Türkiyə hərbi bazası Azərbaycanda olacaqmı? - Züriye Garayeva

Türkiyə hərbi bazası Azərbaycanda olacaqmı? - Züriye Garayeva
01 Eylül 2020 - 15:28

Son proseslər göstərdi ki, Rusiyanın təhriki və ssenarisi ilə Ermənistan Tovuz həmlələrini etdi.Türkiyə prezidenti Ərdoğanın Ermənistana xəbərdarlıq mesajından sonra Türkiyə Silahlı Qüvvələri Azərbaycana gələrək, on gün ərzində ordumuzla müştərək hərbi təlimlərdə iştirak etdilər.Türkiyə müdafiə nazirinin başçılığı ilə böyük nümayəndə heyəti ölkəmizdə səfərdə oldu. Daha sonra Azərbaycanın yeni xarici işlər naziri Ceyhun Bayramov ilk xarici səfərini Türkiyəyə etdi.
Bütün bunlara səssiz qalmayan Rusiya, Xəzər Dəniz kubokunda iştirak adı ilə Müdafiə naziri Sergey Şoyqunu Bakıya göndərdi. Şoyqunun mətbuata açıqlamalarından da görünürdü ki, Azərbaycanın hiddətini azaltmaq, hər vasitə ilə Türkiyə ordusunun burada qalıcı olmasının önünü kəsmək, səfərin başlıca məqsədidir. Nə qədər absurd səslənsə də, Şoyqu: “Bölgədə gərginliyin artmasından Rusiya çox narahatdır. Ermənistana daşınan hərbi yüklərimiz isə, hərbi məqsədlər üçün nəzərdə tutulmayıb.Gümridə yerləşən 102 saylı ordumuzun hərbçilərinə sosial obyektlərin tikilməsi üçün lazım olan yüklərdir” fikirlərini səsləndirdi.
Türkiyə prezidenti Ərdoğanın-“sonuna qədər Azərbaycanın yanında olacağıq” fikrindən sonra Rusiyanın Ermənistanda hərbi hazırlıq canfəşanlığı açıq görünür. Azərbaycanla hərbi təlimlərdə Türkiyə Silahlı Qüvvələrinin 11 minlik canlı qüvvə,aviasiya,hava hücumundan müdafiə sistemləri və xeyli sayda a bronetexnika,reaktiv atış sistemləri ilə iştirak etməsi, İrəvanın qorxusuna, Moskvanın isə qısqanclığına səbəb olmuşdu.
Moskva Cənubi Qafqazı öz maraqları zonası hesab edir. Bakı və Ankaranın ümumi köklərə, eyni dilə, eyni dinə, ortaq mədəniyyətə malik olmaları və hərbi əməkdaşlıq haqqında bağlanmış müqaviləyə baxmayaraq, Rusiya öz xarici siyasət kursundan və imperialist prinsiplərindən geri çəkilmək niyyətində deyil.
Belə ki,Türkiyə də son illər öz hərbi-müdafiə kompleksini xeyli gücləndirmiş, NATO-nun ABŞ- dan sonra ikinci böyük ordusuna çevrilmişdir. İndi o, regionun aparıcı ölkəsi olaraq, əsas söz sahibinə çevrilmişdir. İndi Ankara cürətlə Suriyada, Liviyada, İraqda və Şərqi Aralıq dənizində öz şərtlərini diktə edir, onun fikirləri ilə hətta Moskva da razılaşmalı olur. Ankaranın NATO üzvü olması, ona əlavə üstünlüklər verir. Çünki alyans daxilində narazılıqların olmasına baxmayaraq, üzv dövlətlərdən hər hansı birinə təhdid yaranarsa, blok həmin ölkənin tərəfində duracaq. Ona görə Moskva Ankara ilə açıq qarşıdurmaya girməyə ehtiyat edərək, yaranan narazılıqların kompromis həllinə üstünlük verir. Həm də, bu ölkələri dərin iqtisadi tellər bağlayır-istər turizmdə, istər energetikada, istərsə də iqtisadiyyatda.
Türkiyə hərbçilərinin Azərbaycanda yerləşməsi NATO tərəfindən yalnız alqışlana bilər. Cənubi Qafqazın daha bir ölkəsinin Rusiyadan uzaqlaşmasına ancaq sevinərdilər. Axı bu həmdə güclərin balanslaşdırılmasına gətirərdi və Türkiyə hərbçiləri Tovuz hadisələrinə oxşar silahlı qarşıdurmaların qarşısını alardı.
Mütəxəssislərin fikrinə görə, Azərbaycanla Türkiyə arasındakı müqavilələr, iki ölkə arasında istənilən siyasi və hərbi əməkdaşlıq aparmağa imkan verir. Yəni, əgər Azərbaycan rəsmi müraciət edərsə,Türkiyə müvafiq siyasi və diplomatik prosedurlardan sonra bu addımı ata bilər.
Türk ekspertlərin fikrincə, Azərbaycanla Türkiyə arasında kiçik problem belə İsrail faktorudur. Buna baxmayaraq, Azərbaycan hakimiyyəti istəyərsə,Türkiyə Azərbaycanla tam hərbi və iqtisadi əməkdaşlığa hazırdır. Naxçıvanda olan Türkiyə hərbi kontingentinə hüquqi status verilmədiyi üçün, orada uzun müddət qala bilməz.Türkiə Ordusu burdadır və Türkiyə dövləti bunu istəyir. Lakin ortada həm xarici faktor mövcud olduğu üçün və həm də Azərbaycanın hələ balanslaşdırılmış siyasətdən əl çəkmədiyi üçün, Azərbaycan bu addımı ata bilmir. Onsuz da Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq haqqında və müdafiə sənayesi haqqında müqavilələr mövcuddur, həmişə birgə hərbi təlimlər keçirilir,xeyli sayda Azərbaycan hərbçiləri Türkiyə ordusunda hazırlıqlar keçir, pilotsuz “Bayraqdar” uçan aparatlar Azərbaycana verilir. Bütün bunlardan Ermənistan böyük təşvişə düşmüş və narahatlıq içərisindədir.
Türkiyə Ordudu, Azərbaycanın istənilən çağırışı ilə ölkəmizi və onun ərazi bütövlüyünü qorumağa hazırdır. Lazımi prosedurların yerinə yetirildiyi halda,Türkiyə Qarabağın və onunla birlikdə işğal olunmuş digər ərazilərin geriyə qaytarılması üçün hər şey etməyə hazırdır.
Türkiyə Azərbaycana diplomatik cəbhədə də kömək göstərə bilər. İndi İrəvanla Moskva arasında ciddi problemlər mövcuddur. Ankara və Bakı bu situasiyadan Qarabağ münaqişəsinin həlli üçün istifadə edə bilər.Minsk qrupu artıq öz səriştəsizliyini birmənalı olaraq ortaya qoymuşdur. Suriya məsələsi üçün mövcud olan Astana formatının nümunəsində, Qarabağ məsələsinin həlli mexanizmi hazırlana bilər. Türkiyə, Rusiya və İran, kənar dövlətlərin müdaxiləsi olmadan, region üçlüyü olaraq, Qarabağ münaqişəsini həll edə bilərlər. Geofiziki yaxınlıq, tarixi əlaqələr və geosiyasi maraqlar region üçlüyünü daha effektiv davranmağa sövq edər, nəinki regiona heç bir aidiyyatı olmayan Fransa və ABŞ-ın 27 illik cəfəng fəaliyyətləri ilə.Türkiyə bu prosesdə aparıcı mövqe tuta bilər və Bakı ilə birlikdə Moskvanı özlərinə tərəf çəkməyə nail olarlar.
Amma hələlik Azərbaycanın mövcud hərbi doktrinası, öz ərazisində digər ölkənin hərbi bazasının mövcudluğuna imkan vermir. Ötən illər ərzində guya İsrailin ölkəmizdə hərbi bazasının yaradılacığı haqda, daha sonra NATO qüvvələrinin Azərbaycanda yerləşdiriləcəyi barədə şayiələr oldu. Lakin Azərbaycanın hərbi doktrinası bu mübaliğələrin mümkünsüzlüyünü ortaya qoydu.
Əslində, Naxçıvanda Türkiyə hərbi bazasının yaradılmasına o qədər də vacibat yoxdur. Naxçıvan Türkiyə ilə 12 km-lik sərhədə malikdir.Təhlükə yarandığı təqdirdə,Tütkiyə öz hərbi qüvvələrini bir neçə dəqiqəyə Naxçıvana çatdıra bilər.Bunun üçün heç Naxçıvanda hərbi baza yaratmaq da lazım deyil.Yəqin ölkə rəhbərliyi bu səbəbdən Naxçıvanda Türkiyə hərbi bazasının yaranmasını çək-çevir edir.

Züriye Garayeva kafkassam Bakü


Bu haber 635 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum