Reklam
Reklam

İşıq olmaq Mehriban xanımın missiyasıdır...

İşıq olmaq Mehriban xanımın missiyasıdır...
26 Ağustos 2025 - 12:38 - Güncelleme: 26 Ağustos 2025 - 12:53
İşıq olmaq Mehriban xanımın missiyasıdır...


Azərbaycan torpağı min rəngli xalça kimidir — hər sapı bir tarix, hər naxışı bir insan taleyi. Bu xalçanın üzərində gəzən ilahi bir işıq var: Mehriban Əliyevanın xeyirxahlığı, insanlığa, insanlara olan nəhayətsiz sevgisi...

O işıq bəzən ucqar bir dağ kəndinə düşür — “Yeniləşən məktəblər” layihəsinin sayəsində pəncərəsiz siniflərə isti nəfəs dolur, uşaq gülüşləri yayılır.
O işıq bəzən şəhərin kimsəsiz küçəsində yanır — “Uşaqlara dəstək” proqramı ilə ilk dəfə kitab əlinə alan körpənin gözlərində ümid parlayır.
O işıq bəzən qədim daş divarların üzərinə səpələnir — İçərişəhərin, Şəki Xan Sarayının, Qız qalasının bərpası ilə tarix nəfəs alır, səssiz abidələr danışmağa başlayır.
Mehriban Əliyevanın həyata keçirdiyi layihələr gurultu ilə deyil, əməli addımlarla səssizcə danışır. “Talassemiyasız həyat” təşəbbüsü minlərlə ailəyə ümid verir; Mingəçevir və Gəncədə tikilən müasir xəstəxanalar insanlara şəfa qapısı açır; “Yeni uşaq bağçaları” kəndlərin səssiz həyətlərini gülüşlə doldurur. Mehriban xanımın əməlləri şüarlarla yox, dualarla yaşayır.
Bu nəğmə təkcə Azərbaycanda deyil, uzaqlarda da eşidilir. Pakistanda salınan qız məktəbi, Fransada bərpa olunan Strasburq kilsəsi, Rumıniyada ucalan məscid, Vatikanda qorunan əlyazmalar — hamısı bir amalın notlarıdır:
“Harada insan varsa, orada da sevgi olmalıdır.”
Mehriban Əliyevanın xeyriyyə əlləri bir ana qəlbinin döyüntüləri kimidir — mülayim, qoruyucu. O, körpənin gözündəki qorxunu da, gəncin üzündəki ümidi də, yaşlının sükutundakı minnətdarlığı da eyni həssaslıqla görür.
Heydər Əliyev Fondu vasitəsilə Tarixi İrsin Bərpası Proqramı, Təhsilə dəstək layihələri, İncəsənət gecələri və musiqi festivalları — bunlar sadəcə ad deyil. Bunlar torpağın nəfəsi, xalqın yaddaşı, gələcəyin sağlam işartılarıdır.
Mehriban Əliyevanın fəaliyyəti bir rəqəm, bir hesabat, deyil. Bu, minlərlə insanın hekayəsində yaşayan ilahi toxunuş, qəlblərdə ucalan duadır. 
Ümumilli lider Heydər Əliyevin yanında mətanətlə addımlayan, tarix yazan Müzəffər Sərkərdənin arxasında fədakarlıqla dayanan, Azərbaycan xalqının sevimlisi Mehriban xanım Əliyeva öz işıqlı əməlləri ilə bu gün milyonlarla duaların və sevginin ünvanıdır. Bu gün Mehriban xanım şərəflə yaşadığı ömrünün yeni yaşına qədər qoyur. Onu ürəkdən təbrik edir, dövlətimizin gələcək inkişafında yorulmaz fəaliyyətində uğurlar arzulayıram!
Hörmət və ehtiramla:



Məhəbbət İbrahimova
 26 avqust 2025

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum