Elman Veliyev: Paşinyan'ın 2021-ci ilin Düşənbə sammiti

Elman Veliyev: Paşinyan'ın 2021-ci ilin Düşənbə sammiti
16 Eylül 2021 - 19:01

Ermənistan Baş Naziri Nikol Paşinyan sabah Tacikistanın paytaxtı Düşənbəyə gedəcək. Bu səfər zamanı Ermənistanın KTMT-yə sədrliyi bildiriləcək. Bu Ermənistan üçün müsbət addımdır. Sədrliyi olduğu müddətdə KTMT-nin növbəti iclasını Ermənistanda da keçirdə bilər. Ermənistan tərəfi bu səlahiyyətindən Azərbaycan əleyhinə istifadə edə bilər. Müharibə zamanı Paşinyan Azərbaycanın Ermənistan ərazisi bütövlüyünü təhlükə altında qoyması ilə bağlı KTMT-yə bir xeyli müraciət eləmişdi. Amma niyyəti yarımçıq qalmışdı.

Paşinyan səfərdən əvvəl Türkiyə haqqında müsbət çıxış etdi. Paşinyan Türkiyə ilə dialoqların qurmağın tərəfdarı olduğunu dedi. Düşənbədə də ola bilsin ki, bu mövzuya toxundu. Çünki İranla da əlaqə artıq kəsilir. Ona görə blokadadan çıxmaq üçün Türkiyə yaxşı bir şansdır.

Eyni zamanda Düşənbədə Şanxay əməkdaşlıq təşkilatının da görüşü olacaq. Əfqanıstan məsələsi də müzakirə predimetlərindəndir. Talibanla maraqlar naminə uzlaşmaq da mümkün ola bilər.

Amerika əleyhinə yaradılan bu təşkilatın bun dəfəki qurultayında İran da müşahidəçi qismində iştirak edəcək. Bundan əvvəl isə Rusiya Prezidenti Vladimir Putinin ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olmuşdu.

Rusiya İranı təhrik edir ki, Amerikaya nüvə məsələsində güzəştə getməsin. Amerika bu məsələdə İranla kompromis qurmağa çalışır, ancaq İran sərt mövqe göstərir. Rusiya ilə İran maraqlar naminə bir-biriləri ilə uzlaşan dövlətlərdəndir.

Elman Veliyev kafkassam
https://kafkassam.com/elman-veliyev-pasinyanin-2021-ci-ilin-dus%c9%99nb%c9%99-sammiti.html


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum