Ramazan Gafarlı yazdı: TURAN ARZUSUNU TÜSTÜLƏR BOĞMAZ

Şərin əməlinin bu son anıdır,/Bürüyüb alovlar meşəni, dağı./Yanan orman deyil, yurdun canıdır,/Türkün birliyinə od vurub yağı.

Ramazan Gafarlı yazdı: TURAN ARZUSUNU TÜSTÜLƏR BOĞMAZ
02 Ağustos 2021 - 15:41 - Güncelleme: 02 Ağustos 2021 - 19:33

TURAN ARZUSUNU TÜSTÜLƏR BOĞMAZ

Şərin əməlinin bu son anıdır,
Bürüyüb alovlar meşəni, dağı.
Yanan orman deyil, yurdun canıdır,
Türkün birliyinə od vurub yağı.
Od ilə oynadı ötən il dığa,
Qaçanda atəşə verdi evləri.
İstədi baş qatıb cəld ordu yığa,
Bilmədi oyadıb şiri, divləri.
“Əski yurd yerimdi" dediyi halda
Bəs niyə dağıtdı "ocaq"larını.
Qoymadı salamat yer qala dalda,
“Unitazla” gördük “qoçaq”larını.
Kəlbəgər, Laçında ağac qalmadı,
Haylar xarabaya yurdu döndərdi.
0n gün möhlət verdik, ibrət almadı,
Keşişi minayla düzə göndərdi.
“Unitaz” eşqiylə yaşadı zalım,
Tuman yaddan çıxdı, canı qorudu.
İgid əsgərlərin qadasın alım,
Vətənində adı, sanı qorudu...
Budur xəyanəti sivil Dünyanın,
Qardaşın yurdunda orman qalmadı.
İblisə qıl verib, dedilər: “Yanın!..”
Türk özü atəşdi, - yada salmadı.
Enmək istədilər min illər boyu
Atəşlər içindən keçən milləti.
Türkün odda yanmaz yüzlərlə soyu
Birləşib yox edir zülmü, zilləti.
Bu son həmləsidir Türk düşməninin,
Turan arzusunu tüstülər boğmaz.
Sonu yaxındadır dumanın, çənin,
Türk alovdan qorxsa, igidlər doğmaz.

30 iyul 2021-ci il


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları