Fuad Gahramanli: Rusiyadakı mitinqlər nəyi göstərdi?

Fuad Gahramanli: Rusiyadakı mitinqlər nəyi göstərdi?
23 Nisan 2021 - 16:20
Dünən Rusiyada Navalnıya azadlıq tələbi ilə kütləvi aksiyalar keçirildi. Bu aksiyalar planlaşdırıldığı kimi 16 şəhərdə deyil, 10-larla digər şəhərləri də əhatə etdi. Diqqəti cəlb edən məqam, bu dəfə hakimiyyətin mitinqçilərə qarşı zor tətbiq etməməsi idi. Bu da onunla bağlı idi ki, həbsxanada aclıq edən Navalnınının səhəti məsələsi ABŞ və Avropanın diqqət mərkəzindədir. Putin ehtiyyat edirdi ki, əgər bunun da üstündən mitinqçiçərə qarşı zorakılıq edilərsə, bu, onun hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqi ilə nəticələnə bilər.
Məsələnin də ən önəmli tərəfi məhz budur. Yəni, Putin hakimiyyətinin heç nəyi nəzərə almadan, özgüvən hissi ilə zorakılıq etmək iqtidarında olmadığı, dünənki aksiyalara münasibətdə ortaya çıxdı. Bu sınma nöqtəsi idi.
Digər bir məqam isə, müxalifətin təkcə iri şəhərlərdə deyil, bütövlükdə ölkə miqyasında mütəşəkkil etiraz aksiyaları təşkil etmək gücünə sahib olmasının görsənməsidir. Belə bir ictimai dəstək, payızda keçiriləcək parlament seçkiləri ərəfəsində və ondan sonra, davamlı və daha kütləvi etiraz dalğasının yaranması üçün baza yaradır. Ona görə də, demək olar ki, Rusiya cəmiyyəti artıq ölü nöqtədən tərpənib, vahid liderə və ölkə miqyasında fəal etirazçı qüvvəyə sahibdir. .
Bu proseslərin gedişatı həm də onu göstərdi ki, Putinin Navalnını həbs etməklə demokratik prosesləri boğmaq cəhdi uğursuzluğa uğradı. Navalnınının harada olmasından asılı olmayaraq, cəmiyyətdə Putin hakimiyyətinə qarşı kütləvi aksiyaları təşkil edəcək etirazçı nüvə formalaşıb. Məhz bu nüvə, qarşıdakı parlament seçkilərində Putin rejiminin əsas alternativi olacaq.
Dünən keçirilən etiraz mitinqlərində qarşı zor tətbiq olunmaması, həm də növbəti etiraz dalğası üçün əlavə stimullaşdırıcı motivə çevriləcək. Çünki, bu aksiyalara çıxanlar, hər cür tutulmaq, döyülmək, cərimələnmək risqini gözə alan, ən fədakar etirazçılar idi. Budan qat – qat böyük narazılar isə, hakimiyyətin zorakı davranışından çəkindikləri üçün kənarda qalmışdılar. Görəndə ki, hökumət istədiyi kimi zorakılıq edə bilmir, bu növbəti aksiyaların daha kütləvi olmasına zəmin yaradacaq.

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

https://kafkassam.com
 

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum
Günün Başlıkları