Ukrayna Cumhurbaşkanının savaş ekibinde kimler var

"Zelenskinin bunkerində kimlər var? – Ukrayna prezidentinin "savaş komandası"nın üzvləri"

Ukrayna Cumhurbaşkanının savaş ekibinde kimler var
17 Nisan 2022 - 18:10 - Güncelleme: 17 Nisan 2022 - 18:15

Azerbaycan'da yayın yapan yenicağ.az gazetesinin haberine göre Ukrayna Cumhurbaşkanının ekibinde yer alan kişiler:
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Zelenski savaş başlayandan bu yana xaricə keçmək təkliflərini rədd edərək Kiyevdə qalıb işləyir.

Məlumata əsasən, bu müddət ərzində Zelenskinin çevrəsində üç məmur qrupu – diplomatlar, hərbçilər və iqtisadçılar təmsil olunur.

Ölkənin xarici siyasətindən Prezident Ofisinin rəhbəri Andrey Yermak cavabdehlik daşıyır. O, Ağ Evlə müntəzəm əlaqədədir. Xarici işlər naziri Dmitri Kuleba isə dünya ölkələrinin hökumətləri ilə danışıqlar aparır.

Prezident Ofisi rəhbərinin müavini Ander Sibiqa mühüm danışıqlardan öncə prezident və spiçrayterləri üçün “diplomatik çərçivə”ləri hazırlayır.

Müdafiə naziri Aleksey Reznikov, Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov və Silahlı Qüvvələrin Baş komandanı Valeti Zalujnı və daha bir neçə hərbçi müdafiə məsələlərinə məsul olan qrupa daxildirlər.

Zelenskinin çevrəsindəki iqtisadi bloka isə baş nazir Denis Şmıqal, iqtisadiyyat naziri Yuliya Sviridenko və Prezident Ofisi rəhbərinin müavini Rostislav Şurma daxil ediliblər.

www.yenicag.az

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum