Professor Həsənbala Sadıqov: OSMANLIDA ERMƏNILƏR-SAXTA SƏDAQƏTDƏN HƏQIQI XƏYANƏTƏ KEÇİDİN ANATOMİYASI

Professor Həsənbala Sadıqov: OSMANLIDA ERMƏNILƏR-SAXTA SƏDAQƏTDƏN HƏQIQI XƏYANƏTƏ KEÇİDİN ANATOMİYASI
10 Mayıs 2021 - 17:06

Türkiyə Respublikasının Dənizli şəhərində Pamukkale Universitetinin Sosial Bilimler İnstitutunun təşkilatçılığı ilə “Osmanlı erməniləri – sədaqətdən xəyanətə” mövzusunda onlayn Beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın müxtəlif ölkələrindən 25 nəfər tarixçi-alim və tədqiqatçılar iştirak etmişdir. Onlayn formatında keçirilən və görkəmli türk professoru Tuncay Ögünün eyni adlı kitabının master dərs tipində təqdimatına həsr olunan konfransda ölkəmizi AMEA Gəncə Bölməsinin Diyarşünaslıq İnstitutunun şöbə müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov təmsil etmişdir. Konfransda müzakirə olunan mövzu ilə bağlı Həsənbala Sadıqov demişdir: “Osmanlı erməniləri – sədaqətdən xəyanətə” kitabı Türkiyə və Azərbaycan üçün son yüz ildə həyati əhəmiyyətə malik olan bir ortaq mövzuya həsr olunmuşdur. Osmanlı erməniləri termin olaraq Osmanlı imperiyasında yaşayan ermənilərə verilən ümumi bir addır. Osmanlı imperiyasında yaşayan digər etnik qruplardan fərqli olaraq, ermənilər daha çox imtiyazlara sahib olmuşlar. Onlar, cəmiyyətin əsas üzvüləri hesab edilirdi. Dini mənsubiyyətlərinə görə hərbi xidmətdən azad olan ermənilər, uzun illər İstanbulda parça ticarətinə rəhbərlik etmişlər. Bir də konfransın tarixinin seçilməsi də təsadüfi deyildir. Axı, artıq 106 ildir ki, ermənilər aprel ayının 24-ü yaxınlaşanda dünyanın hər yerində tarixçilərin heç vaxt qəbul etmədiyi, hətta özlərinin belə isbat edə bilmədiyi saxta- xəyali Soyqırım nağılını meydana atırlar. Osmanlı dövləti və türklər haqqında xəyali, elmi və mənbəşünaslıq bazası olmayan, yalnız nağılvari xatirələrə əsaslanan iddiaları dünyanın və reğionun gündəliyinə gətirirlər. Əsas məqsəd də dünyanın aparıcı dövlətlərinin diqqətini saxta Soyqırım nağılına cəlb etməklə onları Türkiyəyə qarşı siyasi təsir və təzyiq vasitəsinə çevrilməkdir. Mən də uzun illərdir ki, erməni məsələsi ilə tədqiqat apardığım üçün müəllifin elmi mübadiləyə təqdim etdiyi sənədlərin bir qismi mənə tanışdır. Bir İrlandiyalı tarixçinin çox mühüm fikrini xüsusi ilə qeyd etmək istərdim. Tarixçi qeyd edir ki, dünya siyasətində sözü ola bilən dövlətlərin, o cümlədən böyük siyasi xadimlərin bütün zamanlarda hamısının bir Osmanlı və onun varisi-Türkiyə dövləti ilə əlaqədar “Soyqırım dosyası” vardır. Həmin dövlətlərin və ya dünyanın aparıcı siyasi xadimlərinin Türkiyə respublikası ilə yaxşı münasibətləri olduqda “Soyqırım dosyası” mühüm ehtiyat dosyalar içərisində gizlədilir. Lakin Türkiyə ilə münasibətlər kəskinləşdikdə və ya Türkiyəyə qarşı əsaslı və ya əsassız iddialar meydana çıxdıqda birinci yada düşən “Soyqırım dosyası” olur və onu öz ölkələrinin ali məclislərində və ya Beynəlxalq təşkilatlarda müzakirə olunmasına çalışırlar. Kitabın müəllifi dünyanın əli çatan bütün arxivlərində mühafizə olunan sənədlərdən istifadə etmişdir. Təqdimatda diqqəti cəlb edən Osmanlı dövlətində ermənilərin SƏDAQƏTDƏN XƏYANƏTƏ qədər keçdikləri yolun tarixi faktlarla şərhidir. Tədqiqat işində müəllifin bir mütəxəsis kimi Ermənistana münasibəti çox ciddidir. Tarixçi-alim ermənilərin üzdəniraq “dənizdən dəniizə” ideyasını dəqiq tarixi faktlarla alt-üst edir, xüsusi vurğulayır ki “Böyük Ermənistan” dünya tarixinə ermənilər tərəfindən saxtakarcasına gətirilən ən böyük və elmi əsası olmayan yalanlardan biridir., Görkəmli tarixçi “Böyük Ermənistan” nağılından fərqli olaraq Ermənistanın dövlətçilik tarixinə çox obyektiv və mühüm sənədlərdən çıxan nəticə ilə yaxınlaşır. Ermənistan dövlətçiliyinin qədim tarixə sahib olmadığını da mənbələr təsdiq edir. Ermənistanın dövlətçilik tarixi əslində 1918-ci ilin 28 mayından başlayır. Ermənistan dövləti 1918 -ci ildə tarixi Azərbaycan torpaqlarında yarandı. Tiflisdə Ermənistan dövləti elan olunarkən ermənilərin getməyə torpağı və dövlətin siyasi mərkəzi olacaq şəhər yox idi. Ermənistan dövləti 1918-ci ilin mayında Tiflisdə elan edildi. Çox düzgün qeyd edir ki, “Böyük Ermənistan” yalanından fərqli olaraq ”Ermənistan Cənubi Qafqazda dənizə çıxışı olmayan kiçik bir ölkə”. Əslində erməni məsələsinə “siyasilər üçün təzyiq vasitəsi və istismar qapısıdır” da deyilir. Birinci Dünya müharibəsi illərində Osmalı imperiyasında ermənilərin ortaya atdığı soyqırım yalanı həqiqi mənada əfsanəyə çevrilmişdir. Soyqırımı əfsanəsi yalan da olsa, kimsə ortaya fakt qoya bilməsə və heç bir elmi əsası olmasa da siyasi dairələrdə xadimlərin marağına uyğun olaraq çox böyük əks səda yaratmışdır. 1915-ci ildə Osmanlı dövlətindəki süni yaradılan və görüntüsü yaradılan olaylar Vətənə xəyanət edib ruslarla cinayətkarcasına sövdələşənlər, müharibə başladıqda silahları ilə birlikdə onlarla birləşməyə hazırlaşanlar və dövlətə qarşı olanlar, müharibə şəraitində dövlətə və vətənə xəyanət edənlər cinayət başında tutuldular.
Heç bir qətl hadisəsi olmamasına baxmayaraq erməni başbilənləri tərəfindən 24 aprel 1915-ci il əsassız olaraq “Soyqırımı” adlanmağa başladı. Soyqırım yalanın yayanlara qətl edilənlərin toplu və ya ayrıca qəbrlərini göstərmələri tələb etdikdə heç bir cavab verə bilmirdilər. Hətta Amerika generalı Harbordun missiyası Misir, Anadolu və Qafqaza gəldikdə gözlənilirdi ki, o ermənipərəst mövqedən çıxış edəcəkdir. Ona görə ki, onu “ermənilərin babası” hesab edilən Vudro Vilson göndərmişdir. Harbord da bilirdi ki, Vudro Vilsonun ermənilərə çox yaxşı münasibəti var. Harbord hesabatını hazırlayıb Senata təqdim etdi. General Harbord müasir dünyamızda analoqu olmayan tarixi ədalətə imza atmışdır.”Ermənilərin Böyük Ermənistan deyib iddia etdiyi torpaqlarda biz erməni izinə rast gəlmədik, hər yerdə türk izi var idi. “ -yazdı tarixi hesabatında. Bir maraqlı hadisə də Ərzurumda olmuşdur. Ermənilərin nümayəndələri Ərzurumda general Harbordla görüşdə “”Ərzurum erməni şəhəridir!” iddiasını irəli sürürlər. Elə olanda general Harbordu qarşılayan Ərzurumun Bələdiyyəsinin rəhbəri “Ərzurumda olan erməni qəbrlərini göstərsinlər. Bir erməni qəbri belə yoxdur. Köpəy uşağı meyidlərini yedilər mi?” Erməni yalanları general Harborda aydın oldu. Bu gerçəkliklər Harbordun hazırladığı hesabatdan da aydın görünürdü.


Mövzu ilə əlaqədar mən bir məsələni xüsusi ilə qeyd etmək istəyirəm. XX əsrin 80-ci illərinin əvvəllərində Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda aqrar sahədə(1870-ci il islahatı haqqında fundamental monoqrafiya hazırlayıb çap etdirmişdir.) tədqiqat aparan erməni əsilli tarixçi- professor ermənilərin Osmanlı dövlətində „Millet-i Sadıka” olmasına gülürdü. Qeyd edirdi ki, ermənilərin Osmanlı imperiyasında “sadiq millət” olması şahid olduğumuz tarixin ən böyük yalanıdır.
Mən də bir mütəxəsis kimi qeyd etmək istəyirəm ki, “sadiq millətin” Osmanlı dövlətində xarici kəşfiyyatlarla əlaqəsi hələ də sona qədər tədqiq edilməyib. Əsas çatışmazlıq xarici istihbarat təşkilatlarının arxivlərində mühafizə olunan sənədlərin əldə edilə bilinməməsidir. Bütün zamanlarda xristian dövlətlərin xarici kəşfiyyat idarələri Osmanlı ermənilərinin təqdim etdiyi sənədlərə əsaslanıblar. Ermənilərin türkə nifrəti təsadüfi olmayıb genetikdir. Ona görə də bu qədər genetik nifrəti olan millətin “sadiq millət” olması da çox gülüncdür. Axı, onların genetik yaddaşında olan xüsusiyyət-instinktiv olub istənilən vaxt təzahür edə bilərdi və təzahür edirdi də.
Rusiya ilə olduğu kimi Birinci Dünya müharibəsi öncəsi ermənilərin başqa aparıcı dövlətlərlə də əlaqəsi var idi. Hətta müharibə aparan bir birinə qarşı olan dövlətlərə müharibə cəbhələrində iştirak etmək üçün erməni hərbi birlikləri də göndərilmişdir. Çox zəngin xarici mənbələrdən faydalanaraq ortaya fundamental kitab qoyan Professor Tuncay ÖGÜN qeyd edir ki, ermənilər 1918-ci ildə İrəvan mərkəzli saxta bir Ermənistan qurdular. Kitabda 1863-cü ildə qəbul edilən erməni millətinin nizamnaməsi ilə əlaqədar tezislər irəli sürülür və yeni faktlar elmi mübadiləyə daxil edilir. Amma tarixi gerçəklik bundan ibarətdir ki, XIX əsrin II yarısında və XX əsrin əvvəllərin bütün tarix böyu olduğu kimi ermənilər Osmanlı imperiyasında imtiyazlı və cəmiyyətdə fakiki olaraq çox nüfüzlu vəziyyətdə idilər. .Bu dövrdə ermənilər Osmanlı dövlətinin-Türkiyənin təbəəsi sayılan bütün xalqlara verdiyi hüquq bərabərliyi və azadlıqdan yetərincə faydalanmışlar. Bunun müqabilində ermənilər Osmanlı dövlətinə sadiq olmaq əvəzinə, “xristiyan təəsübkeşliyi”, milli ayrı seçkilik, “böyük Ermənistan” xəyalına düşmüş, tədricən Osmanlı dövlətini zəiflədib sıradan çıxarmaq istəyən qüvvələrin əlində alətə çevrilmişdilər. Faktiki olaraq ermənilər hələ o zamanlar Osmanlı dövlətinin daxilində beşinci kolon funksıyasını yerinə yetirməyə başlamışlar.

Ermənilər uzun illərdir ki, müsəlmanlara, türkə olan düşmənliyini(ermənilərin “ən yaxşı türk ölü türkdür” deyimi) əsaslandırmağa çalışırlar. Güya türklərə ermənilərə üç dəniz arasında olacaq xəyali Böyük Ermənistanı qurmağa imkan vermədikləri üçün düşməndilər. Azərbaycan türkləri də ermənilər tərəfindən ona görə düşmən qrupuna daxil edilirlər ki, onlar da güya Böyük Ermənistan yaranmasına mane olurlar. Halbu ki. 1918-ci il 28 mayda Ermənistan respublikası Tiflisdə yaranıb getməyə yeri olmadıqda Azərbaycan İrəvanı onlara siyasi mərkəz olaraq verdi. O zaman ermənilər təminat vermişdilər ki, bundan sonra Azərbaycana qarşı heç bir torpaq iddiamız olmayacaq.
Ancaq Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilər Qarabağda fasiləsiz olaraq seperatizm hərəkatını təşkil edirdilər. Osmanlı arxivlərindəki sənədlərə əsasən demək olar ki, 1918-1920-ci illər arasında İrəvan, Naxçıvan və Qarabağ bölgələrində ermənilər dinc əhaliyə qarşı zorakılıqlarına davam etmiş, Cümhuriyyət üçün ciddi baş ağrısına çevrilmişdilər.
Artıq XIX əsrin ilk yarısında Osmanlı imperiyasının zəifləməsi ilə əlaqədar olaraq Balkan xalqları ya müstəqillik əldə edir, ya da müstəqilliyin ilk mərhələsi olan özünüidarə haqqını Osmanlıdan qoparırdılar. Təbii ki, burada Qərbi Avropanın böyük güclərinin, həmçinin də Çar Rusiyasının həmin millətlərə dəstəyi vurğulanmalıdır.
Professor Tuncay Ögünə görə XIX əsrin 90-ci illərində silahlanmış erməni birləşmələri Şərqi Anadoluda ciddi qətliamlar həyata keçirməyə başladı, bunun nəticəsində “müsəlmanlardan təmizlənmiş” Ermənistan qurmağı hədəfləyirdilər. II Abdulhamidin məsələni ciddi nəzarətə götürməsi nəticəsində bu cəhdin demək olar ki, qarşısı alındı.
İrredentizm ermənilərin milli şüurunun formalaşmasında öz yerini aldı. Yəni xəyali “tarixi” ərazilərin bərpası, milli dövlət qurmaq xülyası artıq bütün əhali səviyyəsində qəbul edildi və bu yöndə-xəyali planların yerinə yetirilməsi ilə əlaqədar işlər görülməyə başlandı. 1914-cü ildə Osmanlı imperiyasının Birinci Dünya Müharibəsinə qatılaraq müxtəlif cəbhələrdə savaşmasını fürsət bilən ermənilər, Şərqi Anadoluda yenidən aktivləşərək Böyük Ermənistan xülyasını reallaşdırmağa ikinci cəhdi etdilər. Nəticədə, Anadolu torpaqlarında Erməni dövlətinin yaradılması planı puç oldu, Böyük Ermənistanın Anadolu hissəsi – Qərbi Ermənistan əldən çıxdı, qaldı Şərqi Ermənistan.
Bu, “Böyük Ermənistan” ideologiyasının gerçəkləşməsi üçün qonşu ölkələrin torpaqları üzərində yoxdan var edilən uydurma ərazi iddialarıdır. Erməni iddialarına görə, Türkiyənin şərq bölgələri, yəni Şərqi Anadolu “Böyük Ermənistan”ın ayrılmaz hissəsidir və Qərbi Ermənistan adlandırılır, Azərbaycan isə Şərqi Ermənistana aid edilir .
Birinci Dünya Müharibəsi dövründə, Osmanlı İmperiyası səkkiz müxtəlif cəbhədə, beş əsas və üç ikinci cəbhədə vuruşarkən, ermənilərin üsyanları dövləti zəiflətdi və Osmanlı orduları üsyanları yatırmaq üçün cəbhənin arxasına qüvvələr ayırmaq məcburiyyətində qaldılar. Bu vəziyyət Türk ordusunun hərbi əməliyyatlarını zəiflətdi.
Silahlı ermənilər silahları ilə Osmanlı Ordusundan qaçaraq düşmən ordularının sıralarına qoşuldu, qalan bəzi ermənilər düşmən ordularının xeyrinə casusluq etdilər, türk ordusunun təchizat konvoylarına hücum etdilər.
Sözügedən əməllər həm o dövrdə, həm də bu gün dövlətlərin cinayət qanunlarında xəyanət cinayətini təşkil edir və bu cinayətə görə bu ölkələrin qanunlarında ölüm cəzası və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Buna baxmayaraq, Osmanlı İmperiyası xarici ölkələrin basqısı üzündən üsyan edən erməniləri daha çox bağışladı, amma bağışlananlar üsyan edərək düşmən ordularının lehinə fəaliyyətlərini davam etdirərək mülki əhalini qırmağa başladılar.
Konfransın ən böyük tarixi əhəmiyyəti odur ki, Osmanlı tarixinin ən mühüm məsələlərindən biri olan erməni məsələsinə aid yeni faktlar elmi nübadiləyə daxil edildi. Erməni məsələsi ilə əlaqədar yeni sənədlərin elmi mübadiləyə daxil edilməsi isə çox mühüm hadisədir.
Bir fakt da çox təəssüf hissi ilə qeyd edilməlidir ki, konfransdan iki gün sonra ABŞ prezidenti Bayden tarixdə heç vaxt olmayan saxta “erməni soyrırımı” ifadəsini işlədir, amma 30 il əvvəl baş vermiş, insanlığa yönəli dəhşətli faciəni – ermənilərin törətdiyi Xocalı soyqırımını unudur.

Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
https://kafkassam.com/


Bu haber 607 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum