Fuad Gahramanli: Rusiyanın yeni planı

Fuad Gahramanli: Rusiyanın yeni planı
31 Mayıs 2021 - 12:16

Son günlər Azərbaycan Ermənistan sərhəddində baş verənlər Rusiyanın bölgədə hərbi iştirakını artırmağa xidmət edir. Moskva Ermənistandakı seçkilərdə Paşiniyanın qələbə qazanacağı ehtimalını kifayət qədər real sayır.
Paşiniyan növbəti müddətə hakimiyyətdə qalacağı təqdirdə, Rusiya Qarabağ kartı ilə onun Avrointeqrasiya siyasətini önləyə biləcəyinə əmin deyil.
Çünki, Paşiniyan da yaxşı bilir ki, Rusiya öz maraqlarını təmin etmək və Azərbaycandakı hərbi mövcudluğunu saxlamaq üçün, bundan sonra da Qarabağdakı erməni icmasını qorumağa davam edəcək. Ona görə də, Rusiyanın istəklərini nəzərə almadan Avrointeqrasiya istiqamətində kursu davam etdirmək olar.
Rusiya da bu üzdən Azərbaycan Ermənistan sərhədlərində gərginlik yaratmaqla, Ermənistan hakimiyyətini və cəmiyyətini Azərbaycan təhlükəsi ilə təzyiq altında saxlamağa və bu təhlükəni “önləmək” üçün iki ölkənin sərhədlərini nəzarətə götürməyə zəmin yaratmağa çalışır.
Rusiya xarici işlər naziri Lavrovun Azərbaycan və Ermənistan sərhədində demarkasiya işlərinə başlamaqla bağlı dedikləri və gərginliklərin məhz onun səfərindən sonra baş verməsi, yaşananların bir rus projesi olduğunu təsdiq edir.
Ona görə də, bu təhlükəni önləmək, indi Qafqazda sabitliyin təmin olunması və regionun Qərbə inteqrasiyası üçün olduqca vacibdir.
ABŞ-n bu məsələyə həssas yanaşıb Dövlət Departamenti səviyyəsində bir neçə dəfə reaksiya verməsi, əslində daha çox Rusiyanın imperial maraqlarından doğan narahatlığa görədir.

Bu məsələdə Azərbaycan iqtidarının başqa bir marağı da, təhlükəsizlik məsələsini aktuallaşdırmaqla, diqqəti ölkımizə yönəlik demokratiya tələblərindən yayındırmaqdır.
Çünki regionda dayanıqlı sabitlik təmin olmadıqca , vaxtaşırı ortaya çıxan gərginlik yeni münaqişə riskləri yaratdıqca, Qərbin öncəliyi təhlükəsizlik məsələlərinə veriəcəyi düşünülür.

Fuad Gahramanli
https://kafkassam.com/

Bu haber 391 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum