Seymur Hezi: Krım Platforması Ukraynanın ərazi bütövlüyü uğrunda beynəlxalq koalisiyadır

Seymur Hezi: Krım Platforması Ukraynanın ərazi bütövlüyü uğrunda beynəlxalq koalisiyadır
27 Ağustos 2021 - 20:24

Krım Platforması Ukraynanın ərazi bütövlüyü uğrunda beynəlxalq koalisiyadır. Onunla Ukrayna özünün “müttəfiqlər ordusu”nu bir yerə yığdı, ya da belə bir “ordu” ilə mükafatlandırıldı;

Krım Platforması Qərbin son illərdə ərsəyə gətirdiyi praktik, canlı və məqsədli birliklərdən, mən deyərdim ki, ən öndə duranıdır. Bununla da Qərb cəbhəsində növbəti toparlanma baş verdi;

Nəhayət, bu sammit açıq-aşkar anti-Rusiya koalisiyasıdır. Bu koalisiya təkcə Rusiya ilə deyil, həm də onun ətrafında dövrə vuran peyklərlə də qarşı-qarşıya olacaq. Əgər Azərbaycan bu gün Krım Platformasında ola bilmirsə, sabah Avropa Birliyi ilə Strateji Tərəfdaşlıq Müqaviləsini də imzalaya bilməyəcək. Dünyanın 40-a yaxın ölkəsi bu koalisiyada yer alıb. Və bunlar Qoşulmayanlar Hərəkatının 3-cü dünya ölkələri deyil, Qərbi və Şərqi Avropanın ən mühüm ölkələri, eyni zamanda ABŞ və NATO nəhəngi Türkiyədir.

Seymur Hezi

https://kafkassam.com/seymur-hezi-krim-platformasi-ukraynanin-%c9%99razi-butovluyu-ugrunda-beyn%c9%99lxalq-koalisiyadir.html


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum