Fuad Gahramanli: Şuşa Bəyannaməsinin arxasındakı Rusiya izi

Fuad Gahramanli: Şuşa Bəyannaməsinin arxasındakı Rusiya izi
21 Haziran 2021 - 18:09

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Dağlıq Qarabağı Azərbaycanın, yaxud Ermənistanın üçüncü ölkələrlə ikitərəfli münasibətlərinə qatmağı düzgün saymırıq və Azərbaycanla Türkiyənin yüksək səviyyədə son kontaktlarına məhz bu müstəvidə baxırıq” deməsi bəzi marq doğuran məqamlara aydınlıq gətirir. Belə məlum olur ki, məhz Rusiyanın etirazı üzündən Şuşada iki ölkə prezidenti yalnız bəyanat imzalamaqla kifayətlənib. Bəyanat, mətndə hansı ifadələrin yer almasından asılı olmayaraq, dövlət üzərində hüquqi öhdəlik yaratmır və nəzərdə tutulan fəaliyyətlərin icra mezanizmlərini müəyyən etmir. Beynəlxalq hüquq baxımdan bəyanat yalnız tərəflərin niyyət və istəklərini əks etdirir. Bu niyyətlərin həyata keçirilməsini isə konkret müqavilələr hüquqi öhdəlik halına salaraq, həyat keçirilmə mexanizmlərinimüəyyənləşdirir.
Belə görünür ki, Azərbaycan bu dəfə də Rusiyanın iradəsindən kənara çıxa bilmədi. Çünki, Ərdoğanın Şuşa Bəyannaməsi imzalanarkən İlham Əliyevə “bəs savunma bakanları imza atmayacaqmı? ” sualı ünvanlanması onu göstərir ki, Türkiyə tərəfi, bu bəyanatla yanaşı, Müdafiə nazirləri arasında müqavilə də imzalanacağını gözləyirmiş. Görünən odur ki, Azərbaycan rəhbərliyi “Şuşa Bəyanatında” nəzərdə tutulan məqsədlərin konkret məzmun almasında və əməli işə keçməsində, dövlətin bu istiqamətdə öz üzərinə hüquqi öhdəlik götürməsində maraqlı olmayıb.


Rusiya XİN sözçüsü Zaxarovanın fikirlərindən aydın görünür ki, Şimal qonşumuz Türkiyənin Dağlıq Qarabağ məsələsi ilə bağlı öz üzərinə hər hansı siyasi, hərbi rol götürməsini qəbul etmir və yalnız Azərbaycan rəhbərliyinə ümumi siyasi deklorativ addımlarla kifayətlənmək icazəsi verib. Bundan artığını isə etmək olmaz.
Ərdoğanın səfəri zamanı heç bir müqavilə sənədlərinin imzalanmaması da, Rusiyanın Türkiyəni ” üçüncü tərəf” , artıq iddiaçı kimi görməsi ilə bağlıdır.
Rusiya Xarici İşlər naziri Lavrovun Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazalarının olması ilə bağlı fikirlərinə “biz gerçək olmayan şayiələri şərh etmirik” deməsi, aydın göstərir ki, Moskva bu məsələni heç nəzəri polemika səviyyəsində müzakirə etməyi belə yaxına buraxmaq istəmir. Bu kəskin və hegomon möqeyin müqabilində, Azərbaycan Rusiyanın iradəsindən kənar hərəkət edə bilməyəcəksə, o zaman Türkiyə ilə hərbi siyasi əməkdaşlığın üstünlüklərini əldən vermiş olacağıq. Bu isə Paşiniyanın növbəti dəfə demokratik seçki yolu ilə hakimiyyətə gəlməsi müqabilində, Qərbdə mövqeyi güclənən Ermənistanın qarşısında Azərbaycanın siyasi və diplomatik baxımından daha da zəif duruma düşməsinə səbəb olacaq.

Fuad Gahramanli

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


Bu haber 500 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum