzdir. İraq və Suriya Türkmənləri məsələsində ən çox yük Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu anlamda yuxarıda da bildirdiyimiz kimi,  Türkiyəylə nisbətdə Azərbaycanın bütövlükdə səssiz qalması doğru deyildir.
Ən çox təəssüf doğuran da Azərbaycanın Suriya türkmənləri məsələsində səssiz qalmaması bir yana, İŞİD-ə qarşı mübarizə adı altənda Azərbaycan üzərindən Suriya türkmənlərinin qətliamı yolverilməzdir. Azərbaycan türkləri buna səssiz qalmamalıdırlar. Suriya türkmənləri Azərbaycan türkləriylə eyni soydandirlar. Ona görə də deyirik ki, Azərbaycan Suriya Türkmənlərinin səsinə səs verməlidir!
SURİYA TÜRKMƏNLƏRI CAN ATA VATAN AZERBAYCAN TÜRKLERİ QARDAŞLIQI ?
Bu gün Suriyada Türkmənlərin ən çox yaşadığı şəhərlərdən biri olan Hələb  çox dəhşətli durumdadır. Bu şəhərdə artıq yaşayanların sayı sıfıra bərabərdir. Burada hökmən bildiməliyik ki, Azərbaycan Türk mədəniyyətinin və fəlsəfəsinin önəmli simalarından, Hürufiliyin əsas nümayəndələrindən biri olan olan mütəffəkir və şair İmaddədin Nəsiminin (14-cü əsr) məzarı da Hələb şəhərindədir.  Bu gün Nəsiminin məzarının hansı vəziyyətdə olmasıyla bağlı dəqiq bilgiyə sahib deyilik.Yaxın Şərqin ən kiçik ölkələrindən olan 5 milyon əhalisi olan Livanda 100 min nəfərə yaxın türkmən yaşayır. Türkmənlər ölkənin paytaxtı Beyrutda və eləcə də Suriya ilə sərhədə yaxın kəndlərdə yaşayırlar.
Göründüyü kimi, kifayət qədər ciddi rəqəm alınır. Yaxın Şərqin yalnız 3 ölkəsində İraqda Suriyada  Livanda 8 milyona yaxın türk insanı yaşayır. Bu insanların böyük əksəriyyəti tayfa əlaqələrini, adlarını, adət və ənənələrini yaşadırlar. Onların böyük çoxluğu Azərbaycan və Türkiyəni özünün ikinci vətəni hesab edir. Məhz bu amildən istifadə etməklə Azərbaycan bu ölkələrdəki türkmən əhali arasında ciddi iş apara, sayı 8 milyonu ötən əhalini fəal diaspora çevirə bilər. Çox təəssüf ki, hazırda bu ölkələrdə davam edən terror və daxili müharibə din üzərində bölünməni dərinləşdirib. Eyni xalq olmalarına baxmayaraq, soydaşlarımız bir çox hallarda qarşı-qarşıya gələn tərəflərdə yer alırlar.
Azərbaycanın milli və etnik kimlik üzərindən aparacağı siyasət türkmənlərlə əlaqələrin inkişaf etdirilməsi, onların yaşadıqları ölkələrdə məhz milli kimlik üzərindən təşkilatlanaraq güclü Azərbaycan diasporuna çevrilməsi üçün işlər görülə bilər. Bunun üçünsə Azərbaycanın müvafiq qurumlarının sanballı fəaliyyət proqramı və onu həyata keçirəcək konsepsiyası olmalıdır. Əgər bunu təmin edə bilsək, çox qısa zamanda Azərbaycan həm bu ölkələrdə, həm də bütövlükdə dünyanın bütün nöqtələrinə səpələnmiş türkmənlərin vasitəsilə diaspor şəbəkəsinə sahib ola bilər.Yeri gəlmişkən, məzarı Suriyanın şimalında yerləşən və Osmanlı dövlətinin qurucularının ulu babası hesab olunan Süleyman şah Suriyaya məhz Azərbaycan ərazilərindən köçüb. Bu və digər faktlar Suriya türkmənlərini Azərbaycan əhalisi ilə qohumluğunu sübut edir.
Türkmənlər Colan təpələrinə niyə Əzərbaycan təpəsi deyir?
Suriya türkmanları 1967-ci ildə növbəti ağır sınağa məruz qaldılar. İsrail-ərəb müharibəsi nəticəsində bütövlükdə türkmanlar tərəfindən məskunlaşdırılan Colan təpələri və onun ətrafı boşaldıldı. Bu gün Colan təpələri işğal altındadır. Onu da deyim ki, Suriya türkmanları təpəyə Colan təpəsi demirlər – o təpəyə Əzərbaycan təpəsi deyir, özlərinə isə kolanı deyirlər. Azərbaycanda Tərtər və digər bölgələrdə kolanı adı daşıyan tayfalar hələ də yaşamaqdadır. Türkmanlar Colan təpələrindən köçürülərək Dəməşq ətrafında yaşayış üçün ağır olan bölgələrdə yerləşdilər. Bu gün də onlar orada yaşayırlar. Suriyada baş verən müharibə bizə onların taleyi haqqında məlumat almağa imkan vermir. Düzdür, Suriya türkmanları dirəniş göstərirlər, hətta kiçik yaşlı uşaqlar belə. Təbii ki, bizim ürəyimiz də həmişə onların yanındadır.  Bu gün Hələb faktiki qan içindədir. Çox təəssüf ki, dünya ictimaiyyəti susur. Bizim də susmağımız düzgün deyil.
Günümüzdə turkmanlar yaşayan əraziləri təkcə, Suriya, İraq ilə çərçivələndirmək düzgün deyil. Eyni zamanda, İordaniya ərazisində, Tveryard gölü sahilində, Ərcaş bölgəsində 10 mindən çox türkman yaşayır. Livan ərazisindəki türkmanların sayı 10 mindən çoxdur. Onlar iki qismə ayrılır – Əkkə və Əbbaalbəy. Orada əhalisi 500-2000 arasında dəyişən çoxlu sayda turkman kəndi var. Onlar çox zaman qarışıq şəkildə yaşayırlar. Bu da Qərbdə olan türkman qardaşlarımızdır. Şərqdə isə türkmanların məskunlaşdığı bölgələr ta Əfqanıstanın Qəndəhar bölgəsinə qədər uzanır.
Bu gün Suriyada qanlı olaylar baş verir. Ümid edək ki, bu ölkədə proseslər tezliklə aydınlaşacaq. Və yeni Suriyada türkmənlərin layiq olduqları yeri ala biləcəklər. Amma bunun üçün bizim də üzərimizə düşən vəzifələrimiz var.
QAYNAQLAR
1*Faruk Sümer Oğuzlar (Türkmənlər): Tarixlər - Oğlan Təşkilatı - Dastanlar - Dekabr 2016
2* SURİYA OĞUZ TÜRKMƏNLƏRİ TARİXİ Dr.Muxtar Fatih BEYDİLİ https://www.tarihistan.org/suriya-oguz-turkm-nl-ri-tarixi-yazan-dr-muxtar-fatih-beydili/22784/
3* Hasan Celal Güzel Sabah qəzetinin xəbərləri: Suriyalı Türkmənlərin nəşr tarixi 19 Fevral 2012 .
4*DR.MUHTAR FATIH TÜRKMƏNOĞLU  Suriya Türkmənləri kimdir. https://modern.az/articles/78911/1/
5*Prof.Dr. MEHMET EROL Halep Türkmenleri Halk Kültürü Araştırması kitap 2012.
6* Kənan Rövşənoğlu SURİYA MÜNAQİŞƏSİ VƏ TÜRKMƏNLƏR.Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü, Kənan Rövşənoğlu (millikimlik.az).
7* Suriya Türkmənləri kimdir..http://suriyeturkmenleri.com/7-faaliyetlerimiz&catID=377
8* Faiq Ələkbərov ..Suriya Türkmənlərinin səsinə səs ver Azərbaycan! (www.bao.az).




 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum