"QUBA BÖLGƏSİNDƏ 1930-1931-Cİ İLLƏRDƏ AQRAR SEKTOR VƏ KOLLEKTİVLƏŞMƏ, KƏND TƏSƏRÜFFATI: ARXİV SƏNƏDLƏRİNƏ ƏSASƏN"
1930-1931-ci illər Azərbaycan tarixində dərin sosial-iqtisadi və siyasi dəyişikliklərin baş verdiyi bir dövr kimi səciyyələnir. Bu illərdə Sovet hakimiyyətinin həyata keçirdiyi kollektivləşmə siyasəti, represiyyalar və kənd təsərüffatında zorakı islahatlar əhalinin həyatında ciddi sarsıntılara səbəb olmuşdur.

“QUBA BÖLGƏSİNDƏ 1930-1931-Cİ İLLƏRDƏ AQRAR SEKTOR VƏ KOLLEKTİVLƏŞMƏ, KƏND TƏSƏRÜFFATI: ARXİV SƏNƏDLƏRİNƏ ƏSASƏN”
1930-1931-ci illər Azərbaycan tarixində dərin sosial-iqtisadi və siyasi dəyişikliklərin baş verdiyi bir dövr kimi səciyyələnir. Bu illərdə Sovet hakimiyyətinin həyata keçirdiyi kollektivləşmə siyasəti, represiyyalar və kənd təsərüffatında zorakı islahatlar əhalinin həyatında ciddi sarsıntılara səbəb olmuşdur. Quba bölgəsi də bu ümumu proseslərin təsirindən kənarda qalmamış, burada da kəndlilərin sosial vəziyyəti ağırlaşmış, narazılıqlar və müqavimət halları müşahidə olunmuşdur.
Hazırki məqalə Quba Regional Dövlət Arxivində aparılmış araşdırmalar əsasında hazırlanmışdır. Arxiv sənədləri əsasında 1930-1931-ci illərdə Quba bölgəsində baş verən sosial-iqtisadi hadisələr, əhali arasında mövcud vəziyyət, kolletivləşmənin təsiri və dövrün əsas problemləri işıqlandırılır. Məqalənin məqsədi həmin dövrün reallıqlarını arxiv materiallarına əsaslanaraq obyektiv şəkildə təqdim etmək və bu mühüm tarixi mərhələnin yerli xüsusiyyətlərini araşdırmaqdır.
1930-1931-ci illərdə Azərbaycan SSR-də və bütövlükdə Sovet İttifaqında sovetləşmə,kənd təsərüffatının kollektivləşdirilməsi və əhalininin represiyalara məruz qalması ilə xarakterizə olunurdur. Qubada da bu kənar proseslərdən kənar qalmamışdır. 1930-1931-ci illərdə kənd təsərüffatı sahəsində fərdi təsərrüfatlar ləğv edilərək kolxoz və sovxozlar yaradıldı. Bu kəndlilərin narazılığına,bəzən də açıq üsyanlara səbəb oldu. Quba bölgəsində də kollektivləşmə prosesinə qarşı müqavimət göstərən kəndlilər var idi. Əsasən zəngin kəndlilər (“kulaklar”)hədəf alınırdı. Onların mülkləri müsadirə edilirdi və bəzilər sürgün edilirdi. Sovet höküməti kolektivləşməyə qarşı çıxanları “xalq düşməni”elan edir,çox vaxt onları cəzalandırırdı. Qubada da belə həbslər və təzyiqlər olmuşdu.
Kollektivləşmə nəticəsində kənd təsərüffatı istehsalında ciddi gerilmələr baş verdi, ərzaq qıtlığı yaşandı. Bütün ölkədə olduğu kimi, Qubada da maddi vəziyyət ağır idi. 1930-1931-ci illər Qubada sosial -iqtisadi cəhətdən çox gərgin bir dövr idi. Sovet hakimiyyətinin sərt siyasətləri əhalidə narazılıq yaratmış, kənd təsərüffatı və ümumi yaşayış səviyyəsi ciddi şəkildə zərər görmüşdür. Sovet höküməti fərdi torpaq mülkiyyətini ləğv edib kolxoz və sovkozlarda birləşdirirdi. Bu kəndlilərin öz təsərüffatlarını itirməsi və ciddi yoxsullaşması ilə nəticələndi. Ərzaq məhsulları dövlət tərəfindən zorla toplanırdı. İnsanlar öz məhsullarını sərbəst sata bilmirdilər. Qıtlıq və aclıq başlayırdı. Ərzaq tapmaq çətin idi,kasıb kəndlilər aclıq həddində yaşayırdılar. Kəndlərdə ailələr bölünür, varlı və orta təbəqədən olanlar sürgün edilirdi (Sibirdəki əmək düşərgələrinə və ya uzaq bölgələrə). Ümumiyyətlə, cəmiyyətin ruhu sarsılmış, xalq arasında depresiya və ümidsizlik geniş yayılmışdır. Qadınlar kənd təsərüffatı işlərində kişilərin bərabər çalışırdılar, eyni zamanda ev işləri və uşaq tərbiyəsi ilə də məşğul olurdular. 1930-cu illərdə insanlar Qubada (və ümumi Azərbaycanda) aclıq, qorxu, məcburi əmək, repressiya və dini təqiblər içində şox çətin bir həyat yaşayırdılar.
Arxiv sənədlərinə istinad edərək -1929-30-cu illərdə Quba Rayon İcraiyyə Komitəsinin Yerli Təsərrüfat Şöbəsinin fəaliyyəti haqqında bir məlumatı məqlədə qeyd etmək istəyirəm. Məlum olduğu kimi, sovet hakimiyyəti şəhərlərin təsərrüfatını dağıdılmış vəziyyətdə qəbul etmişdir. Dağıdılmış şəhərlər sırasına Quba şəhəri də daxildir. Burada əksinqilabçı dəstələrin talan və yandırma əməlləri nəticəsində şəhər dağıdılmış vəziyyətdə idi. Buna görə də şəhər təsərrüfatının bərpası qənaətbəxş şəkildə davam edir, lakin sürətli templə aparılmır.
Hesabat ilində şəhər abadlığını bərpa etmək məqsədilə YTŞ (Yerli Təsərrüfat Şöbəsi) şəhərin mərkəzində bir neçə bağça salmış, ağaclar əkmiş və gülzarlıq yaratmışdır. Şəhər ərazisindəki boş torpaq sahələri müqavilə əsasında fərdi şəxslərə və əməkçilərə meyvə bağlarının salınması üçün 15 illik müddətə icarəyə verilmişdir.
Mövcud köhnə tipli hamamlar əhalinin tələbatını tam təmin etmir. Buna görə Avropa üslubunda yeni hamamlar tikilmiş, tikinti başa çatdırılmış, daxili avadanlıqların quraşdırılması tamamlanmaq üzrədir və böyük ehtimalla 1931-ci il yanvarın 1-dən istifadəyə veriləcəkdir.
Mənzil məsələsi: Əvvəlcə kəskin xarakter almış bu problem hazırda nisbətən həll edilmişdir. Şəhər burjuaziyasına məxsus bələdiyyələşdirilmiş və milliləşdirilmiş evlərin çatışmazlığı səbəbindən əməkçilərin mənzil tələbatını ödəmək üçün şəhərin mərkəzində üç bina tikilmiş və istifadəyə verilmişdir. Lakin bu tədbirlər mənzil böhranını tam həll edə bilmir, çünki Quba rayonunda kənd təsərrüfatının kollektivləşdirilməsi, kooperasiyanın inkişafı, yeni təsərrüfat və digər təşkilatların yaradılması ilə əlaqədar olaraq bu təşkilatların əməkdaş və işçiləri şəhərə gəlməkdədir. Mənzil probleminin həlli üçün dövlətin maliyyə dəstəyi zəruridir, çünki YTŞ yeni tikililər üçün maliyyə resurslarına malik deyil.
Bütün bu tədbirlərə baxmayaraq, şəhərin abadlığını normal vəziyyətdə adlandırmaq olmaz. Bu, YTŞ-nin fəaliyyətsizliyi ilə deyil, bu iş üçün ayrılan məbləğin kifayət qədər olmaması ilə izah olunur. Eyni zamanda, əhalinin fərdi təşəbbüsü ilə ev tikintisi müşahidə olunur, lakin bu, çox az miqdardadır. Beləliklə, şəhər hələ də əksinqilabçı dəstələrin vandalizmi xatirəsi olan ev xarabalıqlarından tam xilas ola bilməyib.
Azərbaycan Respublikası Dövlət arxivinin Quba filialının direktoru Şirin Müzəffərovun “Erməni hər yerdə ermənidir” adlı məqaləsində istinad edərək maraqlı faktlar ortaya çıxdı. Belə ki, Xaçmaz rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin fondundan aşkar edilmiş bu sənəd 1931-cil ilə aiddir. Bu sənəd Xaçmaz rayonu Yasab -oba “kəndindəki Azadlıq” kolxozu 1929-cu ilin iyul ayında yaradılıb. Kəndin 310 nəfər əhalisi, 83 təsərüffatı olub. Kolxoz buğda, kənaf əkib becərməklə məşğul olub. Məhsul yığımı dövründə kolxoza dövlət tərəfindən milliyətcə erməni olan Arutyunov adlı şəxs təhkim edilir. Həmin bu şəxs 15 gün məhsul yığımına nəzarət edir. Əslində Arutyunov hər gün kolxozun atlarından birini götürərək kənddən 9 km aralı olan Xudat stansiyasına gedir,içkili vəziyyətdə geri qayıdır,özü ilə də araq götürüb gəlir sərxoş olaraq kənddə keçirilən toy məclisində girərək qışqıra-qışqıra heç bir qadınla mənim icazəm olmadan rəqs edə biməz deyir və havaya mauzerdən bir neçə dəfə atəş açır. Səhəri gün kəndin bir neçə sakini Xaçmaz rayon Partiya Komitəsinə Artumyunovun bu hərəkətləri haqqında şikayət edirlər. Şikayət əsasında Arutyunovu kolxozdan geri çağırırlar. Bu hadisədən 10 gün sonra ərizəçi Şıxvəliyev Xudat kooperativinin sədri İşik Sarkisova kolxozun üzvləri bu kooperativin üzvləri olduğu üçün ərzaq buraxılmsına görə müraciət edir. O isə şikayətçiyə bildirir ki,siz mənim qohumum Arutynovdan şikayət etdiyiniz üçün sizə heç bir ərzaq buraxılmayacaq. Onu sizin kolkoza mən göndərmişəm.Çünki o ermənidir. Şıxvəliyev Sarkisova Milli məsələyət oxunmamağı məsləhət görür. Şikayətçi öz ərizəsində göstərir ki, heç olmasa kolxozçular üçün paltar yumağa görə sabun buraxsınlar, kolxozçular 2-3 aydır ki, əyin başlarını yuya bilmirlər. Sarkisov Şıxvəliyevə belə cavab verir: ”Siz ləzgilər hamımız bir -birinizin tanıyırsınız. Şikayətçi Şıxaliyev ərizəsində göstərir ki, Sarkisov bizi dörd ay sabunsuz, neft lampası üçün şüşəsiz qoyub. O bizə qarşı milli mübarizə aparır. Sarkisov kooperativdən ancaq kimlər ona hər gün boyun əyir onlar üçün ərzaq buraxır və özü də bu hərəkətlərindən həzz alır. Şikayətçi Şıxvəliyev ərizəsinin sonunda həmin bu ərizəyə görə Sarkisov tərəfindən həbs ediləcəyindən də qorxur.
Azərbaycan Respublikası Dövlət Arxivinin materiallarına əsasən, 1930-cu ildən etibarən Qubada kənd təsərrüfatının kollektivləşdirilməsi geniş vüsət almışdı. Fərdi kənd təsərrüfatları ləğv edilərək, kəndlilər kolxozlara birləşdirilirdi. Sənədlərdə göstərilir ki, bir çox kəndli öz mal-qarasından və torpağından könülsüz imtina etmiş, kollektivləşməyə müqavimət göstərmişdir. Qubanın meyvəçilik ənənələri ilə tanınmasına baxmayaraq, kollektivləşmə prosesi bu sahəyə də mənfi təsir göstərmişdir. İstehsal azalır, bağ sahələrinin baxımsız qalması halları artmaqda idi. Sənədlərdə qeyd olunur ki, kəndlilər öz bağlarına kifayət qədər qulluq etmədiklərinə görə məhsuldarlıq kəskin azalmışdı.
Bazar münasibətləri və ərzaq təminatı: Quba bazarının əvvəlki illərdəki canlılığı 1930-1931-ci illərdə xeyli zəifləmişdi. Arxiv sənədlərinə görə, kollektivləşmə kənd məhsullarının sərbəst satışını məhdudlaşdırmış, bazarda məhsul çeşidi azalmışdı. Xüsusilə taxıl və ərzaq məhsullarının qıtlığı hiss olunurdu. Dövlət orqanları tərəfindən müəyyən edilən sabit qiymətlər bazar münasibətlərinin təbii axarını pozmuşdu. Əhali arasında ərzaq çatışmazlığı fonunda qara bazar elementləri meydana gəlmiş, kəndlilər məhsullarını gizli şəkildə satmağa cəhd etmişlər. Bu cür halların qarşısını almaq üçün inzibati tədbirlər görülmüş, bir çox kənd sakini cərimə və ya həbs olunmuşdur.
Sosial vəziyyət və ictimai həyat: 1930-1931-ci illər kəndlilər üçün sosial baxımdan da ağır dövr olmuşdur. Kollektivləşməyə qarşı çıxanlar "xalq düşməni" kimi damğalanır, repressiyalara məruz qalırdı. Arxiv sənədləri bir sıra kəndlərdə baş verən müqavimət halları və kiçik qiyamlar haqqında məlumat verir. Bununla yanaşı, savadsızlığa qarşı mübarizə proqramı çərçivəsində Quba kəndlərində yeni məktəblər açılırdı. Lakin maddi çətinliklər səbəbindən bu sahədə də uğurlar məhdud olmuşdur.
Kollektivləşmə və Aqrar Sahənin Yenidən Qurulması: 1930-cu illərdə Azərbaycan SSR-də, o cümlədən Qubada kollektivləşmə siyasəti həyata keçirilirdi. Kollektivləşmə, kənd təsərrüfatının kollektiv təsərrüfatlar (kolxozlar) və dövlət təsərrüfatları (sovxozlar) vasitəsilə mərkəzləşdirilməsi məqsədini güdürdü. Bu, xüsusən 1930-cu ildən sonra daha da gücləndi. Qubada kənd təsərrüfatının əsas sahələri olan taxılçılıq, meyvəçilik və heyvandarlıq kollektivləşdirildi.
Taxılçılıq və Meyvəçilik: Quba bölgəsi, xüsusilə meyvəçilik sahəsində geniş inkişaf etmişdi və regionun əsas kənd təsərrüfatı sahələrindən biri idi. Payız əkin kampaniyasına paralel olaraq, Quba kəndlərində buğda, arpa, çovdar kimi taxıl bitkiləri əkinə götürülürdü. Kollektivləşmə prosesində, əkin sahələri kolxozların və sovxozların ixtiyarına verilir və məhsulun müəyyən bir hissəsi dövlətə təhvil verilirdi. Lakin bu dövrün çətinlikləri səbəbindən, məhsulun azaldığı və yerli əkinçilik ənənələrinin zədələndiyi müşahidə olunurdu. Quba həmçinin meyvəçilik və bağçılıq sahəsində məşhur idi. Bu dövrdə, bağ sahələri daha çox kollektivləşdirilmiş və bir çox kiçik ailə təsərrüfatları ləğv edilmişdi. Lakin, kollektivləşmənin təsiri ilə bağ sahələrinin baxımsız qalması və məhsuldarlığın azalması müşahidə olunurdu.
Heyvandarlıq: Qubada heyvandarlıq da mühüm aqrar fəaliyyət sahəsidir. Heyvandarlığın, xüsusən inək və qoyunçuluğun əhəmiyyəti böyük idi. Lakin kollektivləşmə ilə əlaqədar olaraq, bu sahədə də müəyyən dəyişikliklər olmuşdu. Kəndlilər öz şəxsi mal-qaralarını kolxozlara təhvil verməli olmuşdular. Kollektivləşmə ilə yanaşı, yerli əhalinin heyvandarlıq fəaliyyəti azalmış, çünki heyvandarlıqdan əldə edilən gəlir azalmış və kollektivləşdirilən təsərrüfatlar sisteminin özəllikləri bəzən istehsalın səmərəliliyinə mənfi təsir göstərmişdi.
1930-cu ildə Sovetlər İttifaqı, xüsusilə kənd təsərrüfatı sahəsində planlaşdırılmış iqtisadiyyat prinsipini tətbiq etməyə başlamışdı. Bu, əkin sahələrinin, taxıl istehsalının və digər aqrar məhsulların mərkəzləşdirilmiş şəkildə dövlət tərəfindən idarə edilməsini nəzərdə tuturdu. Quba bölgəsində də bu siyasət tətbiq edilmiş və kənd təsərrüfatı məhsullarının əksəriyyəti dövlət tərəfindən müəyyən edilən planlara uyğun əkilmişdi. Dövlət, kollektivləşməyə və əkin sahələrinə nəzarəti daha da gücləndirərək, taxıl və digər məhsulların istehsalını artırmağa çalışırdı. Taxıl istehsalı, həmin dövrdə Sovetlər İttifaqının iqtisadiyyatında və kollektivləşmə prosesində mühüm rol oynayırdı.
Kollektivləşmə siyasətinin ən böyük problemlərindən biri, kəndlilərin bu prosesə qarşı müqavimət göstərməsi idi. Kəndlərdə, xüsusən Quba bölgəsində, əkinçilik və heyvandarlıq fəaliyyətində ənənəvi üsullara bağlı olan çoxsaylı ailələr, kollektivləşməni qəbul etmirdilər. Bu dövr ərzində, kəndlilərin mülkiyyət hüquqlarının pozulması və onlara verilən əkin sahələrinin zəif idarə olunması, sosial və iqtisadi gərginliklərə səbəb olmuşdu. Dövlətin kənd təsərrüfatına tətbiq etdiyi zorakı siyasət, xüsusilə kolxozların yaradılması və mal-qaranın dövlətə təhvil verilməsi, kəndli əhalisinin əkinçilik fəaliyyətində motivasiyasını azaldırdı. Kəndlilər, bir çox hallarda kolxozlarda işləməkdən qaçırdılar və bu da istehsalın azalmasına gətirib çıxarırdı.
Quba bölgəsində aqrar sahə 1930-1931-ci illərdə inkişafını davam etdirsə də, kollektivləşmə prosesinin gətirdiyi çətinliklər mövcud idi. Lakin, Sovetlər İttifaqı tərəfindən həyata keçirilən kənd təsərrüfatı siyasəti, kollektivləşmə ilə əlaqədar olaraq, bəzi irəliləyişlərə səbəb olmuşdu. Xüsusilə taxıl istehsalı və bağçılıq sahələrində müəyyən nisbətdə artımlar qeydə alınmışdı.
Quba bölgəsində 1930-1931-ci illərdə aqrar sahə, Sovetlər İttifaqının kollektivləşmə siyasətinin və mərkəzləşdirilmiş iqtisadiyyatın təsiri altında idi. Kənd təsərrüfatı sahələrində ciddi dəyişikliklər olmuş, məhsul istehsalı artmağa çalışmış, amma kollektivləşmə və dövlətin sərt müdaxiləsi ilə bağlı çətinliklər də yaranmışdır. Taxılçılıq, meyvəçilik və heyvandarlıq kimi sahələrdə həm irəliləyişlər, həm də geriləmələr olmuşdur. Bu dövrün aqrar siyasəti, həm sosial, həm də iqtisadi baxımdan Quba kəndlilərinin həyatında dərin izlər buraxmışdır.
Nəticə.
Ümumilikdə, 1930-1931-ci illərdə Qubada baş verən proseslər kənd iqtisadiyyatının təbii inkişafını süni şəkildə pozmuş, əhalinin yaşayış səviyyəsinin aşağı düşməsinə, kənd həyatının sosial strukturunun dağılmasına və kəndlilərin dövlətə olan inamının sarsılmasına səbəb olmuşdur. Bu dövr həm də Quba bölgəsinin sonrakı tarixi inkişafında sosial-iqtisadi problemlərin dərinləşməsinə zəmin yaratmış və uzun müddət bərpa olunması çətin olan iqtisadi və ictimai nəticələr doğurmuşdur.
İstifadə olunmuş mənbə:
1. Azərbaycan Respublikası Quba Regional Dövlət Arxivi, ГС 16 57, siyahı 1, vərəq 25
2. Azərbaycan Respublikası Quba Regional Dövlət Arxivi, , ГС 20 57, siyahı 3, vərəq 34
3. Azərbaycan Respublikası Quba Regional Dövlət Arxivi, , ГС 30, siyahı 6, vərəq 1
4. Azərbaycan Respublikası Quba Regional Dövlət Arxivi, , ГС 57, siyahı 8, , vərəq22.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin Elmi Araşdırmalar, Ekspozisiya və fond əməkdaşları: Ülkər Zeynalova, İslam Aslanov, Emin Ulubəyov.
FACEBOOK YORUMLAR