Nazim Cafersoy'dan Maraqlı 2 sual var

Nazim Cafersoy'dan Maraqlı 2 sual var
26 Ocak 2021 - 18:18

1. Rusiya, Türkiyə, Azərbaycan kimi ölkələrlə problem yaşama siqnalları verən Bayden Adminstrasiyası Əfqanıstandaki hərbi gücünə lojistik dəstəyi hardan aparacaq? Hələ nəzərə alaq ki, Pakistan da Türkiyə və Azərbaycanla ənənəvi yaxşı münasibətləri ilə yanaşı, son illər Çinlə ciddi münasibətlər inkişaf etdirib. Üstelik Əfqanıstanda Pakistan və Türkiyənin çox ciddi təsir imkanları var.ABŞ-ın İranla mövcud münasibətləri də hamıya məlumdur.

2. Rusiyanı hədəfinə qoyan Bayden adminstrasiyası həm Turkiyə, həm də Azərbaycana təzyiq siyasəti aparsa Avrasyada Rusiya+Türkiyə+Azərbaycan əməkdaşlığını daha da təşviq etməzmi? Üstelik Rusiyaya təzyiqin ən mühüm cəbhələrindən biri Qafqaz regionudur. Burada mövcud geosiyasi mənzərəni Rusiya əleyhinə dəyişə biləcək regional aktyorlar isə Türkiyə ilə Azərbaycan və onların Ermənistanla münasibətləri olacaq. Hələ Rusiyadan başqa Çin də region üçün yeni fürsətlər marağındadır. Bu çərçivədə 907-ci düzəlişi yenidən aktivləşdirmə mövzusu mənə məntiqli gəlmir. Maddi baxımdan o düzəlişin bizim üçün mənası yox kimidir, siyasi baxımdan isə ABŞ-Azərbaycan münasibətlərində hər iki tərəfin zərərinə olacaq risqləri yaradar. Xüsusilə Fransa təcrübəsində sonra ABŞ-ın Azərbaycanla münasibətləri pozacaq bu həmləni etməsi ağıllıca deyil.Yeni adminstrasiyanın daha ilk günlərdən bu cür açıqlamalar verməsi mənə diplomatiya taktikası kimi gəlir.

Həm bu mənzərələr, həm də beynəlxalq münasibətlərin dəyişən qlobal dinamiklərinə baxanda Bayden adminstrasiyasının tək rəngli və neqativ yüklü bir Rusiya, Türkiyə və Azərbaycan siyasəti aparacağını düşünmək realistik deyil.

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi
kafkassam.com


 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum