Həsənbala Sadıqov: "Dağda toy əməliyyatı"nın yasa çevrilməsinə Şuşa bəyannaməsindən baxış

Həsənbala Sadıqov: "Dağda toy əməliyyatı"nın yasa çevrilməsinə Şuşa bəyannaməsindən baxış
05 Temmuz 2021 - 20:47

Bir hikmət sahibinin ermənilərlə əlaqədar çox maraqlı fikrini haçansa qeyd dəftərimə yazmışam. Qeyddə bildirilir ki, “ermənilər Allahla danışanda da –ibadət prosesində də yalan danışırlar. Hətta inanırlar ki, hətta hər şeyi bilən, yeri göyü xəlq edən Allahı da aldada bilərlər. Əgər Allahı aldada bilirlərsə insanları aldatmaq onlar üçün gərək ki, çox asand olmalıdır. Axı, dünyada yaşayan normal insanlar hökmən inanmalıdırlar.”
Ermənistanın Şuşa üzərinə hücumu hələ 1990-cı ildən planlaşdırılırdı. 1992-ci aprelin 24-də Ermənistan müdafiə nazirliyinə əsaslanan informasiya mənbələrində çox maraqlı bir xəbər verildi. Xəbərə lk baxıldığında onda elə bir qeyri adilik yox idi. Xəbər “Dağlarda toy” ilə əlaqədar idi. əslində planı hazırlayanlar söz verirdilər ki, Şuşanı işğal etmiş olsalar evlənəcəklər. Əslində “dağlarda toy”un şifrəsi bununla əlaqədar idi. Ermənistanla bərabər dünyanın hər yerində yaşayan ermənilər bu “toyla” maraqlanırdılar. Lakin məsələ heç də oxuduğumuz və ya eşitdiyimiz kimi deyildir. Bəlkə də bu verilmiş elan çox böyük toydan yox çox böyük faciələrdən xəbər verirdi və dünya ermənilərini faciəyəyə tamaşa etməyə çağırırdılar.
Şuşanın işğalı ermənilərin gizli saxlamağa çalışdıqları “dağlarda toy” əməliyyatıdır. Gizli şifrəli əməliyyat planında Şuşanın işğalını nəzərdə tutan “dağlarda toy” əməliyyatı tarix olaraq 1992-ci ilin 8-9 mayında həyata keçirilməsi planlaşdırırlırdı. 8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Erməni mənbələri əməliyyatın nəticəsi olaraq Ermənistanın qələbəsini xüsusi ilə qeyd edirlər. Münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycanı qeyd edirlər. Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin qazandığı ilk əhəmiyyətli hərbi qələbə idi.


Döyüşlərin gedişi zamanı erməni silahlı birləşmələrinin qəsdən Şuşada mülki obyektləri hədəf alması yerli sakinlərin ifadələri ilə təsdiqlənmişdir. Nəticədə azərbaycanlıları müdafiə mövqelərindən çıxartması ilə nəticələnmişdir. Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinin işğalı müharibənin gedişində həlledici rola malik oldu. Şuşa yalnız mədəniyyət mərkəzi deyildir. Eyni zamanda şəhər Azərbaycanın Dağlıq Qarabağda malik olduğu ən mühüm hərbi məntəqəsi idi. Şuşanın itirilməsi adi bir yaşayış məntəqəsinin Ermənistan tərəfindən işğal edilməsi demək deyildir.
Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər.
Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bundan bir neçə dəqiqə sonra Su-25 döyüş təyyarəsi qalxaraq Xankəndi şəhərinə bir neçə bomba atıb Ağdam istiqamətində uçub getdi. Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. 1991-ci ilin oktyabr ayında Xankəndi şəhəri faktiki olaraq azərbaycanlılardan tamamilə təmizlənmişdi. Şuşa üzərinə hücum əməliyyatını o zaman ermənilər “dağlarda toy” adlandırırdılar. Lakin bu “toy”un səsi Bakıda eşidilmirdi, çünki iqtidarla müxalifətin başı hakimiyyət davasına qarışdığından Qarabağ yaddan çıxmışdı.
Şuşanın itirilməsi nəticəsində Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağın Ermənistanla birləşdirilməsinə şərait yaradıldı. Şuşanın işğalının daha ən mühüm nəticələrindən biri də ondan ibarət idi ki, o cümlədən Xankəndinin işğalı prosesi başa çatdırılmış oldu.
Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar.

Ötən əsrin əvvəllərində başlatdıqları işi əsrin sonunda başa çatdırmaqda iddialı olan təcavüzkar Ermənistan Rusiya silahlı qüvvələrinin köməyi ilə istəyinə çatdı. Şuşanın işğalında məqsəd Azərbaycanın Rusiyadan aralanmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər işarə ilə bildirirdilər ki, Bakı öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər.
Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı.
Xocalı şəhərini işğal etmək Ermənistan üçün həyat yolunun açılması demək idi. Hər halda erməni ideloqları belə düşünürdülər ki, Xocalının işğalı Qarabağı Azərbaycandan qoparmaq üçün Ermənistana böyük təkan olacaq.
Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi Bu da talyin bir cilvəsi idi. Xocalı faciəsində əsas rol oynayan tank heyyətinə Şuşaya daxil olub Ermənistan bayrağını qaldırmaq tapşırılmışdır. Azərbaycanın müdafiə qüvvələri tankı partlatdı və heyətini də məhv etdi.
Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar
Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar

Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
289 kvadrat kilometr ərazisi olan Şuşa rayonunda həmin dövrdə 25.000 əhali yaşayıb. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə(beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi,) daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar.
Britaniyalı jurnalist Tomas de Vaal 2005-ci ildə Moskvada çap olunan “Qara bağ: Azərbaycan və Ermənistan hərb və sülh arasında” kitabında yazır: “1992-ci ildə Şuşanın itirilməsi Azərbaycanın mədəni həyatına amansız zərbə oldu.
Ermənilərin xarici ölkələrdən gətirilən muzdlu döyüşçüləri meşələrdə gizlənərək azərbaycanlıların yaşayış yerlərinə qəfil hücumlar təşkil edir, qətillər törədir, əhalini qarət edirdilər. Belə gözlənilməz hücumlar, tez – tez törədilən qətillər yerli əhali arasında vahimə yaradırdı. Əhali hər addımbaşı qəfil peyda olan bu muzdluları “saqqallılar” adlandırırdılar
İngiltərədə fəaliyyət göstərən “Ümumdünya xristian həmrəyliyi” təşkilatının rəhbərlərindən olan Baronessa Koks böyük bir qrupla Qarabağa gələrək erməni terrorçularına İngiltərənin dəstəyini nümayiş etdirdilər. Baronessa Koks Qarabağın kəndlərində ermənilər tərəfindən öldürülüb eybəcər hala salınan türk meyitlərinin yanında xatirə şəkilləri çəkdirirdi. Xanım Koks sonralar böyük canfəşanlıqla bu şəkilləri Moskvada, Londonda və Cenevrədə nümayiş etdirərək ermənilərin və özünun bu qeyri insani hərəkətlərinə haqq qazandırmağa çalışırdı”.
Tarixi Azərbaycan şəhəri, Qafqazın incisi, mədəniyyət beşiyi hesab olunan Şuşa şəhəri 8 noyabr 2020-ci ildə 28,5 illik erməni işğalından möhtəşəm bir əməliyyatla azad edildi. 2020 ci il noyabrın 8-də Şuşaya hücum əməliyyatı hələ çox müzakirə olunacaq. Taktika, dözüm, səbr, yüksək fiziki və psixoloji hazırlıq – igidlərimizdə hamısı var idi.
Ermənistan ordusunda Şuşanın alınmaz qala olmasına dair fikirlər hakim idi. Azərbaycan xüsusi təyinatlı qoşunları necə deyərlər mümkünsüzü mümkün etdilər. Şuşa döyüşləri üçün hazırlanan taktika unikal və peşəkar əməliyyat planı idi Prezident İlham Əliyev fevralın 26-də yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Şuşanın işğaldan azad edilməsi üçün keçirilən əməliyyatları yüksək qiymətləndirib. “Onlar (ermənilər) bizim Şuşaya necə gedib çıxmağımızı hələ də başa düşə bilmirlər. Başa düşə bilmirlər, bir-birindən soruşurlar.” İlham Əliyev qeyd edib ki, Şuşanın alınması ümumiyyətlə, ayrıca dastandır.

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir. Respublikamız müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlayıb

Şuşa bəyannaməsini 15 iyun 2021-ci ildə azad olunmuş Şuşada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan müttəfiqlik münasibətləri haqqında ŞUŞA BƏYANATI imzalamışlar. Bəyanatla tərəflər 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq etdilər. Münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının iki ölkə və onların xalqlarının maraq və mənafelərinə xidmət etdiyini ,birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayırlar. Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində qələbə qazanaraq Ermənistanın 30 ildən bəri davam edən təcavüzkar siyasətinə son qoydu, torpaqlarını işğaldan azad etdi, tarixi ədalətin zəfər çalmasını və beynəlxalq hüququn bərpa olunmasını təmin etdi. Bəyanatda lakonik olaraq ermənistanın “dağlarda toy” əməliyyatının yasa çevrilməsi də xüsusi ilə də qeyd edilmişdir.
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum