Savaş və "atəşkəs" arasında… - Faiq Ələkbərli

Savaş və "atəşkəs" arasında… - Faiq Ələkbərli
02 Kasım 2020 - 18:17

Savaş davam edir, ancaq “atəşkəs” (humanitar atəkəs) də var. İlk himanitar atəşkəs 10 oktyabrda Rusiyanın vasitəçiliyi ilə Moskvada 11 saat çəkən üçtərəfli görüşdən sonra gerçəkləşdi. Ancaq Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan nəinki humanitar atəşkəsə əməl etmiş, üstəlik dinc insanları hədəf almışdır. Xüsusilə də, erməni terrorçuları Gəncəyə, Mingəçevirə hətta, Abşeronun ərazilərinə belə uzaq mənzilli raketlərlə saldırdılar. Erməni terrorçularının xaincəsinə saldırıları nəticəsində dinc əhali arasında həlak olanlar oldu.

İşğalçı Ermənistanın insalıqdan kənar bu əməllərinə qarşı ən sərt şəkildə reaksiya verən dövlətlər başda Türkiyə olmaqla, Pakistan, Ukrayna, İsrail və başqaları oldular. Bunun nəzərdə tutaraq 13 oktyabrda yazırdıq: “Uca Tanrım Azərbaycanın haqlı davasında yer alan bütün dövlətləri hər daim var eylə!. Özəlliklə Türkiyəmizi qoru və güclü eylə!.

Azərbaycana açıq və gizli şəkildə düşmənçilik edən dövlətləri yerlə yeksan eylə! Qarabağ Azərbaycandır!”. Yaxud da: “Azərbaycan əsgəri bozqurd kimi qələbəyə doğru yaxınlaşdıqca, çaqqal erməni və yandaş terrorçuların kürkünə birə düşür və hər cür alçaqlığa əl atırlar! Azərbaycan bozqurdları bütün çaqqalların başını Qarabağda əzəcəkdir!”. Həmin gün TV kanallardan birinə müsahibə verən Pakistanın Azərbaycandakı səfiri B.Hayee yaxşı demişdir: “Hətta, Azərbaycan Ermənistanı dövlət kimi tanıdığı halda, Pakistan belə bir dövlətin varlığını tanımır!”. Əlavə, söz yer qalmır!. Azərbaycana açıq və gizli şəkildə düşmənçilik edən dövlətlərdən biri şübhəsiz, İran adlanan ölkədir. Bunu bildiyimiz üçün də yazırdıq: “Güney Azərbaycan türkləri, Xorasan türkləri, türkmənlər bir sözlə, bütün İran türkləri Ermənistana yardım edən Molla-Fars rejiminə qarşı ayağa qalxmalı, yeri gələrsə üsyan edib devirməlidir! Gün birlik zamanıdır!”.

14 oktyabrda isə yazırdıq ki, bu “humanitar atəşkəs” daha çox erməninin işinə yarıyır, çünki bəzi dövlətlər onlara yardım adı altında silahlar göndərirlər: “Humanitar atəşkəs uzun sürməməlidir! Ermənistan işğalçıları bir nəfərə kimi torpaqlarımızdan çıxmağa başlamalıdır, ya da Azərbaycan ordusu zəfərli yürüşünü geniş miqyaslı şəkildə davam etdirməlidir”. Hesab edirdik ki, əgər Gəncə, Mingəçevir, Bərdə Ermənistan ərazisindən atılan uzaqmənzilli raketlərlə vurulursa, o zaman cavab da adekvat olmalıdır: “Artıq haradan atılmasından asılı olmayaraq erməni terrorçularını yerindəcə məhv etmək lazımdır!”.

14 oktyabr axşamı Füzuli və Xocavənd rayonlarının bir neçə kəndinin işğaldan azad olunması xəbəri ümidlərimizi daha da artırdı.
15 oktyabrda yeni qələbə xəbərləri üçün duamızı əsirgəmirdirdik: “Uca Tanrım! Zəfərimzi, qələbə günün yaxın eylə! Azərbaycanımızı bütöv, Türklüyümüzü şanlı eylə!”. Elə həmin gün Cəbrayılın, Füzulinin, Xocavəndin daha bir neçə kəndlərinin işğaldan azad olunması Azərbaycan ordusunun sonua qədər mübarizə edəcəyiniu ortaya qoyur və yavaş-yavaş “atəşkəs”in mənasızlığını ortaya qoyurdu.
16 oktyabr səhəri yenə yazırdıq: “Dualarımız şanlı ordumuza, qəhrəman əsgərimizədir. Uca Tanrım! Üçrəngli bayrağımız Şuşamızda dalğalansın!”. Həmin gün Azərbaycanın dövlət başçısı İlham Əliyev Xocavəndin bir neçə kəndinin də işğaldan azad edildiyini Twitter hesabından xəbər etdi ki, bu zaman işğalçı Ermənistanın baş naziri N.Paşinyan KTMT-nin bölgəyə gətirilməsi xəyalı ilə yaşayırdı. Bunu nəzərdə tutaraq yazırdıq: “Paşinyan hələ də, KTMT-nin xəyalı ilə yaşayır… Terroristbaşı anlamır ki, artıq bu həna, o hənadan deyil! Azərbaycan əsgəri son erməni terrorçunu torpaqlarımızdan təmizləmədən durmayacaq!”.
17 oktyabr, saat 01.00 radələri və Gəncə. Bəli, həmin tarixdə faşist Ermənistan uzaqmənzilli ballistik raketlərlə bir daha Gəncəyə saldırdı. Yenə də həlak olanlar arasında uşaqlar və qadınlar var idi. “Gəncənin qisası alınmalıdır! Ermənistanı yer üzündən silmək lazımdır! Başqa yol qalmadı”. Ancaq bu xaincəsinə saldırıya rəğmən, milli ruhumuzu diri tuturduq: “27 sentyabr Azərbaycan xalqının milli oyanış günü! Artıq Milli oyanışın qarşısını heç bir qüvvə ala bilməz. 50 milyonluq Azərbaycan xalqı Qarabağ üçün tək yumruq olub!”. Bizcə, Gəncə saldırısının ardınca dövlət başçısı İlham Əliyevin TV kanallarda canlı şəkildə xalqa müraciət edərək işğal altındakı rayonlarımızın bir neçə kəndləri ilə yanaş Füzuli şəhərinin də azad olunması xəbərini verməsi, ümidimizi diri tutmaq üçün önəmli idi.
18 oktyabrda daha bir “humanitar atəşkəs” xəbəri ilə günə başladıq. Bu dəfə ortaya atılan Fransa idi. Artıq Azərbaycan xalqı ATƏT Minsk Qrupunun adını belə eşitmək istəmir, o cümlədən Fransa dövlətinin səmimiyyətinə qətiyyən inanmırdı. Bu anlamda yazırdıq: “Azərbaycan xalqı “atəşkəs” sözünü belə eşitmək istəmir. O ki qaldı, onun gerçək olmasını əsla qəbul etməz! Ancaq irəli, irəli, irəli! Azərbaycan əsgəri!”. Üstəlik, həmin günlərdə Rusiya Federasiyasınnı xarici işlər naziri S.Lavrovun rus hərbçilərinin sülhməramlı kimi bütün tərəflərin razılığ ilə münaqişə bölgəsinə gələ biləcəyinə eyham vurması da qəbul edilməz idi. “Lənətlik Lavrov yenə Azərbaycana qarşı çirkin oyuna baş vurur. Rus hərbçilərinin sülhməramlı kimi Dağlıq Qarabağa gətirilməsini təklif edir. Biz, Azərbaycan xalqı olaraq bir daha Azərbaycanda rus hərbçilərini görmək istəmirik! Qanımız bahasına başa gəlmiş müstəqil Azərbaycanda rus əsəgri ola bilməz!”. Eyni zamanda, Rusiyanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Türkiyənin daha yüksək formada iştirakını görməməsinə də etiraz edirdik: “Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyəni görmək istəmirmiş. Azərbaycan xalqı da Rusiyanın Ermənistana dayaq durmasından artıq boğaza yığılıb. Azərbaycan xalqı zatən maşa olan Ermənistanın arxasında əsas güc olaraq kimin dayandığını da yaxşı bilir!”. Azərbaycan türkü, azərbaycanlılar “atəşkəs” oyunlarını bir kənara qoyub qələbə ümidi ilə yaşayırdı: “50 milyonluq Azərbaycan xalqı deyil, Türkiyəmiz də başda olmaqla, bütün Türk elləri möhtəşəm qələbə xəbərinin intizarındadır! Ümid edirəm ki, o xoşbəxt an uzaqda deyil! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

Elə həmin gün Xudafərin körpüsündə Azərbaycan bayraənən dalçağlanması unudulmaz bir tarix idi: “Xudafərin Azərbaycan bayrağına qovuşdu!”, ya da “Xudafərin körpüsü birlik simvoluna çevriləcək: Azərbaycan var olsun, istəməyən kor olsun!”. Həmin günün sonunda on minlərlə Güney Azərbaycan türkləri Təbriz, Ərdəbil, Urmiya, Maku və digər şəhərlərmizdə Quzey Azərbaycana, Azərbaycan ordusuna dəstək, Molla-Fars rejiminə isə etiraz aksiyaları keçirdilər: “Azərbaycanımızın güneyi səsimizə səs, gücümüzə güc verir! 50 milyon tək yumruq, tək ürək olur! Qarabağın azadlığı bizi bir edəcək! Yaşasın Bütöv Azərbaycan!”.
19 oktyabrda əllimizi Tanrını dərgahına açıb deyirdik: “Hər açılan bir sabah zəfər müjdəçisidir!. Uca Tanrım, əsəgərlərimzii qorusun! Azərbaycan ordusunun zəfər yürüşünü daim eyləsin! Üçrəngli bayrağımız Şuşamızda dalğalansın!”. Həmin gün Cəbrayıl rayonunun 13 kəndinin də işğaldan azad olunması yeni yeni qələbələrə bizi dəvət edirdi: “Cəbrayıl rayonunun 13 kəndi də işğaldan azad olundu! Yaşasın Azərbaycan ordusu! Üzümüz Laçına, Zəngilana, Qubadlıya doğrudur!”. Bu arada Moskvanın vasitəçiliyi ilə İlham Əliyevlə Paşinyan arasında görüşün olması xəbəri də yayıldı. Bizim mövqeyimiz dəyişilməz olaraq qalırdı: “Şərəfsiz Paşinyan Qarabağ Azərbaycandır! demədən, bu görüşdən söhbət gedə bilməz!”.
20 oktyabrda yüksək əhval-ruhiyyə içində yazırdıq: “Şuşamızda bayrağımzı dalğalandırmadan, düşməni tamamilə diz çökdürmədən dayanmaq olmaz! Yaşasın Azərbaycan ordusu!”. Ümidimiz odur ki, bu gün Şuşaya sancılacaq bayrağımız, yarın Təbrizdə dalğalanacaqdır: “Tanrının bayrağı – Azərbaycan bayrağı, Tanrının ordusu – Azərbaycan ordusu, Tanrının əsgəri – Azərbaycan əsgəri! Bu gün Şuşada, sabah Təbrizdə!”. Həmin gün axşam Füzuli, Xocavənd, Cəbrayılın bir çox kəndləri ilə yanaşı, Zəngilanın bəzi kəndlərinin və Zəngilan şərhərinin şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunması ilə sevincdən, qürurdan göz yaşlarımız sel oldu. Bu, eyni zamanda Güney Azərbaycanla olan “sərhəd” torpaqlarımızda birliyimizi saxlamaq demək idi. Bu, Bütöv Azərbaycanın qələbəsi demək idi. Çünki Güney Azərbaycan türkləri, Azərbaycan ordusunun qələbələrinə bizi qədər sevinirdilər.
21 oktyabrda Zəngilanımızın zəfər sevinci ilə gözlərimizi açıb, Azərbaycan əsgərinin yeni qələbələr əldə etməsi üçün dualarmızı edirdik: “Yeni qələbə sevinci ilə sabahın xeyir olsun, Azərbaycanım! Uca Tanrım, əsəgərlərimizi qorusun! Şuşamızın üçrəıngli bayrağımıza qovuşmasına çox az qaldı!”. Bizim fəlsəfəmiz budur: “Qələmimiz iti, silahımız dişli olmalıdır ki, dost sevinsin, düşmən isə həddini bilsin! Şanlı Azərbaycan ordusundan yeni yeni qələbələr ümidilə!”. Həmin gün axşam da Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının işğal altında olan bir çox kəndlərinin (21 kənd, bir qəsəbə) azad olunması xəbəri gəldi.
22 oktyabrın sübhündə eyni ümid və fəlsəfə ilə yazırdıq: “Uca Tanrım! Qurtuluş tarixi yazmağa davam edən əsgərlərimizi qoru! Hər bir qarış torpağın işğaldan azad olunması Azərbaycan əsgərinin fədakarlığı, ŞƏHİDLİK zirvəsinin nəticəsidir!”. Bəli, ŞƏHİDLİK zirvəsi olmadan torpaqlar işğaldan azad olunmur! İşğaldan azad olunmuş hər bir qarış torpaqda ŞƏHİDimizin qanı var! Bunu, heç bir zaman unutmamalıyıq. Həmin günün sonunda eşitdiyimiz qələbə xəbərləri də ŞƏHİDsiz gerçəkləməmişdir!!! Ancaq Azərbaycan əsəgri üçün ŞƏHİD olmaq bir sevgidir; VƏTƏN, MİLLƏT, DÖVLƏT sevgisi: “Kim birinci filan rayona, filan şəhərə, filan kəndə daxil olub? Azərbaycan əsgərləri böyük əhval-ruhiyyə içində toraqlarımzı işğaldan azad etməyə davam edir! Yaşasın Azərbaycan ordusu! Yaşasın Bütöv Azərbaycan!”.

Məhz bu ruhla da, 22 oktyabr axşamı Azərbaycan əsgəri Zəngilan ərazisindəki Ağbənd qəsəbəsini işğaldan azad etməklə İran adlanan ölkə ilə dövlət sərhədlərini bərpa etmiş oldu. Bu, çox mühüm və stratejik bir qələbə idi.

Bu yalnız işğalçı Ermənistana deyil, onu pərdəarxasında dəstəkləyən Molla-Fars rejiminə də ciddi zərbə idi.

Bu, eyni zamanda Molla-Fars rejiminnin Quzey Azərbaycandakı uzantılarına da bir zərbə idi: “Ey İran-Fars təəssübkeşləri! Güney Azərbaycan türklərinin ana dilində bir dənə də məktəbi yoxdur! Sözdə din qardaşınız farslar tərəfindən təhqirlərə məruz qalır! Bəs, milli vicdan qalsın bir yana, niyə dini vicdanınız susqundur?!”.

Faiq Aliekberli

Kaynak: 
KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum