Ganimad Zahid: Azərbaycanın "böyük Fransız dostu" ermənilərlə şübhəli biznes əlaqəsinə görə ilişib…

Ganimad Zahid: Azərbaycanın "böyük Fransız dostu" ermənilərlə şübhəli biznes əlaqəsinə görə ilişib…
18 Ocak 2021 - 00:22
Fransa prokurorluğu keçmiş prezident Nikola Sarkozinin bir sıra layihələri ilə bağlı korrupsiya testlərinə başlayıb. Bu, ilkin yoxlamadır və araşdırmaların kökündə Sarkozinin Rusiydakı Reso- Garantiya adlı sığorta şirkəti ilə əlaqələri dayanır. Reso- Garantiyanı Fransa sığorta bazarına soxan fəaliyyətlərin əsasında Sarkozinin hansı rolu aldığı Fransanın maliyyə prokurorlarına maraqlı gəlib. Sual da budur : Sarkozi bu prosesdə sadəcə konsultant kimi işləyib, yoxsa keçmiş prezidnet kimi siyasi əlaqələrindən istifadə edərək lobbi xidməti göstərib ?

2020-ci ilin əvvəllərində Sarkozi Reso- Garantiyadan 500 min avro alıb, bu pullar onun İsveçrədəki Edmond de Rothschildbankında olan hesabına köçürülüb. Bank ilk vaxtlar əməliyyat barədə məlumatı gizlədib, amma hər halda bu köçürmənin təfərrüatları ilə bağlı informasiyaları əldə etmək olub.

Reso- Garantiya bir erməni şirkəti sayıla bilər. Bu şirkətin aksiyalarının əsas hissəi Nikolay və Sergey Sarkisov qardaşlarına məxsusdur.

Bu şirkət hələ 2013- cü ildə Azərbaycanda öz nümayəndəliyini yaradaraq sığorta bazarına daxil olub və bu barədə məlumatlar o zamanlar hakimiyyətə yaxın mətbuat qaynaqlarına dərc edilmişdi, sonralar nəyə görəsə bu xəbərlər yığışdırıldı. Xəbərlər yığışdırıldı, amma bəllli olmadı Reso- Garantiya Azərbaycan bazarında qalır, ya qalmır. Sadəcə, internet üzərindən araşdırmalarda bəlli olur ki, Reso- Garantiya xaricə turist səfərlərinə gedən azərbaycanlıların sığorta problemlərini həll edir. O zamankı xəbərlərdə göstərilirdi ki, Reso- Garantiyanın Azərbaycandakı meneceri Aleksandr Qulçenko adlı Rusiya vətəndaşıdır.

Novosti Armeniyanın yaydığı xəbərdə bildirilir ki, Xocavənd rayonunda qızıl, mis, kolçedan və başqa faydalı qazıntı yataqlarının istismarı da Sarkisov qardaşlarılna məxsusdur.

Başqa təfərrüatlar da var, amam Sarkozi söhbətinə qayıdaq. Nikola Sarkozi erməni milyarder qardaşlarının biznesinin Fransadakı fəaliyyətləri üçün lobbi xidməti göstərməkdə ittiham edilir və prokurorluq onun bu istiqamətdə fəaliyyətini araşdırır. Amma axı, bu Sarkozi həm də Fransada Azərbaycan lobbisi işlərinə baxır və ya Azərbaycandakı hakim ailənin biznes ortağı kimi tanınır. Nə isə, bu Sarkozi müasir Fransa tarixinin ən hiyləgər fiqurlarından biri kimi ad çıxarıb. Bapbalaca Güney Qafqazda bir- biri ilə sanki əbədi düşmən kimi davranan iki xalqın hər ikisinin elitası ilə ortaq biznes layihələrindədir, onların hər ikisi üçün lobbi xidməti göstərir.

Əslində, burdan başqa bir nəticə də çıxır. Əgər Azərbaycan biznesi (və ya hakimiyyəti) Fransada və başqa Avropa ölkələrində Azərbaycan lobbi xidmətini yaratqmaq işinə girişəndə belə dələduzlara ilişməsəydi, daha ciddi və daha birmənalı adamlar tapıb onlarla işləsəydi, bizim ölkəmizin maraqlarını müdafiə edən siyasi- ictimai sektorların- quruluşların ünvanını yaratmaq olardı…
Ganimad Zahid

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

kafkassam.com
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum