Prof.Mahirə Hüseynova
Bu gün Prof.Mahirə Hüseynovanın ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmasının dörd ili tamam olur.

Bu gün Prof.Mahirə Hüseynovanın ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunmasının dörd ili tamam olur.
Professor Mahirə Hüseynova 9 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müvafiq əmri ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru təyin olunub. Bu gün həmin təyinatın dörd ili tamam olur.
Professor Mahirə Hüseynovanın beynəlxalq əlaqələr üzrə prorektor olduğu bu dörd ildə müxtəlif ölkələrin nüfuzlu universitet rəhbərləri ilə çoxsaylı görüşlər keçirilib, memorandumlar imzalanıb, prorektorluğun nəzdində yeni şöbələr yaradılaraq universitet müəllimlərinin inkişafı üçün təlimlər, seminarlar keçirilib, müəllimlərin xarici ölkələrin tanınmış universitetlərində təcrübələr keçməsinə şərait yaradılıb, əcnəbi tələbələrin təhsili yüksək səviyyədə təşkil olunub, universitet daxilində və xarici ölkələrdə konfransların təşkilində, respublikamızın, həmçinin Pedaqoji Universitetimizin daha yaxından tanınması, təbliği ilə bağlı işlər həyata keçirilib, gənc kadrların işlə təmin olunması, onların öz sahələri üzrə peşəkarlıqlarının inkişafı ilə bağlı xüsusi addımlar atılıb, universitetdə beynəlxalq əlaqələrin daha da möhkənlənməsi, nüfuzlu elm və təhsil ocaqlarının universitetimizə maraq göstərməsi, əlaqələrin qurulması, təcrübə mübadiləsi və başqa digər məsələlər uğurla həyata kecirilib.Onun Pedaqoji Universitetdə keyfiyyəti hədəfləyən yenilikləri universitetimizin daha da inkişaf etməsinə hesablanıb.
Prorektor Mahirə Hüseynova bu dörd il ərzində ADPU-nun timsalında Azərbaycan təhsilini, həm də milli-mənəvi dəyərlərimizi beynəlxalq aləmdə böyuk qürur hissi ilə təbliğ edir. Onun gərgin əməyi, milli məsuliyyəti, elmə, təhsilə, eyni zamanda vətənə bağlılığı nümunə göstəriləcək səviyyədədir.
Dəyərli professorumuz Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya üzrə ekspert şurasının sədri vəzifəsini də böyük məsuliyyətlə yerinə yetirir. Həmçinin ana dilimizin saflığının qorunması, dilimizin yad ünsürlərdən təmizlənməsi sahəsində fəaliyyətini davam etdirir.
Mahirə Hüseynovanın ictimai xadim kimi gördüyü işlər də təqdirəlayiqdir. O, Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Dərələyəz Mahalının Keşkənd Rayonu İcmasının sədri, həmçinin Qərbi Azərbaycan TV-də "Ziyalı sözü" verilişinin müəllifidir. Mahirə Hüseynovanın ideyası və təşkilati dəstəyi ilə ADPU-da Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Türkoloji Mərkəz yaradılıb.
Prof. Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq məqsədilə keçirilən bir sıra nüfuzlu və genişmiqyaslı tədbirlərin təşkilatçısı, həm də iştirakçısıdır. Mahirə xanımın bu istiqamətdə gördüyü işlər uğurla davam etdirilir və nümunəvi xarakter daşıyır.
Görkəmli professor 2024-cü il dekabrın 29-dan Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibinə daxil edilib. Bu sahədə də onun fəaliyyəti dinamikdir.
Qeyd edək ki, Mahirə Hüseynova təkcə 2024-cü ildə Turan Elmlər Akademiyasının akademiki, Dünya Söz Akademiyasının fəxri akademiki, Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin fəxri professoru, Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin fəxri professoru seçilib, Türkiyə Cümhuriyyəti BZT Turan Academy tərəfindən fəxri doktor, Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə "Fəxri professor" diplomuna layiq görülüb, Türkiyənin Arabgir ilçəsinin fəxri vətəndaşı elan edilib.
Görülən işlərin uğur dərəcəsini nəzərə alaraq əminliklə deyə bilərik ki, professor Mahirə Hüseynova dörd ildə beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsinin hesabatını layiqincə verib.
Görkəmli ictimai xadim, yenilikçi təhsil təşkilatçısı, istedadli alim, işıqlı ziyalı, işinin vurğunu və peşəkarı, ADPU-nun nüfuzunun hər gün daha da yüksəlməsində, tanınmasında xüsusi əməyi olan qiymətli professor Mahirə Nağı qızı Hüseynovanı vəzifəsinin dördüncü ilinin hesabatını layiqincə verməsi münasibəti ilə həm öz adımdan, həm də əməkdaşı olduğum Filologiya fakültəsinin kollektivi adından səmimi qəlbdən təbrik edir, ona elmi, ictimai, pedaqoji və təşkilati fəaliyyətində daha böyük uğurlar arzu edirik.
Daima iş başında, daima fəaliyyətdə, daima uğurlar əldə etməkdə olun, dəyərli prorektorumuz!
Aynurə ƏLIYEVA
ADPU-nun əməkdaşı
FACEBOOK YORUMLAR