PUTİN BUGÜN NƏ DEDİ? - Dr. Nazım Cafersoy

PUTİN BUGÜN NƏ DEDİ? - Dr. Nazım Cafersoy
30 Ekim 2020 - 18:23

(Çıxışın ələqadar hissəsinin linki şərhdədir.)

Rusiya prezidenti Vladimir Putinin 29 oktyabr tarixində “Rusiya çağırır” başlıqlı forumdaki çıxışını öz dilindən izlədikdən sonra diqqətimi cəlb edən məqamlar bunlardır:

Putin çıxışının başında “Qarabağdakı mövqeyi barəsində demek olar ki, yeni bir şey deməyəcəyini” bildirib.

Problemin ortaya çıxması və tərəflərin mövqeyi:

Putin problemin ortaya çıxması barədə mövzunu Sumqayıtdan başladıb. Bu məqam qeyri-obyektivdir, çünki bizə məlumdur ki, hadisə ordan başlamayıb. Ancaq bir əvvəlki açıqlamasında Putin Sumqayıt məsələsini daha ciddi vurğulamışdi. Burada o vurğu nisbətən daha yumuşaqdır məncə. Diqqəti cəlb edən məqam bu dəfə “erməni soyqırımı’ vurgusunu etməməsidir.
Putinin durduğu yerden baxıldığında hadisənin başlamasında və davamında “etnik konflikt” vurgusu məncə yanlış deyil.
Putin açıqlaması boyunca birmənalı tərəf tutulması gərəkən 4 məqamda qismən tərəfsiz qalib:
a) Prosesin alovlanmasınin günahını SSRİ rəhbərliyinin üstünə atıb.
b) Qarabag ermənilərinin silahlanmasi dogru yoxsa yanlışdır? sualına birmənalı cavab verməyib. Ancaq yumuşaq ifadələrlə ermenipərest yanaşma var.
c) Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini qəbul edib, ancaq bunu “kontrol etmək” sözləri ilə yumuşaldib.”Bu yaxşıdir yoxsa pis?” sualını soruşub və cavabsız buraxıb!
4) Azərbaycanın. 7 rayonla bağlı bütün tezislərini tərəfsiz bir hakim kimi ifade edib.
Sonra da “hərənin öz həqiqəti var” var sözu ilə yenə tarazlığı qorumağa çalışıb.

Rusiyanın həllə dair mövqeyi:

Putin deyib ki, “biz başından etibarən 5+2 rayon şərtinə və Qarabağın müəyyənləşdirilmiş rejimi, Ermenistan və sonrası.. formatına bağlı qaldıq”. Bununla Putin əslində Madrid prinsiplərini vurğulayıb.
Ancaq mənim diqqətin cəlb edən maraqli bir məqam var.Madrid prinsiplərindən bəhs edərkən “statüs” məsələsindən danışmayıb. “Statüs” yerinə “müəyyənləsdirilmiş rejim” ifadəsini işlədib. Qeyd edim ki, diplomatik terminalogiyada “rejim” ifadəsi “status” ifadəsindən daha zəif bir termindir. Ermənistan tərəfinin “müstəqil dövlət”, Maddi prinsiplərinin “status” və Azərbaycan tərəfinin “status olmayacaq” tərzi yanaşmaları fonunda Putinin “rejim” ifadəsi diqqətimi cəlb etdi. Möcvud cəbhə vəziyyəti və prezident İlham Əliyevin statusun olmayacağına dair mövqeyi nəzərə alındığında Putinin “status” məsələsindən yan keçməsi və sadəcə “rejim” ifadəsi istifadəsi mənə maraqlı gəldi.Əcaba Rusiya da Madrid prinsiplərindəku “statüs” məsələsinin real olmayacağını düşünməyə başladı? Məncə maraqlı nüansdır və “rejim” termini Rusiya tərəfindən qarşımıza yeni duruma uygun konsesus termini kimi çıxarıla bilər.
Putinin ifadələrində problemdə Azərbaycan, Ermenistan və Dağlıq Qarabağ üc tərəfi görülür.Bu bizim arzu etmədiyimiz bir şeydir, ancaq problemin rəsmən “Ermenistan-Azərbaycan-Daglik Qarabağ münaqişəsi” olaraq xarakterizə edildiyini xatırlasaq anormal deyil.
Diqqəti cəlb edən bir məqam Putinin bu aralar muzakirə mövzusu olan “sülh məramlılar” məsələsinə girməməsi və “sonrası..”‘ kimi ümumi ifadə istifadə etməsidir.Hər halda hazırda ən mübahisəli mövzulardan birinə bu mərhələdə girmək və nisbi tərəfsiz ritorikasını pozmaq istəmədi.

Problemin həlli barəsində:

Bu barədə Putin hər iki tərəfin maraqlarını tarazlamağa çalışıb.Ancaq maraqlıdır Azərbaycan xalqına hörmət bəslədiklerini xususilə vurğulayıb.Anlaşılan Ermənistana silah satışı və bu silahlarla mülki əhalinin hədəf alınmasının xalqımızda yaratdığı Rusiya əleydarligını yumusatmağa çalışır. Ümumilikdə Putin həll məsələsində balansı qorumağa çalışıb və tərəfləri gələcəyə baxmağa səsləyib.
Atəşkəs olsun, muzakirələr olsun kimi açıqlamalari isə daha əvvəlki mövqeyinin təkrarıdır. Əvvəlki mövqeyi ilə müqayisədə bu mövzuda heç bir üslub sərtləşməsi görmədim.

Maraqlı yeni bir məqam həll sonrası Qarabağa investisiya qoymağa istəkli olduqlarını ifadə etməsidir.

Putin keçen dəfəki açıqlaması ilə müqayisə Türkiyənin prosesdə iştirakına daha müsbət baxdığını göstərən məsaj verib, ancaq bunu Minsk qrupunun digər üzvləri konteksində xususi bir vurğu olmadan təqdim etməyə çalışıb.Bu arada keçen dəfə ilə müqayisədə bu dəfə erməni soyqırım vurgusu da yoxdur.(Bu arada bugün Rusiyanin Ria Novosti agentliyinə müsahibə verən Ermenistan xarici işlər naziri Türkiyənin muzakirələrdə iştirakına dair sualina çox yuvarlaq cavab verib!)))

Ümumiyyətlə Putinin Qarabağ prosesində tərəfsiz mövqeyini qoruduğunu demək yanlış olmaz.Yeni məqamlar “rejim”, investisiya və Türkiyə mesajında yumuşamaya davam etməkdir.

Məncə hələlik narahatçılığa əsas yoxdur, amma siz özünüz bilərsiniz:)))

Dr. Nazım Cafersoy

Kaynak: KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum