Türk Devletleri Teşkilatı Zirvesi ve Türklerin Birlik Mesajı
TARSAM Başkanı Naci Yengin Avrasya Uluslararası Matbuat Fondu yayın organı Ednevs TV'ye açıklamalarda bulundu: “TDT-nin Zirvə Görüşü dünyaya Türklərin birlik mesajı idi”
"Prezident İlham Əliyev oktyabrın 2-də Kopenhagendə fransalı həmkarı Emmanuel Makronla görüşüb. Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Görünür ki, Makron Cənubi Qafqaz siyasətini yenidən nəzərdən keçirir. Azərbaycanla pis münasibətlər üzərində bölgədə möhkəm mövqe qurmaq mümkün deyil və bu, artıq Fransa tərəfindən də qəbul olunur. Kopenhagendə bu münasibətin dəyişdiyi açıq göründü".
Bu fikirləri EDnews-a açıqlamasında Türkiyə Tarix və Strateji Araşdırmalar Mərkəzinin (TARSAM) sədri, tarixçi Naci Yengin bildirib.
“Azərbaycan türkləri bizim qardaşlarımızdır. Bu gün Türkiyənin Qars, İğdır kimi şəhərlərində çox sayda Azərbaycan türkü yaşayır. Naxçıvan isə Atatürkün səyləri nəticəsində qorunub. Osmanlı dövlətinin son illərində gücümüz az idi, amma Nuru Paşanın mübarizəsi nəticəsində müəyyən nailiyyətlər əldə edildi. Təəssüf ki, Azərbaycan 2 il sonra yenidən Sovet Rusiyası tərəfindən işğal edildi. 1990-cı ilə qədər Azərbaycanda nə deyildisə, Moskvanın dediyi idi”, - deyə Naci Yengin qeyd edib.
O əlavə edib ki, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan türklərinin özlərinə inamı xeyli artıb:
“Artıq azərbaycanlılar açıq şəkildə "mən türkəm, Azərbaycan türküəm" deyirlər. Rusiya zamanında "böl, parçala, idarə et" siyasəti tətbiq olunub, türklər bir-birindən ayrılmağa məcbur edilirdi. Sovet İttifaqı dağılanda isə Qarabağ torpaqları ermənilərə verildi. Bu isə Azərbaycan xalqının hərbi gücünü göstərməsinə səbəb oldu. Prezident İlham Əliyev "Qarabağ Azərbaycandır!" deyərək bunu bütün dünyaya nümayiş etdirdi”, - deyə vurğulayıb.
TARSAM Başkanı N.Yengin bildirib ki, bu gün dünya dövlətləri Türkiyə-Azərbaycan birliyinin əhəmiyyətini başa düşür:
“Türk dövlətləri ilə əməkdaşlığımız gücləndikcə terror və xarici təzyiqlərə qarşı dayana bilirik. Azərbaycan dövlətini idarə edən şəxslər beynəlxalq münasibətlərdə təcrübəli və uzaqgörən liderlərdir. Fransa da artıq anlayır ki, bölgədə sülh üçün Azərbaycanla dostluq vacibdir. Rusiya əvvəlki gücündə deyil və Qafqaz strateji baxımdan önəmlidir. Buna görə biz hərbi, iqtisadi, ictimai və mədəni əməkdaşlığı daha da inkişaf etdirməliyik”.
TARSAM Başkanı həmçinin vurğulayıb ki, türk dünyasının ortaq tarixi və dili qorunur:
“150 il əvvəl İsmayıl Qaspıralı "Tərcüman" qəzetini çıxararaq "Dildə birlik, fikirdə birlik, işdə birlik" şüarını ortaya qoymuşdu. Bu gün isə bütün türk dövlətləri ortaq əlifbaya və orta məktəblərdə ortaq tarix dərsliklərinə keçid edir. Türk dünyasının gələcəyi parlaq və güclüdür”.
Nurcan Süleymanova









FACEBOOK YORUMLAR